Son Dəqiqə

Bu gün, 13:00 - Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA

Bu gün, 13:00 - TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

Bu gün, 12:30 - “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir?

Bu gün, 12:00 - "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY

Bu gün, 11:30 - “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...

Bu gün, 11:00 - Maşın bazarında ucuzlaşma - Açıqlama

Bu gün, 10:30 - “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb

Bu gün, 10:00 - Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO

Bu gün, 09:30 - Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...

Bu gün, 09:00 - Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO

31-07-2020, 16:35 - Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

31-07-2020, 16:31 - TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı AÇIQLAMA

31-07-2020, 16:29 - Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!"

31-07-2020, 16:25 - Deputatlara bayram pulu verildi - MƏBLƏĞ

31-07-2020, 16:15 - “Azərsu” ASC-yə 1 milyon manat ayrılıb

31-07-2020, 16:12 - Bakının mərkəzi küçə və yollarında dezinfeksiya işləri aparılacaq

31-07-2020, 16:05 - İsmayıllı rayonunun Sumağallı kəndində 264 yerlik məktəb tikiləcək

31-07-2020, 15:49 - Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunda körpü tikintisi üçün 15 milyon manat ayrılıb

31-07-2020, 13:26 - Heydər məscidində bayram namazı qılınıb

31-07-2020, 09:46 - Azərbaycanda Qurban bayramı qeyd olunur: Ölkədə 4 gün iş olmayacaq...

28-07-2020, 17:18 - Binəqədi Su Kanal Idarəsində Özbaşınalıq-Şikayət

28-07-2020, 17:14 - Elnur Allahverdiyevin Deputat Uğursuzluğu: Seçicilər Də “Sələmçi”Yə Etiraza Qalxdı

28-07-2020, 17:13 - Əvəz Qocayev Milyonları Necə Əldə Edib? – İLGİNC

28-07-2020, 16:53 - Bu il Azərbaycanda bayram namazı qılınmayacaq

28-07-2020, 15:24 - Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

28-07-2020, 13:21 - "Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir..." - GİLEY

28-07-2020, 13:00 - Gənc yaşda nazir təyin edilənlər

28-07-2020, 12:00 - Bakıda şəxslər Polis Bölməsinin qarşısında döyülüb? - RƏSMİ AÇIQLAMA

GundelikXeber
 Valyuta məzənnəsi

7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR? - Prezidentə müraciətdə ŞOK İDDİALAR...

Tarix:12-06-2020, 14:59

7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR? - Prezidentə müraciətdə ŞOK İDDİALAR...“Cəzaçəkmə Müəssisəsi buradakı rəhbərlik tərəfindən “bölüşdürülüb”. Müəssisə rəhbərliyi və şöbə rəisləri müəssisənin ərazisində əsl biznes qurublar. Məhkumları ərazidəki öz bostanlarında və quşçuluq təsərrüfatlarında işlədirlər. Müəssisə rəhbərliyi üçün tərəvəz əkib qulluq edən də, ev quşlarını yemləyib təsərrüfatı çoxaldan da, onları müəssisə rəhbərliyindən baha qiymətə almağa məcbur qalan da elə məhkumlardır”.

gundelikxeber.az bildirir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan ikinci qrup əlil Əli Səmədov ailəsi vasitəsilə Prezidentə və güc nazirliklərinə müraciət edib. Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Əli Səmədov 4 il əvvəl 12 illik həbsə məhkum edilib. Cəzasını 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkməkdədir. Məhkum müraciətində cəza çəkdiyi müəssisədə qanun pozuntuları olduğunu iddia edir.

“Bildiyiniz kimi, məhbuslar müəssisəyə daxil olanda ilk olaraq karantin dövrü keçirlər. Karantin dövrü məhbusların saxlandığı ümumi yerdən kənarda, yəni müəssisədəki ayrıca binada keçilir. Karantinə alınan məhbusa elə ilk gündə təklif olunur ki, əgər karantin dövrünü keçmək istəmirsə, 500-1500 arası məbləğdə rüşvət hesabına baraka (məhkumların yaşadıqları ümumi yer) keçirilə bilər. Karantində qalmaq istəməyən imkanlı məhkumların ailələri o pulu müəssisə rəhbərliyinə ödəyən kimi məhkumu karantinə alındığı binadan çıxarıb dustaqların yaşadıqları yerə götürürlər”, - məhbus yazır.

Məhkum yazır ki, bu Cəzaçəkmə Müəssisəsində ən çox əzilənlər maddi imkanı olmayan məhbuslardır. Onlara şiddət elə karantinə alındıqları binadan başlayır. Ağır işlərə cəlb olunurlar. İşləməyə taqəti olmayan xəstə məhbuslar nəzarətçilər tərəfindən döyülür, karsa salınırlar. Bir həftə sonra yenə karantinə alındıqları yerə qaytarılırlar.

Əli Səmədov ölkə başçısına 7 saylı Cəzaçəkmə Müəssisəsindəki tibbi-sanitariya hissəsindəki durumdan da yazır. Qeyd edir ki, tibbi-sanitariya hissəsi xəstə məhkumlara xidmət etməli olsa da, maddi imkanı olmayan xəstə məhkum oranın qapısına yaxın düşə bilmir. İlin, ayın, günün istənilən vaxtı orada yalnız imkanlı və sağlamların istirahət etdiyini görmək olar: “Cənab Prezident! Müəssisənin tibbi-sanitariya hissəsində iki nəfərlik otaqların aylıq qiyməti 300, 3 nəfərlik otaqların aylıq qiyməti 250, 4 və 5 nəfərlik otaqların aylıq qiyməti 200 manatdır. Xəstə məhkumlarsa elə dustaqların ümumi yerində canıyla çəkişir, o dustağın yoluxucu xəstəliyi varsa, digər dustaqlar da yoluxur”.

Məhkum yazır ki, bununla da iş bitmir. Cəzaçəkmə Müəssisələri əsl gəlir, biznes yeridir. Müəssisə rəhbərliyi müəssisənin daxilindəki marketdən 15 min, çay evindən 3 min, kafedən 2 min, xəstələr üçün xüsusi hamamdan 1500, dustaqların telefon danışıqlarından 5 min manat aylıq qazanc əldə edir. Məhkumların yaşadıqları “barakların” istiliyi kəsilərək müəssisənin ərazisində rəhbərliyə məxsus pomidor parnikinə yönləndirilir. Məhsul 8-ci kilometr bazarına çıxarılır, müəssisə rəhbərliyi təkcə pomidordan mövsümdə 30 min manatdan çox qazanc əldə edir.

Məhkum daha sonra qeyd edir: “Cəzaçəkmə Müəssisəsi buradakı rəhbərlik tərəfindən “bölüşdürülüb”. Rejim şöbəsinin rəisi Elçin Yəhyayev müəssisə ərazisində 1000 ədəd qaz və ördək saxlayır. İmkanlı məhkumlara biri 30 manata satılır. Saçının qırxılmasını istəməyən məhkumlar buna görə hər ayın sonunda ona 5 manat ödəyirlər. Bu da aylıq təqribən 2500 manat edir. Əməliyyat şöbəsinin Yaşar adlı rəisi isə öz əlaltısına çevirdiyi məhkumların əli ilə digər məhkumlara “torba” tikir. Nəticədə dava-dalaşa düşən məhkumlar qandallanaraq kars salınırlar, cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələnirlər, cəzalarının üzərinə daha bir ağır cəza gəlməsindən ehtiyat edən məhkumlar rəis müavininə 500-1000 manat verərək necə deyərlər, canlarını qurtarırlar. Pul verməyən məhbusları isə 10-15 gün ərzində davamlı olaraq müəssisədəki hovuza aparıb, başlarını suya salır, dəqiqələrlə o vəziyyətdə saxlamaqla işgəncə verirlər”.

Məhkum ölkə başçısına müraciətində qeyd edir ki, cəzanın yüngülləşdirilməsi, qalan cəzadan azad edilməsi, cəzanın dəyişdirilməsi ilə bağlı qanuni şəkildə məhkəməyə müraciət etmək istəyən məhkum buna görə də müəssisə rəhbərliyinə rüşvət verməli olur.

Əli Səmədov yazır ki, hazırda səhhəti ilə əlaqədar Müalicə Müəssisəsində müalicə olunur. O, ölkə başçısından və güc strukturlarından qeyd etdiyi faktların araşdırılaraq hüquqi qiymət verilməsini, özünün isə təhlükəsizliyinin təmin olunmasını istəyir.

***

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyilənləri həqiqətəuyğun hesab etmir:

“SSRİ dağılandan sonra müəssisələrimizin bir çoxunun istehsalat sahələri də dağılmışdı. İllərdir çalışırıq nələrisə bərpa edək. Birində mebel, digərində tikiş məhsulları istehsal edirik və s. Bir çox müəssisədə təsərrüfat yaratmışıq, parniklər var. Məhkumların çoxu orada könüllü işləmək istəyirlər. Buna görə ərizə də yazıb xahiş edirlər. Heç kimi zorla işlətmirlər. O parniklərin məhsullarının bazarlarda satılması məsələsi isə tamamilə absurd söhbətdir”.

Oxunub: 6

XƏBƏR LENTİ
Bu gün, 13:00 Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA
Bu gün, 13:00 TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM
Bu gün, 12:30 “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir?
Bu gün, 12:00 "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY
Bu gün, 11:30 “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...
Bu gün, 11:00 Maşın bazarında ucuzlaşma - Açıqlama
Bu gün, 10:30 “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb
Bu gün, 10:00 Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO
Bu gün, 09:30 Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...
Bu gün, 09:00 Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO
31-07-2020, 16:35 Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
31-07-2020, 16:31 TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı AÇIQLAMA
31-07-2020, 16:29 Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!"
31-07-2020, 16:25 Deputatlara bayram pulu verildi - MƏBLƏĞ
31-07-2020, 16:15 “Azərsu” ASC-yə 1 milyon manat ayrılıb
31-07-2020, 16:12 Bakının mərkəzi küçə və yollarında dezinfeksiya işləri aparılacaq
31-07-2020, 16:05 İsmayıllı rayonunun Sumağallı kəndində 264 yerlik məktəb tikiləcək
31-07-2020, 15:49 Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunda körpü tikintisi üçün 15 milyon manat ayrılıb
31-07-2020, 13:26 Heydər məscidində bayram namazı qılınıb