Son Dəqiqə

Bu gün, 12:54 - Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri

Bu gün, 12:50 - "Gözü çıxan qardaş”dan ibrət götürən icra başçıları - əgər biznesə toxunmasalar...

Bu gün, 12:43 - Ermənilər Tovuzun Ağdam və Əlibəyli kəndlərini atəşə tutub

Bu gün, 12:38 - İyulun 20-dən sonra növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

Bu gün, 10:44 - Bu il aliment ödəməyən 943 nəfər həbs edilib

Bu gün, 10:07 - Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox

Dünən, 23:18 - “Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina etmək qərarına gəlib

Dünən, 23:05 - "Dövlətqaçqınkom"da maliyyə pozuntuları aşkarlanıb

Dünən, 22:36 - Bakıdakı bankomatların yanında dezinfeksiya qabları quraşdırılır - FOTO

Dünən, 22:24 - Ən yüksək əməkhaqqı alan icraçı direktor - REYTİNQ

Dünən, 22:16 - “Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”

Dünən, 20:25 - Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb - FOTO

Dünən, 20:19 - Ermənistanın boşa çıxan 3 məkrli hədəfi – sərhəd təxribatında “Rusiya izi”... varmı?

Dünən, 19:27 - "Azərbaycanlı xanım müğənni karantində evləndi: "Artıq ər-arvadıq

Dünən, 15:17 - Andjey Duda yenidən Polşaya rəhbərlik edə bilər - “Exit-poll”

Dünən, 15:13 - Polad Bülbüloğlu: Sərhəddə genişmiqyaslı toqquşma baş verə bilər

Dünən, 15:07 - Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

Dünən, 15:03 - Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ - "Sözünüzü TUTUN!"

Dünən, 14:58 - Asif Ağayev haqqında ilginc iddialar... - Görün, kimə vəzifə verib...

Dünən, 10:25 - Adil Vəliyevin mənimsədiyi milyonlar... - İTTİHAM

Dünən, 10:17 - Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti (SİYAHI/FOTO)

Dünən, 07:56 - Avropada "Azərbaycanın dostları" Cəmiyyətinin sədri: "Deyir sən saydığını say, gör Azərbaycan GÖMRÜYÜ nə sayır..."

Dünən, 07:52 - Maliyyə Nazirliyidə təşviş içindədir- Növbə "Gədəbəy qruplaşması"-na və onun beyni sayılan Nadir Qarayevə çatır...İDDİA

Dünən, 07:47 - AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR

12-07-2020, 23:34 - Düşmən hücumunun qarşısını alarkən 3 hərbçimiz şəhid olub

12-07-2020, 23:30 - Gələn həftənin hava proqnozu açıqlanıb

12-07-2020, 21:52 - Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı

12-07-2020, 21:50 - İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

GundelikXeber
 Valyuta məzənnəsi

“Mədəniyyətimizin oğurlanması” filmi: - Baş rolda Əbülfəz Qarayev...

Tarix:12-05-2020, 14:56

“Mədəniyyətimizin oğurlanması” filmi: - Baş rolda Əbülfəz Qarayev..."… Bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”.

Prezident İlham Əliyevin bu sözləri mədəniyyətin bir xalq üçün müstəqillik qədər əhəmiyyətli olduğunu göstərir.

Dövlət başçısı başqa bir iqtibasında vurğulayır: “Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.

Mədəniyyət bir xalqın, bir dövlətin mövcud olması, müstəqilliyinin əbədi olması üçün iqtisadi inkişaf, siyasi güc qədər vacibdir.

Vacib olduğu qədər də qəlizdir, məşhur filmdə deyildiyi kimi: “Bu kino ki var, həm qəlizdir, həm də vacib”.

Milli kinomuzun mövcud ağır vəziyyətində “Bəyin oğurlanması” filminin məşhur sözlərini təsadüfən xatırlamırıq. Axı cəmi bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirdi və mədəniyyətimizə ayrılan dövlət vəsaitinin mənimsənilməsindən tutmuş, rüşvətin alınmasına qədər “mədəni oğurluğu” üzə çıxardı.

Mədəniyyət adındakı Nazirliyin “mədəni oğurluğu”. Sözün əsl mənasında film izləyirik, amma bu dəfə oğurlanan bəy yox, mədəniyyətimizdir və təssüf ki, bu film real hadisələrə əsaslanır.

Elə milli kinomuzdan başlayaq. Sovet istehsalı olan filmlərimiz bu gün də böyük sevgi ilə izlənilir. Halbuki, o zaman Azərbaycan müstəqil deyildi, film çəkilişlərinə ayrılan vəsait indiki ilə müqayisədə qat-qat az idi, həm də texniki imkanlar çox aşağı idi. Bəs niyə bu qədər vəsaitə, texniki imkanlara rəğmən çox demirik, heç olmasa “Bəyin oğurlanması” qədər sevilən bir film çəkilmir, daha doğrusu, çəkmirlər. Bunun cavabı DTX-nın əməliyyatı ilə açıq şəkildə ortaya çıxdı: ayrılan vəsait oğurlanır.

Bunun günahkarı kimdir? Doğrudanmı, müavinləri nazir Əbülfəz Qarayevin xəbəri olmadan mədəniyyətimizin başına bu qədər həngamə aça biliblər? Buna kim inana bilər?

Axı mədəniyyətimizin mədəniyyətsiz şəkildə məhv edilməsi halları iindi ortaya çıxmayıb.

Əbülfəz Qarayev 1994-cü ildən nazirdir. 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə struktur dəyişikliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaradılıb və Əbülfəs Qarayev nazir təyin olunub. Mövzu mədəniyyətimiz olduğu üçün Qarayevin 2006-cı ildən sonrakı fəaliyyətinə baxaq, hansı ki, mədəniyyətimiz ona həvalə edilmişdi.

1988-ci ildən 2006-cı ilə, mədəniyyətimiz Əbülfəs Qarayevə həvalə edilənə qədər mədəniyyət naziri Polad Bülbüloğlu idi. Sələfinin dövrü ilə müqayisədə Əbülfəs Qarayevin əlindəki imkanlar olduqca böyükdür. Polad Bülbüloğlunun zamanında mədəniyyətin inkişafına ayrılan vəsait də indiki qədər deyildi, maddi-texniki imkanlar da. Əbülfəs Qarayevin nazir olduğu dövrdə dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə hər il orta hesabla 300 milyon manatdan çox vəsait ayrılıb. Bu qədər vəsait və yaradılan imkanlar onunda Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə nə bəxş edib?

Milli kinomuzun “urvatsız” vəziyyətə salınması.
Maddi-mədəni irsimizin məhv edilməsi.
Bölgələrdə olan mədəniyyət evlərinin sıradan çıxması.
Milli kitabxanaların acınacaqlı vəziyytə düşməsi.

Bu siyahını kifayət qədər uzatmaq olar, amma ortada olan mövcud mənzərənin adı belədir: Mədəniyyətsizlik.

Əbülfəs Qarayevin nazir olduğu dövrdə beynəlxalq platformalara çıxan bir filmimiz olub, o da “Əli və Nino” filmi. Bu film də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əməyinin məhsuludur.

Azərbaycan kinosu isə ucuz və bayağı seriallardan başqa heç nə görməyib. Halbuki, Prezident milli kinonun inkişafı üçün kifayət qədər yardım ayırıb.

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən işlər də Heydər Əliyev Fonduna məxsusdur.

Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan dövlət tarixi-bədii qoruğu, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bunu Heydər Əliyev Fondu edib.

Atəşgah Dövlət Tarixi-Memarlıq Qoruğu, Naxçıvan Mavzoleyi, Hirkan Dövlət Qoruğu, Binəqədi Dördüncü Dövr Fauna və Flora Ehtiyatı, Lök-Batan Palçıq Vulkanı, Bakı Dağları, Xəzər sahili mühafizə kostruksiyaları, Şuşa tarix- memarlıq qoruğu, Ordubad tarix-memarlıq qoruğu Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Bunu Heydər Əliyev Fondu edib.

Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi – “Azərbaycan Muğamı”, “Azərbaycan Aşıq Sənəti”, “Novruz”, “Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti”, “Tar və Onun İfaçılıq Sənəti”, “Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu”, “Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, “Lahıcın misgərlik sənəti”, “Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bunu Heydər Əliyev Fondu edib.

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti beynəlxalq arenada tanıdır, milli kinonun inkişafına dəstək verir, maddi-mədəni irsin qorunması işini həyata keçirir, gənc nəslin milli ruhda tərbiyə olunmasından tutmuş Mədəniyyət adında nə varsa, hamısını Fond edir. Prezident İlham Əliyev də bəyan edib: “Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür”.

Bəs Mədəniyyət Nazirliyi, Əbülfəs Qarayev hardadır, nə iş görür?

DTX əməliyyatları bir daha sübut etdi ki, Mədəniyət Nazirliyi, nazir Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin talan edilməsi ilə məşğul olub.

Paytaxt küçələrindəki milli mütəfəkkirlərimizin abidələri sıradan çıxıb. Mədəniyyət evləri yararsız hala düşüb, əksər rayonda artıq arxivə qovuşub. Bir çox maddi-mədəni irsimizin adı yalnız kağız üzərində qalıb. Kitabxanalar yararsız vəziyyətdədir, “elektron kitabxana” layihəsi də yalnız sənəd üzərində var.

Mədəniyyət Nazirliyi və rəhbərliyi bu illər ərzində dövlət vəsaitini mənimsəyib, rüşvət alıb, dövlət adlarını – “Xalq artisti”, “Əməkdaş mədəniyyət işçisi” və digərlərini – pul qarşılığında veriblər.

Əbülfəs Qarayevin illər ərzində Azərbaycan mədəniyyətinə yalnız bir “töhfə” verib: “Mədəniyyətimizin oğurlanması”.

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

Oxunub: 6

XƏBƏR LENTİ
Bu gün, 12:54 Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Bu gün, 12:50 "Gözü çıxan qardaş”dan ibrət götürən icra başçıları - əgər biznesə toxunmasalar...
Bu gün, 12:43 Ermənilər Tovuzun Ağdam və Əlibəyli kəndlərini atəşə tutub
Bu gün, 12:38 İyulun 20-dən sonra növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur
Bu gün, 10:44 Bu il aliment ödəməyən 943 nəfər həbs edilib
Bu gün, 10:07 Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Dünən, 23:18 “Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina etmək qərarına gəlib
Dünən, 23:05 "Dövlətqaçqınkom"da maliyyə pozuntuları aşkarlanıb
Dünən, 22:36 Bakıdakı bankomatların yanında dezinfeksiya qabları quraşdırılır - FOTO
Dünən, 22:24 Ən yüksək əməkhaqqı alan icraçı direktor - REYTİNQ
Dünən, 22:16 “Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”
Dünən, 20:25 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb - FOTO
Dünən, 20:19 Ermənistanın boşa çıxan 3 məkrli hədəfi – sərhəd təxribatında “Rusiya izi”... varmı?
Dünən, 19:27 "Azərbaycanlı xanım müğənni karantində evləndi: "Artıq ər-arvadıq
Dünən, 15:17 Andjey Duda yenidən Polşaya rəhbərlik edə bilər - “Exit-poll”
Dünən, 15:13 Polad Bülbüloğlu: Sərhəddə genişmiqyaslı toqquşma baş verə bilər
Dünən, 15:07 Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib
Dünən, 15:03 Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ - "Sözünüzü TUTUN!"
Dünən, 14:58 Asif Ağayev haqqında ilginc iddialar... - Görün, kimə vəzifə verib...