Son Dəqiqə

Bu gün, 21:33 - Bakı sakinlərinin nəzərinə: Sabah evdən ÇIXMAYIN!

Bu gün, 21:29 - Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY

Bu gün, 20:25 - İşçisindən nazirə şikayət olundu - GİLEY (VİDEO)

Bu gün, 20:20 - Şəxsi maşınla küçəyə necə ÇIXMAQ OLAR? - Ekspert AÇIQLADI

Bu gün, 18:59 - XİN binasında əməliyyat – Vəzifəli şəxslər saxlanıldı

Bu gün, 14:28 - Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

Bu gün, 14:21 - JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR

Bu gün, 12:40 - Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI

Bu gün, 12:36 - Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ

Bu gün, 12:33 - Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

Bu gün, 12:09 - Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA

Bu gün, 12:05 - Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır

Bu gün, 11:57 - Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY

Bu gün, 11:53 - Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA

Bu gün, 11:49 - Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Bu gün, 11:33 - Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…

Dünən, 10:49 - 2 iyul Azərbaycanda Polis Günüdür

1-07-2020, 10:07 - Azərbaycanda benzin bahalaşdı

1-07-2020, 09:12 - İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ

30-06-2020, 13:22 - Deputatlar tətilə yollandılar

30-06-2020, 11:28 - “Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO

30-06-2020, 11:17 - "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY

30-06-2020, 11:16 - AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki...

30-06-2020, 11:14 - "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ...

30-06-2020, 10:27 - Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı

30-06-2020, 09:49 - Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR

30-06-2020, 09:45 - Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?XLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?

30-06-2020, 09:43 - “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM

GundelikXeber
 Valyuta məzənnəsi

Bu il I sinfə qəbul prosesində yenilik olub - Təhsil İdarəsi

Tarix:12-06-2020, 14:00

Bu il I sinfə qəbul prosesində yenilik olub - Təhsil İdarəsiİlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çəkinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Cari tədris ilindən etibarən ilk dəfə olaraq, ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib. Valideynlərin seçiminə əsasən müsahibələrin ənənəvi (canlı) və ya onlayn qaydada təşkili mümkündür.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.

Onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib.

Oxunub: 2

XƏBƏR LENTİ