Son Dəqiqə

Bu gün, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

Bu gün, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

Bu gün, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

Bu gün, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

Bu gün, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

Bu gün, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Bu gün, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

Dünən, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

Dünən, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

Dünən, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

22-09-2020, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

22-09-2020, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

22-09-2020, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

22-09-2020, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

22-09-2020, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

22-09-2020, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

21-09-2020, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

21-09-2020, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

21-09-2020, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

21-09-2020, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

21-09-2020, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

21-09-2020, 11:00 - "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...

21-09-2020, 10:30 - İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

21-09-2020, 10:00 - Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

GundelikXeber
 Valyuta məzənnəsi

Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək

Tarix:13-12-2019, 10:55

Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcəkYeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Aqrar Subsidiya Şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala və Hacıqabulda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib.

Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası artıq əmsalları açıqlayıb: "Məsələn, fermerlər pambıq becərilməsinə görə həm əkin, həm də məhsul subsidiyası alacaqlar. Pambığa görə 1,1 əmsal müəyyənləşib, bu o deməkdir ki, pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa, dövlət qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni, əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq. Aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi sayəsində kənd təsərrüfatının bütün istiqamətlərində inkişaf təmin ediləcək".

İlham Quliyev 2020-ci ildən aqrar subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcəyini deyib: "Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsi aradan qalxır. Fermer yeni sistemdə qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaratmalıdır. Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Fermerlərdən 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Əkinlərin bəyan edilməsi EKTİS-in tətbiqində mühüm mərhələdir. Çünki, subsidiyanın miqdarı əkilmiş məhsul növündən asılı olaraq dəyişir. Bu səbəbdən fermerləri payızlıq əkinləri bəyan etmə prosesində daha aktiv iştirak etməyə çağırıram".

Nazir müavini qeyd edib ki, fermerlər EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesində hansısa texniki problemlərlə üzləşərsə, Dövlət Aqrar İnkişaf Mərkəzinə, "ASAN xidmət" mərkəzlərinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə maarifləndirici sessiyalar həyata keçirir. Bu günədək 36 rayonda belə tədbirlər baş tutub. Görüşlərdə nazirliyin rəhbər heyəti ilə yanaşı, icra hakimiyyəti strukturlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Aqrar İnkişaf Könüllüləri, bələdiyyə sədrləri, fermerlər iştirak edirlər.

Dekabrın 13-14-də analoji görüşlərin Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Balakən, Zaqatala, Qax və Şəkidə keçirilməsi nəzərdə tutulur.

Oxunub: 128

XƏBƏR LENTİ
Bu gün, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
Bu gün, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
Bu gün, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
Bu gün, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
Bu gün, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
Bu gün, 10:07 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”
Bu gün, 09:59 Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
Dünən, 17:32 Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT
Dünən, 13:00 SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA
Dünən, 09:44 Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub
22-09-2020, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
22-09-2020, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
22-09-2020, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
22-09-2020, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
22-09-2020, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
22-09-2020, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib
22-09-2020, 10:55 Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...
22-09-2020, 10:00 Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
22-09-2020, 09:30 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı