Son Dəqiqə

Dünən, 13:51 - Qənirə Paşayeva şəhid ataları ilə görüşüb - FOTOLAR

Dünən, 13:43 - Hindistan Ermənistana dəstək veribmi?

Dünən, 13:41 - Həbs edilən Vətən müharibəsi qazisi ilə bağlı qərar verildi - RƏSMİ

Dünən, 13:33 - Faktiki hava açıqlandı: Bakıya 20 sm qar yağıb

Dünən, 13:29 - Bakı Dairəvi yolunda qarın yaratdığı dəhşətli tıxac - VİDEO

Dünən, 13:22 - Rusiyadan Azərbaycana gələn məhsulda salmonella aşkarlandı

Dünən, 13:10 - Paytaxtda avtobusların hərəkət edə bilmədiyi istiqamətlər açıqlandı - SİYAHI

Dünən, 13:02 - Dövlət Xidmətindən qarlı hava şəraiti bağlı işəgötürənlərə XƏBƏRDARLIQ

Dünən, 13:01 - Bu gün həm Çempionlar Liqası, həm də Avropa Liqasında oyunlar keçiriləcək - AFİŞA

Dünən, 12:58 - Bakıda qarlı hava ilə bağlı çadırlar quraşdırılır

23-02-2021, 12:28 - Hansı qaz sayğacları yenidən istifadə edilə bilər?

23-02-2021, 12:26 - Bu gün Anatoli Banişevskinin ad günüdür - FOTO

23-02-2021, 12:25 - Yalçın Rzazadənin dəfn olunacağı yer müəyyənləşdi - YENİLƏNİB

23-02-2021, 12:24 - Bakıda qonşular arasında narazılıq bıçaqlanma ilə bitdi

23-02-2021, 12:23 - Kanada Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

23-02-2021, 12:21 - Agentlikdən kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

23-02-2021, 12:20 - Lənkəranda karantin qaydalarını pozan obyektlər cərimələndi

23-02-2021, 12:19 - Neft bahalaşdı

23-02-2021, 12:17 - Daha bir məktəb koronavirusa görə bağlandı

23-02-2021, 10:16 - Bu gün Novruzun ilk çərşənbəsidir

22-02-2021, 09:31 - Nigeriya hökuməti qaçırılan məktəblilərə görə pul ödəməkdən imtina etdi

22-02-2021, 09:30 - Mars mənzərələrinin fonunda necə şəkil çəkdirmək olar?

22-02-2021, 09:29 - Bakıda bir ailənin üç üzvü bıçaqlandı

22-02-2021, 09:26 - Gəncədə eyni evdə son üç ayda dördüncü dəfə yanğın olub - VİDEO

22-02-2021, 09:24 - Ağ Evin “YouTube” səhifəsində şərh yazmaq funksiyası söndürülüb

22-02-2021, 09:24 - “Everton”un keçmiş futbolçusunun 13 yaşlı oğlu “Liverpul”da oynayacaq

22-02-2021, 09:23 - Şamaxıda qəzada ağır yaralanan bir ailənin üç üzvü Bakıya göndərildi

22-02-2021, 09:19 - “Mançester Siti”ni “Arsenal” da dayandıra bilmədi: “Şəhərlilər” ardıcıl 13-cü qələbəsini qazandı

GundelikXeber
 Valyuta məzənnəsi

"İstəyirlər ki, İcra Hakimiyyətinin önündə özümü də, uşaqlarımı da yandırım? - ASTARADAN NARAZILIQ

Tarix:25-04-2020, 17:00

"İstəyirlər ki, İcra Hakimiyyətinin önündə özümü də, uşaqlarımı da yandırım? - ASTARADAN NARAZILIQ
Astara rayonunun Şahağacı kənd sakini Nazimə Əhədova 3 körpə uşağıyla acınacaqlı duruma düşüb. Onun həyat yoldaşı Ceyhun Əhədov 5 ilə yaxındır həbsdədir. Ceyhun kənd İcra Nümayəndəliyində müvin işləyib. Rayonda kredit dələduzlarının güdazına gedib. Daha doğrusu, dəstənin başçısı olan qadın təkcə, onu yox, daha 3 nəfərin həbsinə bais olub. Lakin özü həbs olunmayıb. Çünki məmurlardan biri ilə yaxın qohumluq əlaqəsi var. Bu barədə geniş yazımız olacaq və o səbəbdən də burada ətraflı yazmırıq.

Nazimə Əhədova jamaz.info-ya durumu belə nəql edib. “3 uşaqla birlikdə yarı ac, yarı tox yaşamaq məcburiyyətindəyəm. Bu günlərdə dövlətin ayırdığı 190 manat birdəfəlik yardımı almaq üçün müraciət etdim. Mənə “rədd” cavabı gəldi. Səbəb kimi də pay torpağımın olması göstərilib. Bu işi tutanlara deyirəm ki, həmin torpağı verirəm onlara, görüm bir il dolana bilərlər?"

Şahağac sakini deyir ki, uzun müddət ailəsini keçindirmək üçün ünvanlı sosial yardım alıb. Lakin ötən ilin avqustunda həmin yardımı da kəsiblər. "Səbəb kimi, aylıq elektrik enerjisi sərfiyyatının çox olması göstərilmişdi. Dedilər ki, sənədləri təkrar hazırlayım. Uşaqları evdə qoyub, qapı-qapı düşüb sənədləri hazırladım. VÖEN belə aldım. Qəbul etmədilər ki, mümkün deyil. Sonradan öyrəndim ki, bu iş üçün həmin yardımın ən azı 3 aylıq hissəsini DSMF-dəkilərə verməliyəm. Mən qanuni haqqım olan şeyə görə, niyə rüşvət verməliyəm?"

Onun sözlərinə görə, iki dəfə DSMF-nin Astara rayon şöbəsinin direktoru Uğur Qurbanzadənin qəbulunda olub. Lakin hər dəfə direktorun acı sözləriylə qarşılaşıb.

"Birinci dəfə qəbulunda olanda Uğur Qurbanzadə məni yalandan hicab taxmaqda ittiham elədi və mənim kimi birinə ünvanlı sosial yardım düşmədiyini deyib, otaqdan qovdu. Məgər hicab taxmaq cinayətdir? Mən ağlım kəsəndən hicab taxmışam və bundan sonra da onu açmaq fikrim yoxdur. Bir neçə gün əvvəl üzümə üz bağlayıb təkrar qəbula getdim. Bu dəfə isə Uğur mənə "sənin ərin cinayətkardır, get, o səni dolandırsın" dedi. Sonra da azarladı ki, cinayətkarların ailəsinə yardım düşmür".

Maraqlıdır ki, Şahağac kənd İcra Nümayəndəsinin başçısı da eyni sözlərlə dustaq ailəsini ittiham edir. "Kənddə yardım paylayırdılar. Mən də getdim ki, heç olmasa həmin yardımdan ala bilim. İcra nümayəndəsi Sokrat müəllim məni dedi ki, sənə yardım düşmür. Bunu da belə "izah" elədi ki, ərim həbsdə olduğu üçün yardım verilə bilməz".

Çıxılmaz vəziyyətdə olan xanım Əhədova bildirir ki, uşaqları gündə bir dəfə yemək tapıb yeyirlər. "Gündə bir dəfə yeməklə ayaq üstə qalmağa çalışırıq. Nə edəcəyimi bilmirəm. Gözümün önündə övladlarımın ac yatmasına dözə bilmirəm".

O qeyd edir ki, hər dəfə haqsızlıqla üzləşməsinin səbəbi ona aydın deyil. "İstəyirlər ki, uşaqlarımı da götürüb, gedim Astara İcra Hakimiyyətinin qarşısında özümü də, övladlarımı da yandırım?"

Nazimə Əhədova sonda Prezident və Birinci Vitse-Prezidentdən yardım istəyib.

"Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadan xahiş edirəm ki, mənə kömək etsinlər. Ünvanlı sosial yardım almağımın təmin edilməsi barədə göstəriş versinlər. Məni və uşaqlarımı aclıq bəlasından xilas eləsinlər".

Oxunub: 24

XƏBƏR LENTİ
Dünən, 13:51 Qənirə Paşayeva şəhid ataları ilə görüşüb - FOTOLAR
Dünən, 13:43 Hindistan Ermənistana dəstək veribmi?
Dünən, 13:41 Həbs edilən Vətən müharibəsi qazisi ilə bağlı qərar verildi - RƏSMİ
Dünən, 13:33 Faktiki hava açıqlandı: Bakıya 20 sm qar yağıb
Dünən, 13:29 Bakı Dairəvi yolunda qarın yaratdığı dəhşətli tıxac - VİDEO
Dünən, 13:22 Rusiyadan Azərbaycana gələn məhsulda salmonella aşkarlandı
Dünən, 13:10 Paytaxtda avtobusların hərəkət edə bilmədiyi istiqamətlər açıqlandı - SİYAHI
Dünən, 13:02 Dövlət Xidmətindən qarlı hava şəraiti bağlı işəgötürənlərə XƏBƏRDARLIQ
Dünən, 13:01 Bu gün həm Çempionlar Liqası, həm də Avropa Liqasında oyunlar keçiriləcək - AFİŞA
Dünən, 12:58 Bakıda qarlı hava ilə bağlı çadırlar quraşdırılır
23-02-2021, 12:28 Hansı qaz sayğacları yenidən istifadə edilə bilər?
23-02-2021, 12:26 Bu gün Anatoli Banişevskinin ad günüdür - FOTO
23-02-2021, 12:25 Yalçın Rzazadənin dəfn olunacağı yer müəyyənləşdi - YENİLƏNİB
23-02-2021, 12:24 Bakıda qonşular arasında narazılıq bıçaqlanma ilə bitdi
23-02-2021, 12:23 Kanada Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı
23-02-2021, 12:21 Agentlikdən kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
23-02-2021, 12:20 Lənkəranda karantin qaydalarını pozan obyektlər cərimələndi
23-02-2021, 12:19 Neft bahalaşdı
23-02-2021, 12:17 Daha bir məktəb koronavirusa görə bağlandı