Son Dəqiqə

Dünən, 14:33 - Yeni stadion kimə mane olur?

Dünən, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

Dünən, 08:40 - Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Dünən, 08:39 - AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

25-09-2020, 13:48 - Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

25-09-2020, 13:20 - İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

25-09-2020, 11:00 - Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

25-09-2020, 10:30 - Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

25-09-2020, 10:00 - İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA

25-09-2020, 09:30 - "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ

25-09-2020, 09:00 - "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"

24-09-2020, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

24-09-2020, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

24-09-2020, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

24-09-2020, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

24-09-2020, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

24-09-2020, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

24-09-2020, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

24-09-2020, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

24-09-2020, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

24-09-2020, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

23-09-2020, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

23-09-2020, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

23-09-2020, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

GundelikXeber
 Valyuta məzənnəsi

Göygölün icra başçısı sahibkarı həbs etdirdi - SSİ-nin rəisinin əli ilə

Tarix:17-04-2020, 09:52

Göygölün icra başçısı sahibkarı həbs etdirdi - SSİ-nin rəisinin əli ilə

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin "qaynar xətti"nə şikayət edən Göygöl sakini, rayonun Hacımılik kəndində 20 ha torpaq sahəsində arpa-buğda əkən sahibkar Tağıyev Mahir Ağəli oğlu həbs edilib.
Bu barədə "Demokratik.Az"-a sahibkarın yaxını məlumat verib. Məlumata görə, sahibkar uzun müddətdir ki, Göygöl Suvarma Sİstemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun süründürməçiliyindən və özbaşınalığından əziyyət çəkir.
Əldə etdiyimiz və dəqiqləşdirdiyimiz məlumata görə, tərəflər arasında anlaşılmazlıq artıq pik həddə və şəxsi münaqişə həddinədək yüksəlib. Səbəb isə, torpaqların suvarılmasında öhdəlik daşıyan qurumun sahibkardan əlavə rüşvət tələb etməsi, bəzi əkin torpaqlarının suvarma imkanlarından məhrum edilməsidir.
Sahibkarın yaxınının saytımıza dediyinə görə, Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmova tələb etdiyi rüşvəti verməyən Mahir Tağıyev dəfələrlə İqtisadiyyat nazirliyinə, hüquq mühafizə orqanlarına, prezident Administrasiyasına şikayət məktubları göndərib. Şikayətlərə baxılmadığından biçarə qalıb. Dünən isə problemin həlli ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin "qaynar xətti" ilə telefon əlaqəsi yaradıb. Qurumdan bildirilib ki, yerli SSİ ilə əlaqə yaratsın və problemi aradan qaldırılacaq.
Lakin, dünən idarəyə gedən sahibkar idarə rəisi və digərləri tərəfindən təhqir edilib, torpağının suvarılmasına imkan yaradılmayacağı cavabını alıb. Nəticədə, tərəflər mübahisə edib və prokurorluq orqanına müraciət edəcəyini deyən sahibkar barədə saxta akt tərtib edilərək özü polisə verilib.
Sahibkar bugün günorta saatlarında rayon məhkəməsinə gətirilib və hakim Rafiq Məmmədovun qərardadı əsasında barəsində 5 sutkalıq həbs qərarı çıxarılıb.
Olaya səbəb olan başqa bir iddiaya görə isə, sahibkarın tutulmasında başqa nüanslar da təsirsiz ötüşməyib. Belə ki, rayon ərazisində və Hacıməlikdə torpaqların suvarılmasında aracılıq edən "SU BİRLİYİ" illər əvvəl məhz Mahir Tağıyev tərəfindən yaradılıb və adıçəkilən yerli suvarma birliyin bir müddət sədri olub. Sonradan, Göygöl İHB-nin başçısı Arif Seyidovla aralarında yaşanan narazılıqlar sonucu işindən uzaqlaşdırılıb. Lakin əlində olan nizamnaməni, digər sənədləşməni və möhürü verməkdən imtina edib. Hazırda "Meliorasiya, su ehtiyatları və sudan istifadəedənlər birliyi"nin Göygöl rayonu üzrə rəhbərliyi icra başçısı Arif Seyidovun yaxın qohumu Rəşid Veliyev tərəfindən həyata keçirilir və bu hal özlüyündə sonuncu iddianı tam sübut edir. Yəni, rayon üzrə bütün pay torpaqlarının pulla suvarılması işi Rəşid vasitəsilə icra başçısının öz nəzarətindədir. Görünür, icra başçısı və Göygöl SSİ-nin rəisi əlbir olaraq Mahir Tağıyevi sıxışdırır, hər vəchlə "əlindəkilərə" sahib olmaq istəyirlər. Bu məqsədlə ona su vermir, hətta əsassız yerə həbs etdirirlər. Yuh vallah!
Belə anlaşılır ki, Göygöl SSİ-nin iş strukturu rayon icra başçısının təsiri altına düşüb və bu kimi özbaşınalıqlar öz axarında davam edir. Kənd Təsərrüfatının inkişafına töhfə verməli olan bir qurumun ətəndaşlarla münasibətdə əlavə problemlər aşılaması, bir yarıtmaz cuvar rəisin əlində əsir-yesir olması ancaq təəssüf doğurur.
Olayın işığında daha mühüm bir faktı diqqətinizə çatdıraq ki, Göygöl SSİ-nin rəisi qanunvericiliyi saymadan sahibkarlardan rüşvət-haqq yığdırır, suvarılmaya görə, torpağın hər hektarından 1,5 manat əvəzinə 10 manatdan haqq tələb olunur. Bu səbəbdən rayonun təkcə, Hacıməlik kəndi ərazisində 10 hektarlarla perspektiv əkinəyararlı torpaqlar əkilmir, su əngəli sahibkarların normal məhsul yığımının qarşısını alır.
Sahibkarlara qarşı belə vandal hərəkətlər sonda baş melioratorun qocaman nüfuzunu da aşağılayır, bir SSİ rəisinin lap marionetka olduğunu üzə çıxarır...
Əlavə məlumat verməyə çalışacağıq, mövzu diqqətimizdədir...
Demokratik.Az

Oxunub: 14

XƏBƏR LENTİ
Dünən, 14:33 Yeni stadion kimə mane olur?
Dünən, 12:44 Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar
Dünən, 08:40 Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
Dünən, 08:39 AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
25-09-2020, 13:48 Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
25-09-2020, 13:20 İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
25-09-2020, 11:00 Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?
25-09-2020, 10:30 Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
25-09-2020, 10:00 İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
25-09-2020, 09:30 "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
25-09-2020, 09:00 "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"
24-09-2020, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
24-09-2020, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
24-09-2020, 12:00 Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
24-09-2020, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
24-09-2020, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
24-09-2020, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
24-09-2020, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
24-09-2020, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"