Son Dəqiqə

Bu gün, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

Bu gün, 15:16 - Könül “Lider”dən getdi

Bu gün, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

Bu gün, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

Bu gün, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

Bu gün, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Bu gün, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

Bu gün, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

Bu gün, 09:30 - 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı

Bu gün, 09:00 - Qvatemala prezidenti koronavirusa yoluxub

Dünən, 15:45 - Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO

Dünən, 14:41 - Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır

Dünən, 13:34 - Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub

Dünən, 13:25 - Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO

Dünən, 13:07 - Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub

Dünən, 13:02 - Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı

Dünən, 13:00 - Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi

Dünən, 12:31 - Türkiyənin 2 şəhərində güclü zəlzələ

Dünən, 12:25 - 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...

Dünən, 11:32 - Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - FOTOLAR

Dünən, 09:58 - Bu gün Milli Musiqi Günüdür

17-09-2020, 13:00 - “Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası

17-09-2020, 12:30 - Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - S Aqro MMC-də QALMAQAL

17-09-2020, 12:00 - Fəzail Ağamalıdan Ramiz Mehdiyevi müdafiə edən professora cavab: - “Nə oldu, hamı natəmiz oldu, Solmaz xanım təmiz?”

17-09-2020, 11:25 - TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!

17-09-2020, 11:21 - Qəbələdə şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı...

17-09-2020, 10:54 - Qurban Məmmədov saxlanıldı

17-09-2020, 10:30 - Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

GundelikXeber
 Valyuta məzənnəsi

Məmur “işğalı”ndakı torpaqlar azad ediləcəkmi... - Dəbdəbəli malikanələrdə yüz hektarlarla sahə əkilməmiş saxlanılır

Tarix:24-04-2020, 14:00

Məmur “işğalı”ndakı torpaqlar azad ediləcəkmi... - Dəbdəbəli malikanələrdə yüz hektarlarla sahə əkilməmiş saxlanılırAzərbaycanda əkinəyararlı torpaq sahələrinin məhdud olması sirr deyil. Bu, ölkənin yerləşdiyi coğrafi ərazi və iqlim şəraiti ilə bağlıdır. Belə ki, ölkə ərazisinin 90 faizdən çoxu subtropik iqlim qurşağına düşür. 55 faiz ərazimizdə isə yarımsəhra iqlim tipi üstünlük təşkil edir. Buna görə də torpaqların cəmi 40 faizə yaxını əkinəyararlı hesab olunur.

Azərbaycanın Kür-Araz zonası demək olar tamamilə Xəzər dənizinin yatağı olub və bu səbəbdən torpaqlarda erroziya prosesləri gedir. Vaxtilə qurunt sularının səviyyəsini süni surətdə aşağı salmaqla bu torpaqları qismən əkinəyararlı edirdilər. Hazırda sovet dövründə qurulan drenaj sistemi bu ərazilərdə demək olar sıradan çıxıb.

Hazırda dünya neft bazarında baş verən proseslər bir daha qeyri-neft sektorunun, onun əsas prioritet sahələrindən olan kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsinin qaçılmaz olduğunu göstərir. Buna görə də mövcud əkinəyararlı torpaqlardan maksimum səmərəli istifadə olunması gərəkir. Xüsusilə nəzərə aldıqda ki, ölkəmiz qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox məruz qalan ərazidə yerləşir, hər metr torpaqdan maksimum səmərəli istifadə olunmasının nə qədər mühüm olduğu ortaya çıxır. Son 2 ildə ölkə ərazisində və regionumuzda ciddi quraqlıq müşahidə olunmaqdadır. Ölkəyə çaylar vasitəsilə daxil olan suyun həcmi azalıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin açıqladığı məlumata görə, 2019-cu ildə Azərbaycana daxil olan suyun həcmi 2018-ci ilə nisbətən 4 milyard kubmetr az olub: “Məsələn, təkcə Samur çayı üzrə illik göstərici 1,8-2 milyard kubmetrdən 800 milyon kubmetrə düşüb. Bundan başqa, Azərbaycanın göllərinin tutumu 21 milyard kubmetr olsa da, son iki ildə bu rəqəm 10 milyard kubmetrə düşüb. Ümumiyyətlə, 5 ildir ki, quraqlığa görə su qıtlığı müşahidə edilir”.

Bütün qeyd olunanlar xüsusilə suvarma imkanları geniş olan torpaqlardan mümkün qədər səmərəli istifadə etməyin gərəkdiyini göstərir. Lakin yerlərdə olan vəziyyət deməyə əsas verir ki, bir çox hallarda yüksək vəzifəli məmurların çəpərləmələri nəticəsində yüz hektarlarla sahələr becərilmədən saxlanılır. Bu məsələ 2015-ci ildə neftin qiymətindəki enişlə bağlı yaranan böhran zamanı xeyli aktuallaşmışdı. Çünki rayonlarda insanlar, fermerlər becərməyə torpaq tapa bilmədikləri halda, ən yaxşı ərazilərdə min hektarlarla sahələr hasarlanaraq boş saxlanılırdı. Xüsusilə şimal, dağlıq şirvan, qərb və dağlıq cənub rayonlarında min hektarlarla torpaqlar sahiblərindən alınıb, yaxud uzunmüddətli müqavilələrlə yerli icra hakimiyyətlərindən icarəyə götürülüb. Vəziyyət o həddə çatdı ki, Milli Məclis üzvləri də bu çəpərləmələrə etiraz edərək, onların rayonlarda kənd təsərrüfatının, turizmin inkişafına ciddi əngəl yaratdığını bildirmişdilər.

Həmin vaxt ölkə rəhbərliyi səviyyəsində də bir neçə dəfə qaldırılan bu problemin həlli istiqamətində bir sıra addımlar atıldı. Belə ki, torpaqlardan səmərəli istifadənin təmin olunması məqsədilə qanunvericliyə bir sıra dəyişikliklər edildi. Vergi Məcəlləsinə edilən dəyişikliklə kənd təsərrüfatı istehsalına cəlb olunmadan boş saxlanılan 1 hektar əkinəyararlı torpaq sahəsinə görə 1000 manat vergi cəriməsi müəyyənləşdirilib. Bu cərimə sahəsi 1 hektardan artıq olan torpaqlara tətbiq olunur.

Vergi cəriməsi ilə yanaşı, İnzibati Xətalar və Cinayət məcəllələrinə də ciddi dəyişikliklər edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir. Qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə olunur.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə isə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma əməllərinə yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri barədə qəbul edilən qanunsuz qərarlara da aiddir. Belə ki, dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir.

Bu dəyişikliklərlə bərabər, bütün rayonlarda araşdırmalar aparıldı. Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə aparılan yoxlamalar zamanı istifadə olunan və olunmayan torpaqlar müəyyənləşdirildi. Məsələn, 2017-ci ildə 50 rayon üzrə 1 500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Lakin təəssüflər olsun ki, xüsusilə yüksək vəzifəli sabiq və indiki məmurların zəbt etdikləri torpaqlarla bağlı bir sıra rayonlarda müvafiq addımlar hələ də atılmayıb. Suvarılan ərazilərdə yerləşən yüz hektarlarla torpaq onların əyləncə və istirahət məkanı kimi qalmaqda davam edir. Koronavirus pandemiyasının yaratdığı böhran, həmçinin qlobal iqlim dəyişikliklərinin mənfi təsirinin getdikcə güclənməsi kənd təsərrüfatına yararlı bütün torpaqların dövriyyəyə cəlb olunmasını tələb edir. Güman etmək olar ki, bu şəraitdə rayonlardakı malikanələr və zəbt olunan torpaqlar yenidən diqqət mərkəzinə gələcək.
Musavat.com

Oxunub: 11

XƏBƏR LENTİ
Bu gün, 15:20 COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb
Bu gün, 15:16 Könül “Lider”dən getdi
Bu gün, 14:22 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI
Bu gün, 14:19 İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı
Bu gün, 14:16 SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi
Bu gün, 11:00 Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
Bu gün, 10:43 Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı
Bu gün, 10:00 Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib
Bu gün, 09:30 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Bu gün, 09:00 Qvatemala prezidenti koronavirusa yoluxub
Dünən, 15:45 Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO
Dünən, 14:41 Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır
Dünən, 13:34 Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub
Dünən, 13:25 Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO
Dünən, 13:07 Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub
Dünən, 13:02 Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı
Dünən, 13:00 Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
Dünən, 12:31 Türkiyənin 2 şəhərində güclü zəlzələ
Dünən, 12:25 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...