Son Dəqiqə

10-06-2021, 10:55 - Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”

8-06-2021, 11:56 - AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib

7-06-2021, 20:50 - Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir

5-06-2021, 10:28 - AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

31-05-2021, 15:04 - Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi

31-05-2021, 11:15 - Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq

28-05-2021, 10:14 - Azərbaycanda Respublika Günü qeyd edilir

25-05-2021, 11:37 - Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)

25-05-2021, 11:00 - Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

25-05-2021, 10:46 - Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT

24-05-2021, 14:46 - Daha bir direktora cinayət işi AÇILDI

24-05-2021, 14:45 - “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli

24-05-2021, 14:42 - Putin Lukaşenko ilə Soçidə görüşəcək

24-05-2021, 14:37 - Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”

24-05-2021, 14:35 - Son sutkada neçə nəfər peyvənd olunub?

24-05-2021, 14:33 - İtaliyada funikulyor qəzası baş verib, ölənlər var

24-05-2021, 14:32 - Moskva aeroportunda bomba həyəcanı

21-05-2021, 12:00 - İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”

21-05-2021, 11:30 - Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"

21-05-2021, 11:00 - AZAL hüquq-mühafizə orqanlarına müraciət edib

21-05-2021, 10:30 - İlham Əliyev: "İsrail və Azərbaycan diasporları münasibətlərimizin inkişafına mühüm töhfələr verirlər"

21-05-2021, 10:00 - Qənirə Paşayeva Xalq şairi Sabir Rüstəmxanlını yubileyi münasibəti ilə təbrik edib

21-05-2021, 09:30 - Dövlət başçısı: "Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir"

21-05-2021, 09:00 - “Rusiya ondan nəsə qoparmaq istəyənlərin “dişlərini qıracaq”” - Putin

21-05-2021, 08:30 - “Bu, asan olmayacaq” - Prezident

21-05-2021, 08:00 - Səməd Səmədovun bacısı və baldızı koronavirusdan vəfat edib

20-05-2021, 14:59 - Qurban Qurbanov: “Hər zaman uğur əldə etmək olmur”

20-05-2021, 14:47 - Azərbaycan paralimpiyaçısı Avropa çempionu oldu

GundelikXeber
 Valyuta məzənnəsi

Sahibkar: Goranboy Icra Başçısının Köhnəsi Getdi Yeni Gələn Bizə Qan Uddurur-Video

Tarix:8-04-2021, 13:21

Sahibkar: Goranboy Icra Başçısının Köhnəsi Getdi Yeni Gələn Bizə Qan Uddurur-VideoTəəsüflər olsun ki, Goranboy rayonu mətbuatda ən çox tənqid olunan rayonlardan biri, bəlkə də birincisidir. Bunun da bəlli səbəbləri heç kəsə sirr deyil. Məsələ orasındadır ki, rayonda ciddi şəkildə qanun pozuntusu, məmur özbaşınalığı hökm sürür. Əhali az öncə vurğuladığım kimi, məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadır. Belə şikayətçilərdən biri də, Goranboy rayonu Pənahlılar kənd sakini Həsənov Eldar İbrahim oğludur.
Vətəndaşla görüşüb onu narahat edən səbəbi açıqlamasını xahiş etdik. Məlum oldu ki, E.Həsənovun icarəsində olan örüş sahəsinin 15 illik müddəti bitdiyi üçün o, yenidən bu müddətin artırılması məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, həm icra başçısı Məhərrəm Quliyev, həm də onun müavini Rafət Qurbanov tərəfindən incidilir.

– Sizi incidirlər deyəndə nəyi nəzərdə tutursunuz? – sualımıza vətəndaşın cavabı aşağıdakı kimi oldu:

– Bundan qabaqkı icra başçısı Nizaməddin Quliyevin vaxtında da buna oxşar hal yaşanmışdı. Bununla bağlı nə az, nə çox 9 dəfə məhkəmə baxışı da olub. Köhnə başçının verdiyi saxta sərəncam ləğv edilib. Lakin təəssüf ki, əlimdə olan nə məhkəmə qətnamələri, nə Dövlət Reyestr Xidmətinin torpağın adıma olmasını təsdiq edən sənəd belə özbaşına məmurların əlindən “işə yaramır”.
Goranboy RİH-dən mənə verilən cavab isə belə olub ki, guya qanunvericiliklə Göygöl sakininə Goranboyda torpaq sahəsi icarəyə verilə bilməz. Bəs belə olan halda, qarşı tərəfə dediyim “mənim bacım oğlu Qarabağ uğrunda Goranboyda həlak olub, siz onu qaytarın, mən də torpağınızı qaytarım”, deməyim qarşı tərəfdə əməlli başlı qıcıq yaratdığı üçün yaşıma baxmadan məni təhqir və təhdid etməkdən də çəkinmədilər. Axı, olmazmı ki, Goranboyda icarə torpaq sahəsindən istifadə etməklə mən, Qarabağda şəhid olan bacım oğlunun da ailəsinə dəstək olum?
İki ildir icarə haqqını ödəsəm də, örüş sahəmdə heyvandarlıqla doğru-düzgün məşğul ola bilmirəm. RİH başçısının müavini R.Qurbanov hər vəchlə çalışır ki, məni incitməklərindən təngə gəlib torpaq sahəsini əlimdən verim. Belə düşünürəm ki, Rafət Qurbanovun torpaq sahəsinin mənim əlimdən çıxmasında şəxsən marağı var. O, bu işlərin baiskari kimi köhnə başçının vaxtından “peşəkardır”. Goranboyda mənim kimi onlarla sahibkar var ki, aylardır məhkəmələrdə zülm çəkirlər.
Sözümün sonunda mən, bir vətəndaş kimi cənab Prezident İlham Əliyevə üz tutub Goranboy rayonunda hökm sürən məmur özbaşınalığından imdad diləyirəm. Demək istəyirəm ki, cənab başçı, siz DƏMİR YUMRUQ siyasəti ilə ermənilər kimi mənfurları əzə bildiniz. İndi də çox xahiş edirəm, o yumruğu RİH başçısı Məhərrəm Quliyev və onun müavini Rafət Qurbanova tətbiq etməklə, onların hər ikisini nəzarətə götürəsiniz. Bəlkə onda bu iki şəxs özlərindən əvvəl vəzifədə olan, zamanında rayon sakinlərinə az çəkdirməyən keçmiş başçı Nizaməddin Quliyevin yolunu getməkdən çəkinərlər.

P.S. Köhnə Quliyev getdi, yeni Quliyev gəldi, amma Goranboyda şikayətlər səngimədi…


Oxunub: 91

XƏBƏR LENTİ
10-06-2021, 10:55 Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”
8-06-2021, 11:56 AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib
7-06-2021, 20:50 Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir
5-06-2021, 10:28 AHİK İcraiyyə Komitəsi bəyanat yayıb
31-05-2021, 15:04 Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi
31-05-2021, 11:15 Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq
28-05-2021, 10:14 Azərbaycanda Respublika Günü qeyd edilir
25-05-2021, 11:37 Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)
25-05-2021, 11:00 Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
25-05-2021, 10:46 Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT
24-05-2021, 14:46 Daha bir direktora cinayət işi AÇILDI
24-05-2021, 14:45 “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli
24-05-2021, 14:42 Putin Lukaşenko ilə Soçidə görüşəcək
24-05-2021, 14:37 Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”
24-05-2021, 14:35 Son sutkada neçə nəfər peyvənd olunub?
24-05-2021, 14:33 İtaliyada funikulyor qəzası baş verib, ölənlər var
24-05-2021, 14:32 Moskva aeroportunda bomba həyəcanı
21-05-2021, 12:00 İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”
21-05-2021, 11:30 Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"