Son Dəqiqə

Bu gün, 16:23 - Əbülfəs Qarayevdən qalan "kiçik nişanə"... - İTTİHAM

Bu gün, 16:20 - «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY

Bu gün, 12:54 - Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri

Bu gün, 12:50 - "Gözü çıxan qardaş”dan ibrət götürən icra başçıları - əgər biznesə toxunmasalar...

Bu gün, 12:43 - Ermənilər Tovuzun Ağdam və Əlibəyli kəndlərini atəşə tutub

Bu gün, 12:38 - İyulun 20-dən sonra növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

Bu gün, 10:44 - Bu il aliment ödəməyən 943 nəfər həbs edilib

Bu gün, 10:07 - Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox

Dünən, 23:18 - “Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina etmək qərarına gəlib

Dünən, 23:05 - "Dövlətqaçqınkom"da maliyyə pozuntuları aşkarlanıb

Dünən, 22:36 - Bakıdakı bankomatların yanında dezinfeksiya qabları quraşdırılır - FOTO

Dünən, 22:24 - Ən yüksək əməkhaqqı alan icraçı direktor - REYTİNQ

Dünən, 22:16 - “Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”

Dünən, 20:25 - Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb - FOTO

Dünən, 20:19 - Ermənistanın boşa çıxan 3 məkrli hədəfi – sərhəd təxribatında “Rusiya izi”... varmı?

Dünən, 19:27 - "Azərbaycanlı xanım müğənni karantində evləndi: "Artıq ər-arvadıq

Dünən, 15:17 - Andjey Duda yenidən Polşaya rəhbərlik edə bilər - “Exit-poll”

Dünən, 15:13 - Polad Bülbüloğlu: Sərhəddə genişmiqyaslı toqquşma baş verə bilər

Dünən, 15:07 - Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

Dünən, 15:03 - Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ - "Sözünüzü TUTUN!"

Dünən, 14:58 - Asif Ağayev haqqında ilginc iddialar... - Görün, kimə vəzifə verib...

Dünən, 10:25 - Adil Vəliyevin mənimsədiyi milyonlar... - İTTİHAM

Dünən, 10:17 - Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti (SİYAHI/FOTO)

Dünən, 07:56 - Avropada "Azərbaycanın dostları" Cəmiyyətinin sədri: "Deyir sən saydığını say, gör Azərbaycan GÖMRÜYÜ nə sayır..."

Dünən, 07:52 - Maliyyə Nazirliyidə təşviş içindədir- Növbə "Gədəbəy qruplaşması"-na və onun beyni sayılan Nadir Qarayevə çatır...İDDİA

Dünən, 07:47 - AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR

12-07-2020, 23:34 - Düşmən hücumunun qarşısını alarkən 3 hərbçimiz şəhid olub

12-07-2020, 23:30 - Gələn həftənin hava proqnozu açıqlanıb

GundelikXeber
 Valyuta məzənnəsi

"Heç olmasa icra hakimiyyəti Bakıya məktub göndərsin..." - GİLEY

Tarix:28-04-2020, 15:14

"Heç olmasa icra hakimiyyəti Bakıya məktub göndərsin..." - GİLEY“Kənd sakinləri ismarıc yazıb, vaxt götürür, ancaq dağdan aşağı düşüb rayon mərkəzinə getmək, bazarlıq etmək, xəstəxana, poçt işləri xeyli vaxt aparır. İşlərimizi bitirib kəndə qayıdanda yolda tutub cərimələyirlər”. gundelikxeber.az-ın məlumatına görə, Tovuzun Yoğunbulaq kənd sakini Ağamir Məmmədov danışır ki, yaşadığı kənddə xeyli insan karantin rejimini pozmaqla əlaqəli cərimələnib. Kənd sakinləri bu cərimələrlə razılaşmır. Onlar bunu yaşayış yerini tərk etmək üçün verilən müddətin azlığı ilə əsaslandırırlar. Düşünürlər ki, hökumət dağ kəndlərində yaşayanların yaşayış yerini tərk etməsi ilə bağlı icazə müddətini uzatmalıdır:

“Rayon mərkəzində yaşayan çıxıb bazarlığını edib, girir evinə… Bizimlə rayon mərkəzi arasında xeyli məsafə var. 2 saat idi, indi bu gündən 3 saat oldu, bu vaxtın çox hissəsi elə bizim yol gedib-gəlməyimizə sərf olunur. Çünki yollarımız da bərbaddır, təmiri yarımçıq qalıb. Bu isə yolda ləngiməyimizin əsas səbəblərindən biridir. O gün biri getdi 190 manatı almağa, poçtda növbədə ilişib qaldı, geri qayıdanda tutub cərimələdilər. Bədbəxt oğlunun aldığı 190 manatın 100 manatı cəriməyə gedəcək. Bu yaxınlarda özünüz Sarıtala kəndində oldunuz, gördünüz ki, xəstəxanamız yox, aptekimiz yox… Kəndlimiz qızını xəstəxanaya apardı, xəstəxana yalnız xəstəyə görə arayış verdi, geri qayıdanda saxlayıb yanındakı anasını da, qardaşını da cərimələdilər. Aptek yoxdur, birinin başı, o birinin qarnı ağrıyanda, məcburdular ki, ən yaxınlığımızda yerləşən Qovlara getsinlər. Orayla da məsafəmiz o tərəf-bu tərəf 60 kilometrdir. Kənddə bankomat yoxdur, anamın pensiyası üçün rayon mərkəzinə getməli oldum, orda da uzun-uzadı növbə vardı, geri qayıdanda partizan kimi gizlənə-gizlənə, alternativ yollar axtara-axtara qayıtdım ki, polis saxlayıb anamın 230 manat pensiyasının yarısını cəriməyə tutmasın. Biz tələb edirik ki, hökumət dağ kəndlərində yaşayan insanları karantin dövründə yüklədiyi cərimələrdən azad etsin”.

Kənd sakinlərini narahat edən məsələlərdən biri də karantin dövründə 190 manat birdəfəlik yardım üçün etdikləri müraciətlərə görədir: “Kəndin yarısı yerli-dibli cavab almayıb, yarısına da cavab gəlib ki, pay torpağın var, sənə düşmür… Tutaq ki, mənim 5-10 sot pay torpağım var, başınıza dönüm, bu torpağı 3 günün içində əkib, becərib, məhsul toplayıb satası deyiləm ki, o pulla çörək alam. Əgər bu yardım karantin dövründə ac qalmamaq üçün verilirsə, bunun torpaqla nə əlaqəsi? Kəndli torpaq yeyəsi deyil ki…”

Kənd sakinləri cərimə məsələsiylə bağlı Tovuz rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər: “Müraciət etmişik ki, dəniz səviyyəsindən 2400 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr aralıda yerləşirik. Heç olmasa icra hakimiyyəti Bakıya aidiyyəti qurumlara məktub göndərsin, müraciət eləsin, dağ kəndində yaşayanların vəziyyətlərinin nəzərə alınmasını xahiş eləsin. Kəndlinin gəlir yeri yox, torpağı bir qisim insan əkib-becərir, məhsul götürür, örüş sahələrimiz zəbt olunub, sabah bu cərimələri necə ödəyəcəyik? İnsanları yükləməklə məsələ həll olmur. Vaxtında kənddə normal şəraiti olan xəstəxana tiksəydilər, indi belə bir vaxtda qıçımızı sındırıb oturardıq kəndimizdə, xəstəmiz olanda rayon mərkəzinə üz tutmazdıq, aptek, bir-iki market açsaydılar, adamlar alacaqları üçün 45 kilometr o tərəfə getməzdi. Vaxtında gətirib kəndin iki yerinə bankomat quraşdırsaydılar, indi əhali pensiya üçün rayon mərkəzinə axışmazdı, cərimələnməzdi”.

Oxunub: 15

XƏBƏR LENTİ
Bu gün, 16:23 Əbülfəs Qarayevdən qalan "kiçik nişanə"... - İTTİHAM
Bu gün, 16:20 «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY
Bu gün, 12:54 Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Bu gün, 12:50 "Gözü çıxan qardaş”dan ibrət götürən icra başçıları - əgər biznesə toxunmasalar...
Bu gün, 12:43 Ermənilər Tovuzun Ağdam və Əlibəyli kəndlərini atəşə tutub
Bu gün, 12:38 İyulun 20-dən sonra növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur
Bu gün, 10:44 Bu il aliment ödəməyən 943 nəfər həbs edilib
Bu gün, 10:07 Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Dünən, 23:18 “Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina etmək qərarına gəlib
Dünən, 23:05 "Dövlətqaçqınkom"da maliyyə pozuntuları aşkarlanıb
Dünən, 22:36 Bakıdakı bankomatların yanında dezinfeksiya qabları quraşdırılır - FOTO
Dünən, 22:24 Ən yüksək əməkhaqqı alan icraçı direktor - REYTİNQ
Dünən, 22:16 “Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”
Dünən, 20:25 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb - FOTO
Dünən, 20:19 Ermənistanın boşa çıxan 3 məkrli hədəfi – sərhəd təxribatında “Rusiya izi”... varmı?
Dünən, 19:27 "Azərbaycanlı xanım müğənni karantində evləndi: "Artıq ər-arvadıq
Dünən, 15:17 Andjey Duda yenidən Polşaya rəhbərlik edə bilər - “Exit-poll”
Dünən, 15:13 Polad Bülbüloğlu: Sərhəddə genişmiqyaslı toqquşma baş verə bilər
Dünən, 15:07 Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib