Son Dəqiqə

Bu gün, 13:09 - Kamaləddin Qafarov:”Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”

Bu gün, 10:59 - Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA

Bu gün, 10:56 - "Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"

Bu gün, 10:55 - Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı

Bu gün, 10:53 - Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO

Bu gün, 10:52 - Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO

Bu gün, 10:51 - "İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"

Bu gün, 10:50 - “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib

Bu gün, 10:49 - Əsgərini canı bahasına xilas edən komandir - VİDEO

Bu gün, 10:48 - BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi

Bu gün, 10:47 - Qələbəmizin Laçın zirvəsi...

Dünən, 15:01 - Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib

Dünən, 14:59 - "2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri

Dünən, 14:58 - “Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”

Dünən, 14:36 - Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi

Dünən, 10:41 - Bu gün Laçın 28 illik işğaldan qurtulur

30-11-2020, 12:00 - Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR

30-11-2020, 11:30 - BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb

30-11-2020, 11:00 - Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...

30-11-2020, 10:30 - Ağcabədidə müalicə aldıqları ünvanı tərk edən ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edildi

30-11-2020, 10:23 - Həftənin ilk iş gününün havası: Yağış, külək, şaxta, qar...

30-11-2020, 10:00 - Onlar AQTA-nın İctimai Şuraya seçkilərini qeyri-legitim hesab edir... - İDDİA

30-11-2020, 09:30 - Co Bayden: “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır, biz oyuna qayıdırıq”

30-11-2020, 09:05 - Müdafiə Nazirliyi Ağdamın Şahbulaq kəndindən videogörüntülər yaydı - VİDEO

30-11-2020, 09:00 - DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi

30-11-2020, 08:56 - Gürcüstanda bir gündə 4 mindən çox yoluxma qeydə alındı

28-11-2020, 11:30 - Ahmet Davutoğlu koronavirusa yoluxub

28-11-2020, 11:00 - TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı

GundelikXeber
 Valyuta məzənnəsi

İsmayıllı şəhər icra nümayəndəsinin barəsində həbs qətimkan tədbiri seçilib

Tarix:30-04-2020, 11:53

İsmayıllı şəhər icra nümayəndəsinin barəsində həbs qətimkan tədbiri seçilibBinəqədi rayon Məhkəməsində rüşvətdə ittiham olunan İsmayıllı şəhərinin icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində prokurorluğun verdiyi təqdimata baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib və M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib ki, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənləşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Oxunub: 16

XƏBƏR LENTİ
Bu gün, 13:09 Kamaləddin Qafarov:”Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”
Bu gün, 10:59 Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:56 "Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"
Bu gün, 10:55 Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı
Bu gün, 10:53 Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO
Bu gün, 10:52 Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO
Bu gün, 10:51 "İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"
Bu gün, 10:50 “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib
Bu gün, 10:49 Əsgərini canı bahasına xilas edən komandir - VİDEO
Bu gün, 10:48 BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi
Bu gün, 10:47 Qələbəmizin Laçın zirvəsi...
Dünən, 15:01 Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
Dünən, 14:59 "2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
Dünən, 14:58 “Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”
Dünən, 14:36 Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi
Dünən, 10:41 Bu gün Laçın 28 illik işğaldan qurtulur
30-11-2020, 12:00 Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR
30-11-2020, 11:30 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb
30-11-2020, 11:00 Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...