Son Dəqiqə

Bu gün, 14:33 - Yeni stadion kimə mane olur?

Bu gün, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

Bu gün, 08:40 - Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Bu gün, 08:39 - AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

Dünən, 13:48 - Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

Dünən, 13:20 - İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

Dünən, 11:00 - Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

Dünən, 10:30 - Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

Dünən, 10:00 - İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA

Dünən, 09:30 - "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ

Dünən, 09:00 - "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"

24-09-2020, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

24-09-2020, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

24-09-2020, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

24-09-2020, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

24-09-2020, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

24-09-2020, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

24-09-2020, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

24-09-2020, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

24-09-2020, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

24-09-2020, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

23-09-2020, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

23-09-2020, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

23-09-2020, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

GundelikXeber
 Valyuta məzənnəsi

Cəlilabada “qara maskalı” gələrsə…7 milyonluq iş, 5 min xərac, 50 minə ev - İDDİA

Tarix:4-05-2020, 17:09

Cəlilabada “qara maskalı” gələrsə…7 milyonluq iş, 5 min xərac, 50 minə ev - İDDİAAzərbaycanın əyalətlərində sosial zülm, haqsızlıq, ətalət, “cəngəllik qanunları”, yuxarıların aşağılara qarşı irtica siyasəti hələ də davam edir.
Sosial şəbəkələrdə hər kəsin qara maskalı DTX əməliyyatçısını “ağ atlı oğlan” – yəni, xilaskar kimi öz rayonuna dəvət etməsi göstərir ki, mərkəzi hakimiyyət nə qədər islahatlar, idarəetmədə yeniliklər həyata keçirsə də, problem dərinə işləyib, köklüdür, əsaslı, radikal dəyişikliklər labüddür.
Bu reformalar isə ya yerli idarəetmə ilə bağlı struktur dəyişikliyini həyata keçirməkdir, məsələn, bütün İH-lərin ləğvi, bələdiyyələrə geniş səlahiyyətlərin verilməsi, ya da total şəkildə icra başçıları “təmizlənməli”, yeni və gənc komanda formalaşmalıdır.
Son 5 ayda 4 icra başçısı, onlarla icra nümayəndəsinin həbsinə baxmayaraq, görünür ki, bölgələrdə İH rəhbərlərinin iş prinsipləri dəyişməyib.
Əgər öz fəaliyyətinə korrektə etsəydilər, bunu “gözü çıxmış qardaş” – Ağstafa, Yevlax və Neftçaladan dərs götürən Biləsuvarın icra başçısı edərdi.
Odur ki, növbəti bir rayonda əməliyyat təşkil edilsə, yenə icra başçısının tutulanlar kimi eyni işlə məşğul olduğu üzə çıxacaq. Amma bəzi bölgələrdə İH başçıları yeni təyin olunsalar da, heç nə dəyişməyib.
Reportyor.info-nun verdiyi xəbərə görə, onlardan biri Cəlilabaddır. Dövlət Reyestr Xidmətində vəzifəli şəxs olmuş, Əmlak Komitəsinin sabiq sədri Kərəm Həsənovun yaxın adamı olan Namiq Zeynalovun Cəlilabada icra başçısı təyin olunması rayonda hər hansı irəliləyişə səbəb olmayıb.
Əziz Əzizov necə qoyub getmişdisə, Cəlilabad elə də qalıb. Prezident N.Zeynalova etimad göstərməklə ondan gözləntiləri varıydı. Ümid olunurdu ki, başqalarına oxşamayacaq.
Amma Kərəm Həsənovun siyasi rəhbərliyə növbəti təqdimatı da etimadı doğrultmadı. Namiq Zeynalov Cəlilabadda narazılıq yaratmaqdadır.
Onun yardımların mənimsənilməsi, əhaliyə qarşı laqeydlik, karantin dövründə aztəminatlı ailələrlə, ahıl insanlarla maraqlanmaması haqda xəbərlər, şikayətlər dolaşır.
İcra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq etmişdi.
Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qalmışdı. Ona nə köməklik etmişdilər, nə də problemlərini dinləmişdilər.
Təyinatından bu yana onun rayonda nə kimi işlər gördüyü barədə məlumatlar olmasa da, sakinlərlə başçı arasında yaranan narazılıqlar barədə elektron kütləvi informasıya vasitələrində və sosial şəbəkələrdə kifayət qədər məlumatlar yayılıb.
KİV-lər yazırlar ki, kabinetindən çıxmayan icra başçısı rayondakı vəziyyətlə, camaatın problemləri ilə maraqlanmayıb.
N.Zeynalov bir aztəminatlı ailənin, sosial yardım alan yuvanın qapısını açmalı, soyuducusuna baxmalı, rayondakı işsizlik, sosial problemlər barədə tapşırıqlar verməliydi.
Amma baş verənlər onu göstərir ki, icra başçısı tutduğu postdan öz maraqlarını təmin etmək üçün bəhrələnir. İcra başçısı bir neçə əməliyyat sayəsində xeyli məbləğdə vəsaiti mənimsəməyə müvəffəq olub.
Belə ki, rayonda Uzun Təpə istiqamətində çəkilən yolun səkisinin abadlaşdırılması “Kolin” şirkəti tərəfindən həyata keçirilsə də, bu iş üçün büdcədən 7 milyon manat ayrılıb və həmin vəsaitin icra başçısı tərəfindən mənimsənildiyi iddiaları səslənir.
Digər bir iddiaya görə isə ərazi nümayəndələrinin illik hesabatının qənaətbəxş sayılması üçün onlara 3-5 min manat haqq qoyulub. Bu haqqı verməkdən imtina edən 7 ərazi nümayəndəsi vəzifəsindən çıxarılıb.
Bundan başqa, hər ay daxili ehtiyat fondundan rayonun Günəşli və Gəncan kəndlərinə material alınması adı altında vəsaitlər çırpışdırılıb.
N.Zeynalov Cəlilabadın keçmiş məhkəmə sədri Əliəjdər Ələkbərova məxsus evi 50 min manata ondan alıb. İcra başçısının qısa müddətdə bu qədər pula sahib olmasının özü xeyli suallar yaradır.
Vətəndaşların video müraciətləri, ittihamları da əsas yaradır ki, Cəlilabad rəhbərliyinin fəaliyyəti heç də xalqın və prezidentin istəklərinə uyğunlaşmır. //reportyor.info//

Oxunub: 14

XƏBƏR LENTİ
Bu gün, 14:33 Yeni stadion kimə mane olur?
Bu gün, 12:44 Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar
Bu gün, 08:40 Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
Bu gün, 08:39 AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
Dünən, 13:48 Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
Dünən, 13:20 İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
Dünən, 11:00 Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?
Dünən, 10:30 Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Dünən, 10:00 İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Dünən, 09:30 "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
Dünən, 09:00 "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"
24-09-2020, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
24-09-2020, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
24-09-2020, 12:00 Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
24-09-2020, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
24-09-2020, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
24-09-2020, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
24-09-2020, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
24-09-2020, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"