Son Dəqiqə

Bu gün, 21:33 - Bakı sakinlərinin nəzərinə: Sabah evdən ÇIXMAYIN!

Bu gün, 21:29 - Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY

Bu gün, 20:25 - İşçisindən nazirə şikayət olundu - GİLEY (VİDEO)

Bu gün, 20:20 - Şəxsi maşınla küçəyə necə ÇIXMAQ OLAR? - Ekspert AÇIQLADI

Bu gün, 18:59 - XİN binasında əməliyyat – Vəzifəli şəxslər saxlanıldı

Bu gün, 14:28 - Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

Bu gün, 14:21 - JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR

Bu gün, 12:40 - Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI

Bu gün, 12:36 - Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ

Bu gün, 12:33 - Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

Bu gün, 12:09 - Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA

Bu gün, 12:05 - Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır

Bu gün, 11:57 - Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY

Bu gün, 11:53 - Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA

Bu gün, 11:49 - Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Bu gün, 11:33 - Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…

Dünən, 10:49 - 2 iyul Azərbaycanda Polis Günüdür

1-07-2020, 10:07 - Azərbaycanda benzin bahalaşdı

1-07-2020, 09:12 - İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ

30-06-2020, 13:22 - Deputatlar tətilə yollandılar

30-06-2020, 11:28 - “Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO

30-06-2020, 11:17 - "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY

30-06-2020, 11:16 - AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki...

30-06-2020, 11:14 - "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ...

30-06-2020, 10:27 - Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı

30-06-2020, 09:49 - Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR

30-06-2020, 09:45 - Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?XLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?

30-06-2020, 09:43 - “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM

GundelikXeber
 Valyuta məzənnəsi

"Bütün futbolçular bilir ki, çəkiylə bağlı tələblərim çoxdur" - Qurban Qurbanov

Tarix:10-06-2020, 09:00

"Bütün futbolçular bilir ki, çəkiylə bağlı tələblərim çoxdur" - Qurban Qurbanov"Üç aya yaxındır ki, böyük futboldan uzaq idik. Futbolçular həddindən artıq istəkli idi. Səhvlər də çox oldu. Bunu normal qəbul edirik. Oyun və nəticə öz yerində. Daha çox yaşıl meydanlara qayıtdığımız üçün sevinirik. İnanıram ki, qarşıdakı oyunlarımız da problemsiz olacaq".

gundelikxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la bugünkü yoxlama matçından (5:0) sonra mətbuat konfransında deyib.

- Bir həftəyə yaxındır ki, komanda məşqlərə başlayıb. Komandanın tam formaya düşməsi üçün nə qədər vaxt lazımdır?

- Tam cavab verə bilməyəcəm. Hələ konkret bir rəqəm yoxdur. Həftənin son iki günü yenə karantin olacaq, məşqlərdən uzaq qalacağıq. 21 gün vaxtımız var idisə, artıq 4 günü azalır. Həddindən çox diqqətli olmalıyıq. Fasilədən sonra ilk oyunda futbolçular istəkli, gücü çox olur. Fiziki yükləmələrdən daha çox onların bərpasına fikir verməliyik. Bu, bizim üçün problemlər yaşadacaq. Əvvəlki formaya qayıtmaq üçün çox oyun keçirməli olacağıq. Əvvəl qış hazırlığından sonra deyirdiksə ki, 3-4 tur sonra düzələrik. Ancaq indi bunu desək, yanılarıq. Düzgün hazırlıq planı qurmalıyıq, tələsməməliyik. Ola bilər ki, çempionatın sonuna komanda formasını bərpa etsin.

- Həftəsonu məşq üçün Qəbələyə gedəcəksizmi?

- Bizdə dəqiq deyil ki, Qəbələyə gedəcəyik. 3 günlük karantinə görə bizdə də getmək haqqında fikir yaranmışdı. Gərək Operativ Qərargahın da icazəsi olsun. Çünki rayonlara gediş yoxdur. Ümid edirəm ki, bizim hazırlıq planımıza görə ora getməyə ehtiyac olmayacaq.

- Karantin dövründə dincələ bildinizmi?

- Bir az yaxşı tərəfləri də oldu. Nə qədər ailəylə evdə olsaq da, işimizə görə daha çox güc sərf etdik. Hamımız üçün böyük bir imtahan idi. Futbolçularımızın da peşəkarlaşması üçün bunun faydası olacaq. Təki tam sağlamlıq geri dönsün. Çempionatın bir ay gec, bir ay tez bitməsi problem olmaz. Ümumilikdə futbol üçün böyük zərbə oldu.

- Bir həftəlik məşqdən sonra belə oyundan razı qaldınızmı?

- Bu müddətdə futbolçular passiv qalmamışdılar. İlk hissədə rəqib fərqli taktika ilə oynadı. Ümumən narahat olduğum bu gün meydandakı hərəkət yox, onların bərpasıdır. Futbolçular neçə illərdir bir yerdə oynayır. Bəzi epizodlarda artıq güc də sərf etmirdilər. Əlavə fiziki güc itirməyin qarşısını alırdılar. Bizim futbolçular topla sərbəst oynayırdılar. İkinci hissədə bir az çətin oldu. Romero və Ozobiç peşəkarlıqlarıyla fərqlənirdilər.

- Maqaye Qeye "Qarabağ"dan öz istəyiylə ayrıldı?

- Qarşılıqlı razılıq oldu. Müqaviləsi var idi, razılıq olmasaydı, yollarımızı ayıra bilməzdik. Ona təklif var idi və razılıq əldə olundu. Bütün futbolçular da bilir ki, mənim çəkiylə bağlı tələblərim çoxdur. Karantindən sonra Qeyenin düzəlməsi bir az çətin olacaqdı. Qeyenin komanda üçün faydası çox oldu. Həm vurduğu qollar, həm də assistləriylə ustalığını ortalığa qoya bilmişdi. Ancaq futbol get-gedə daha sürətli olur.

- Vaqner da Silvaya təkliflərin olduğu deyilir. Komandada qalacaqmı?

- Ümumiyyətlə, bütün futbolçulara demişəm ki, düzgün – gözləmə mövqeyi tutmalıyıq. Bilmirik ki, gələcəkdə necə olacaq. Tələsməli deyilik. Çempionatı tam bitirməliyik. Mövsümdən sonra müqaviləsi bitən futbolçularla danışıqları bərpa edəcəyik.

- Rəşad Sadıqovla karyerasıyla bağlı fikir mübadiləsi aparmısız?

- Qərarımızı vermişik. Ciddi dəyişiklik olmazsa, qərarımız yerində qalacaq. Rəşad daha əvvəl karyerasını bitirmək istəyirdi, mən saxlamışdım

Oxunub: 2

XƏBƏR LENTİ