Dünən, 10:47 - Superliqada turun mərkəzi oyununda “Fənərbağça” “Trabzonspor”a qalib gəldi
Dünən, 10:45 - Haqqında film çəkilən məşhur mafiyanın başçısı öldü
Dünən, 10:30 - Çexiyanın baş naziri və ailəsi ölümlə hədələnib
Dünən, 10:28 - Aİ Prezidenti Gürcüstanda səfərdədir
Dünən, 10:17 - Bu vaxta qədər maska taxmaq məcburi olacaq - TARİX AÇIQLANDI
Dünən, 10:16 - Koronavirusla bağlı son STATİSTİKA
Dünən, 10:14 - "Nəşnl İnterest": "Rusiya yeganə ölkədir ki, ABŞ-ı məhv edə bilər"
Dünən, 10:13 - Ermənistanı şaiyə bürüdü: “Onik Qasparyanı zərərsizləşdirmək üçün Türkiyədən xüsusi qrup gəlib....”
Dünən, 10:11 - Bakıda iki fəhlə köhnə şkafdan 25 banderol DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb..."
Dünən, 10:10 - Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək
26-02-2021, 10:27 - İrəvanda parlament binası qarşısında barrikadalar quruldu
26-02-2021, 10:24 - Hərbçilərin maaşlarına əlavələr ediləcək
26-02-2021, 10:22 - “Xocalı soyqırımının təkrar olunmaması üçün, Dağlıq Qarabağa “səpilən” hər növ toxumun kökü kəsilməlidir”
26-02-2021, 10:20 - "Qlobal dəyişikliklərin ölkəmizə təsirinə qarşı adekvat tədbirlər görülməlidir" - 4 TƏKLİF...
26-02-2021, 10:15 - Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
26-02-2021, 10:06 - Ruhları əbədi rahatlığa qovuşan qaradağlı, xocalı, ağdabanlılarım...
26-02-2021, 10:05 - Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının BƏYANATI
26-02-2021, 10:03 - ABŞ İran hərbi obyektlərinə zərbə endirdi
26-02-2021, 09:58 - "Xocalı soyqırımı kimi faciələr unudula bilməz" - Mehriban Əliyeva
26-02-2021, 09:43 - Xocalı soyqırımından 29 il ötür
25-02-2021, 15:21 - Kamaləddin Qafarov: “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir”
25-02-2021, 10:45 - Rusiyada iyirmi yaşlı yazıçı aclıqdan öldü
25-02-2021, 10:43 - Xaçmazda evlərə və mağazalara qənim kəsilən dəstə ələ keçdi - FOTO
25-02-2021, 10:41 - Yollarda son vəziyyət necədir? - RƏSMİ
25-02-2021, 10:40 - Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI
25-02-2021, 10:39 - Bakıda buz bağlayan yollar - SİYAHI
25-02-2021, 10:37 - Azərbaycan neftinin bu günə olan qiyməti
25-02-2021, 10:35 - Hikmət Hacıyev: “Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı”
Vətən müharibəmizin növbəti qəhrəmanı əsgər İlkin Ələkbərovdur. İ.Ələkbərov 1998-ci ildə Neftçala rayonunda anadan olub. Ailədə üç qardaşdırlar. İlkin isə evin böyük oğludur. Qəhrəman əsgərimiz öz döyüş yolunu Moderator.az-a belə nəql edib:
“Mən iyul ayında əsgərliyə yollandım və Ağcabədi rayonunda xidmətimə başladım. Sentyabr 27-də döyüşlər başlayandan sonra Ağdam istiqmətində döyüşlərə başladıq. Daha sonra Füzuli istiqamətində döyüşlərə davam etdik. Füzulidə Kurqan adlı yer var, iki dağın ortası, meşəlik ərazidir. Biz oktyabrın 3-də təpəni düşməndən azad etdik və düşmən əsgərlərini məhv etdik. Oktyabrın 4-də isə düşmən hücuma keçdi. Məsafəmiz çox yaxın idi və şiddətli döyüşlər getdi”.
Əsgərimiz snayperlə vurulduqdan sonra bir də noyabrın 27-də komadan ayıldığını bildirib:
“Mən səngərin arxasına keçdim ki, snayper hardan atəş açırsa, oranı vuraq. Səngərdən baxanda bir də hiss etdim ki, vuruldum və ondan sonra heç nə yadımda deyil. Daha sonra məni hospitala gətiriblər. Oktyabrın 4-də noyabrın 27-nə qədər komada oldum və yalnız həmin gün gözümü açdım".
Əsgərimiz komadan ayılandan sonra ailəsinə xəbər etdiyini deyib:
“Komadan ayılandan sonra həkimlərin telefonu ilə ailəmə yaralanmağım barədə xəbər verdim. O vaxta qədər ailəm məni axtarıb. Başımın sağ tərəfinin sümüyü yoxdur. Həkimlər gələcəkdə başıma süni qapaq qoyacaqlar. Vətən müharibəsində iştirak etdiyimə görə ölkə başçısı tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildim. Bizim orda döyüşçü qardaşlarımız şəhid oldu, Allah hamısına rəhmət eləsin, qazilərimizə şəfa arzulayıram”.