Son Dəqiqə

Dünən, 23:32 - Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələnib - FOTO

Dünən, 23:28 - Bakıda saxta içki hazırlayanlar ələ keçdi - RƏSMİ

Dünən, 23:25 - SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR

Dünən, 23:19 - Oqtay Şirəliyevin malikanələri üzə çıxdı – “Özü Almaniyanın Erlangen şəhərində müalicə alır”

Dünən, 23:13 - Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO

Dünən, 23:08 - Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib - FOTO

Dünən, 21:40 - "Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi - İLGİNC

Dünən, 21:36 - Seulun itkin düşmüş merinin meyiti tapılıb - YENİLƏNİB

Dünən, 21:32 - Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub

Dünən, 21:32 - Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub

Dünən, 20:39 - Cinayət cəzasız qalanda... – FOTO-VİDEO

Dünən, 18:17 - "Ey bizim ölkənin həkimləri, hörmətli TƏBİB-i başa salın ki..." - Elnarə Xəlilova

Dünən, 18:12 - Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar

Dünən, 18:08 - Əbülfəs Qarayev istefaya göndərilsə də... - onun kadrları hələ də iş başındadır

Dünən, 14:42 - Ölkədə maliyyə sabotajı yaradanlar kimlərdir? - MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR?

Dünən, 14:38 - “Lor Hospital” əsl qəssabxanadır ki... - GİLEY

Dünən, 12:33 - "Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ

Dünən, 12:29 - Bitki yağını kərə yağı adı altında satan şəxs ifşa edilib - FOTO

Dünən, 10:31 - Bakıda qəbir yeri satan bələdiyyə işçisi həbs edildi

Dünən, 10:24 - Dubay bu gündən turist qəbuluna başlayır

Dünən, 10:17 - Karantini pozan Mələk Heydərova işdən çıxarıldı (FOTO)

Dünən, 00:14 - Ukraynada güclü yanğın - azı 5 nəfər həlak olub, itkin düşənlər var

Dünən, 00:10 - “Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi

8-07-2020, 23:59 - "Kəbirə Tibb Mərkəzi“Hacı Elçinin terapiya seanslarından nələr qazanır?

8-07-2020, 23:50 - "Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" - İbrahimoviç

8-07-2020, 23:45 - “Latsio”nun futbolçusu rəqibini dişlədi – FOTO

8-07-2020, 22:15 - Ötən gün yol qəzalarında 6 nəfər ölüb

8-07-2020, 22:09 - Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır

GundelikXeber
 Valyuta məzənnəsi

Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...

Tarix:14-05-2020, 16:23

Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
27 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” Sərəncam (https://president.az/articles/4015) imzalanıb. Həmin Sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub.

Prezident İlham Əliyevin bu Sərəncamından irəli gələn tapşırıq və vəzifələrin indiyə qədər Goranboy rayonunda hansı səviyyədə yerinə yetirldiyi barədə dəqiq məlumatım yoxdur. Bu vaxta qədər hansısa uşaq bağçası təmir olunub, yenidən qurulubsa, onlara diqqət ayrılıbsa lap əla. Bunu alqışlayıram. Lakin nədənsə bu diqqətdən Goranboy rayonunun 4 kəndindəki uşaq bağçasına pay düşməyib. Hansıki, həmin bağçaların vəziyyəti uzun illərdir ürəkaçan deyil və bunu rayonda yaşayan hər kəs bilir. Xatırladım ki, Goranboy rayonu ərazisində ümumilikdə 32 körpələr evi-uşaq bağçası (http://www.goranboy-ih.gov.az/page/86.html) fəaliyyət göstərir. Bu məktəbəqədər təhsil müəssisələrindən biri 3500-dən artıq sakinin yaşadığı Qaradağlı kəndindəki 90 yerlik Körpələr Evi – Uşaq Bağçasıdır.

Kəndin düz girəcəyində yerləşən və 1985-ci ildə istifadəyə verilən uşaq bağçasında indiyə kimi əsaslı təmir işi aparılmayıb. Nəticədə iki mərtəbəli inzibati bina tamamilə yararsız hala düşüb. 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan silahlı qüvvəələri tərəfindən işğal olunduqdan sonra 10-a yaxın məcburi köçkün ailəsi bağça binasının bir hissəsində məskunlaşdırılıb. 2012-ci ildə bu ailələr yeni mənzillərlə təmin olunaraq bağça binasından köçürülüblər. 2013-cü ilin may ayında təhsil müəssisəsinin əsaslı təmir olunacağı xəbəri yayılsa da icra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsində fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Necə deyərlər, üzü bəzək, içi təzək. Kənd çoxdan qazlaşdırılsa da uşaq bağçası qış aylarında odun sobası hesabına qızdırılır.

2012-ci ilin sentyabr ayında sözügedən təhsil müəssisəsinin vəziyyəti barədə “Kaspi” qəzetində reportaj hazırlamışdım (http://kaspi.az/…/con…/xml/pages/q/pdf/config/xml/config.xml). Məqsədim icra hakimiyyətinin diqqətini mövcud problemə çəkmək idi. Lakin heç nə alınmadı. Lalam, koram, karam deyib, görməzdən gəldilər.

Goranboy rayonunun Veyisli kəndindəki Körpələr Evi-Uşaq Bağçası da uçuq-sökük, Nuh əyyamından qalma, odun sobası hesabına “qızdırılan” taxta tikilidən ibarətdir. Belə bir təhsil müəssisəsində normal səviyyədə məktəbəqədər təlim-tərbiyədən söhbət gedə bilməz. Kənd sakinləri ümid edirlər ki, nə vaxtsa bu kənddə müasir uşaq bağçası tikiləcək. Köhnə taxta tikili bərbad vəziyyətdə olmaqla yanaşı, həm uşaqların, həm də orada çalışanların həyatını təhlükəyə atır. Belə ki, hansısa səbəbdən o köhnə taxta tikilidə yanğın baş versə bağçanın qısa zamanda tamamilə alışıb yanması, faciə qaçılmazdır.

Bir zamanlar rayonun ən böyük çörək zavodunun, hamamının, iki xəstəxanasının yerləşdiyi, ərazisi neft yataqları və müalicəvi sularla zəngin Qazanbulaq şəhər tipli qəsəbəsindəki Körpələr Evi-Uşaq Bağçası da Veyisli kəndindəki məktəbəqədər tərbiyə müəssisəsinin bir növ eynisidir. Yuxarıda bəhs etdiyim acınacaqlı durum bu bağça binasında da özünü göstərir.

Rayonun Nərimanlı kəndində isə bineyi-qədimdən uşaq bağçası olmayıb. Lakin zaman keçdikcə buna ehtiyac duyulduğundan köhnə məktəb binası uşaq bağçası kimi istifadə olunub. 1950-60-cı illərdə çiy kərpicdən tikilmiş, qəzalı vəziyyətdə olan binada balacaların təlim-tərbiyəsi ilə məşğul olublar. Amma yağan yağışlar bu binanın divarlarını yuyub aparıb, divarın bir hissəsi uçub sökülüb. İndi kəndin balaca sakinləri ümumiyyətlə ilkin təhsildən kənarda qalıblar.

Təqdim edilən fotolara əlavə şərh verib yerli icra orqanının, o cümlədən uşaq bağçalarının bu vəziyyətinə görə konkret cavabdeh olan şəxslərin ünvanına nə isə söyləməyə ehtiyac duymuram. Çünki, görünən kəndlərə bələdçi lazım deyil.
Azinforum.az

Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Oxunub: 3

XƏBƏR LENTİ
Dünən, 23:32 Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələnib - FOTO
Dünən, 23:28 Bakıda saxta içki hazırlayanlar ələ keçdi - RƏSMİ
Dünən, 23:25 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR
Dünən, 23:19 Oqtay Şirəliyevin malikanələri üzə çıxdı – “Özü Almaniyanın Erlangen şəhərində müalicə alır”
Dünən, 23:13 Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO
Dünən, 23:08 Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib - FOTO
Dünən, 21:40 "Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi - İLGİNC
Dünən, 21:36 Seulun itkin düşmüş merinin meyiti tapılıb - YENİLƏNİB
Dünən, 21:32 Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub
Dünən, 21:32 Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub
Dünən, 20:39 Cinayət cəzasız qalanda... – FOTO-VİDEO
Dünən, 18:17 "Ey bizim ölkənin həkimləri, hörmətli TƏBİB-i başa salın ki..." - Elnarə Xəlilova
Dünən, 18:12 Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar
Dünən, 18:08 Əbülfəs Qarayev istefaya göndərilsə də... - onun kadrları hələ də iş başındadır
Dünən, 14:42 Ölkədə maliyyə sabotajı yaradanlar kimlərdir? - MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR?
Dünən, 14:38 “Lor Hospital” əsl qəssabxanadır ki... - GİLEY
Dünən, 12:33 "Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ
Dünən, 12:29 Bitki yağını kərə yağı adı altında satan şəxs ifşa edilib - FOTO
Dünən, 10:31 Bakıda qəbir yeri satan bələdiyyə işçisi həbs edildi