Son Dəqiqə

10-06-2021, 10:55 - Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”

8-06-2021, 11:56 - AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib

7-06-2021, 20:50 - Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir

5-06-2021, 10:28 - AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

31-05-2021, 15:04 - Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi

31-05-2021, 11:15 - Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq

28-05-2021, 10:14 - Azərbaycanda Respublika Günü qeyd edilir

25-05-2021, 11:37 - Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)

25-05-2021, 11:00 - Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

25-05-2021, 10:46 - Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT

24-05-2021, 14:46 - Daha bir direktora cinayət işi AÇILDI

24-05-2021, 14:45 - “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli

24-05-2021, 14:42 - Putin Lukaşenko ilə Soçidə görüşəcək

24-05-2021, 14:37 - Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”

24-05-2021, 14:35 - Son sutkada neçə nəfər peyvənd olunub?

24-05-2021, 14:33 - İtaliyada funikulyor qəzası baş verib, ölənlər var

24-05-2021, 14:32 - Moskva aeroportunda bomba həyəcanı

21-05-2021, 12:00 - İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”

21-05-2021, 11:30 - Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"

21-05-2021, 11:00 - AZAL hüquq-mühafizə orqanlarına müraciət edib

21-05-2021, 10:30 - İlham Əliyev: "İsrail və Azərbaycan diasporları münasibətlərimizin inkişafına mühüm töhfələr verirlər"

21-05-2021, 10:00 - Qənirə Paşayeva Xalq şairi Sabir Rüstəmxanlını yubileyi münasibəti ilə təbrik edib

21-05-2021, 09:30 - Dövlət başçısı: "Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir"

21-05-2021, 09:00 - “Rusiya ondan nəsə qoparmaq istəyənlərin “dişlərini qıracaq”” - Putin

21-05-2021, 08:30 - “Bu, asan olmayacaq” - Prezident

21-05-2021, 08:00 - Səməd Səmədovun bacısı və baldızı koronavirusdan vəfat edib

20-05-2021, 14:59 - Qurban Qurbanov: “Hər zaman uğur əldə etmək olmur”

20-05-2021, 14:47 - Azərbaycan paralimpiyaçısı Avropa çempionu oldu

GundelikXeber
 Valyuta məzənnəsi

Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq

Tarix:31-05-2021, 11:15

Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıqAzərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: “Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır”.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Türkiyə həmişə olduğu kimi Azərbaycanı haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023 illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramından artıq 3-ü 2020-ci ildən həyata keçirilir. Bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır. Bununla yanaşı, Türkiyənin müvafiq universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramının təsis edilməsi istiqamətində də danışıqlar aparılır. Dövlət Proqramının ikinci istiqaməti üzrə 80-ə yaxın gənc tədqiqatçı təhsilini inkişaf etmiş xarici dövlətlərdə davam etdirir. Onların arasında Türkiyədə təhsil alan tələbələr üstünlük təşkil edir. Həmçinin, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.
Dövlətlərimiz arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var. Qarşılıqlı səfərlər və həyata keçirilən tədbirlər də məhz belə deməyə əsas verir.

Həsən Abdullayev,
Salyan rayon Qarabağlı kənd sakini, gənc

Oxunub: 58

XƏBƏR LENTİ
10-06-2021, 10:55 Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”
8-06-2021, 11:56 AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib
7-06-2021, 20:50 Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir
5-06-2021, 10:28 AHİK İcraiyyə Komitəsi bəyanat yayıb
31-05-2021, 15:04 Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi
31-05-2021, 11:15 Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq
28-05-2021, 10:14 Azərbaycanda Respublika Günü qeyd edilir
25-05-2021, 11:37 Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)
25-05-2021, 11:00 Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
25-05-2021, 10:46 Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT
24-05-2021, 14:46 Daha bir direktora cinayət işi AÇILDI
24-05-2021, 14:45 “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli
24-05-2021, 14:42 Putin Lukaşenko ilə Soçidə görüşəcək
24-05-2021, 14:37 Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”
24-05-2021, 14:35 Son sutkada neçə nəfər peyvənd olunub?
24-05-2021, 14:33 İtaliyada funikulyor qəzası baş verib, ölənlər var
24-05-2021, 14:32 Moskva aeroportunda bomba həyəcanı
21-05-2021, 12:00 İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”
21-05-2021, 11:30 Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"