Son Dəqiqə

Bu gün, 17:33 - Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

Bu gün, 14:22 - Brilliantın oğlu insanları təhqir etdi - Foto

Bu gün, 14:20 - Səidə Sultan onları təhqir etdi - Foto

Bu gün, 14:18 - Azərbaycanda keçmiş bank sədri həbs edildi

Bu gün, 09:17 - Röya ikinci dəfə “Altın Kelebek” aldı - FOTO

Bu gün, 09:13 - Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO

Bu gün, 09:09 - Bakıda vətəndaşların müraciətləri üçün 87 sahə poliklinikasının əlaqə nömrələri - SİYAHI

Bu gün, 09:03 - Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar

Dünən, 23:11 - Afina "kəşfiyyatçısı" - Fuad Aslanov

Dünən, 22:30 - Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

Dünən, 22:23 - Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

Dünən, 22:20 - "Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

Dünən, 22:17 - "Barselona"dan "Yuventus"a təklif - Qrizmannı al, onları ver

Dünən, 22:12 - İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi

Dünən, 22:07 - Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO

Dünən, 21:59 - Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO

Dünən, 20:38 - Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - ölən və yaralalanlar var

Dünən, 20:32 - Türkiyədə əməliyyat - 59 nəfər həbs edilib

Dünən, 20:30 - Kolleclərə qəbul imtahanı keçiriləcək

Dünən, 16:58 - Bəzi məzunlara buraxılış imtahanında iştirak etmədən attestat veriləcək

Dünən, 16:55 - Ucarda narazılıq yaradan məmur kimdir?

Dünən, 16:52 - Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu

Dünən, 16:37 - Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

Dünən, 16:33 - AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir - İTTİHAM

Dünən, 16:29 - Qubada vətəndaşın başına necə oyun açdılar... - GİLEY

Dünən, 16:24 - Bakıda kriminal avtoritetin üç mərasiminin keçirilməsinin qarşısı alınıb, saxlanılanlar var

Dünən, 07:28 - Alı Alıyev müəmmalı MMC-lərin sayını artırır

Dünən, 07:09 - “Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

GundelikXeber
 Valyuta məzənnəsi

Azərbaycan sərhədçilərindən İran narkobaronlarına zərbə - İLGİNC FAKTLAR

Tarix:6-05-2020, 12:00

Azərbaycan sərhədçilərindən İran narkobaronlarına zərbə - İLGİNC FAKTLARXəbər verildiyi kimi ötən gün mayın 4-də Azərbaycan sərhədçiləri Beyləqan rayonunun İranla həmsərhəd Əhmədli kəndi ərazisində kolluqda gizlədilmiş heroini aşkar edib.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilirdi ki, gecə saat 23.30 radələrində “Horadiz” sərhəd zastavasında növbə çəkən sərhədçiləri VAZ-2107 markalı avtomobilin yaxınlaşdığını görüblər. Bu vaxt maşından bir nəfər çıxıb, ağacın altında gizlədilmiş bir neçə bağlamanı götürərkən sərhədçilər ona dayanmaq əmri veriblər. Həmin şəxs qaçmağa çalışıb, amma sərhədçilər onu yaxalaya bilib. VAZ-2107 avtomobilinin sürücüsü isə qaça bilib, onun şəxsiyyəti müəyyən edilib və axtarış gedir.

Saxlanılan şəxs isə Füzuli rayon sakini, Rusiya vətəndaşlığı daşıyan Mehdiyev Şükür Əsgər oğludur (1970). Axtarış zamanı həmin bağlamalardan 115 kiloqram heroin, opium, marixuana və metamfetamin, 1 tapança, patronlar, of tüfəngi aşkar edilib.

Bu, Azərbaycan sərhədçilərinin İrandan ölkə ərazisinə narkotik ötürən narkobaronlar və onların yerli kuryerlərinə qarşı həyata keçirdiyi növbəti uğurlu əməliyyatdır. Və son vaxtlar ilk dəfədir ki, bir dəfəyə bu həcmdə narkotik ələ keçirilir. Xatırladaq ki, son illər sərhədçilərimizin sayıqlığı sayəsində narkobaronlar tez-tez itki verirlər, dəfələrlə onların kuryerləri sərhədçilərlə atışmada öldürülüb, habelə iri həcmdə narkotik maddə sərhədyanı ərazilərdə aşkar edilib. Bununla belə İrandan Azərbaycana narkotik ötürülməsi cəhdləri ara vermir və narkomafiya bu məqsədlə ən müxtəlif üsullardan istifadə etməkdədir.

Bəlli olduğu kimi Azərbaycan öz coğrafi mövqeyinə görə Əfqanıstan və İran mənşəli narkotikin üçüncü ölkələrə, əsasən Avropaya daşınmasında tranzit ölkələrdən biridir. Hər il İrandan keçirilən tonlarla narkotik aşkar edilərək zərərsizləşdirilir. Lakin İran narkobaronlarının da daxil olduğu transmilli narkosindikat Azərbaycan dəhlizindən istifadə etmək cəhdlərini dayandırmır. Eyni zamanda Azərbaycan sərhədçilərindən yayınmağın getdikcə çətin olduğunu anlayan transmilli sindikatın narkotikləri ötürmək üçün işğal altındakı ərazilərdən getdikcə daha çox istifadə etməyə başladığına dair ciddi şübhələr, məlumatlar var.

İran və Əfqanıstan mənşəli narkotikin üçüncü ölkələrə daşınmasında Azərbaycanın Arazboyu işğal edilmiş ərazilərindən istifadə edilməsi əvvəllər də dəfələrlə gündəmə gəlib. Azərbaycan hökuməti narkotiklərlə mübarizəyə dair beynəlxalq toplantılarda vaxtaşırı olaraq İranla sərhəd boyu işğal edilmiş ərazilərin transmilli narkosindikat üçün əlverişli “boz zonaya” çevrildiyi barədə danışıb.

Bu günlərdə isə Dağlıq Qarabağa yanacaq və digər mallar daşıyan İran TIR-larının görüntüləri yerli erməni bloqqerlər tərəfindən internetdə yayıldı. Nəticədə İranın işğal altındakı Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyəti bir daha gündəmə gəldi və rəsmi Bakı diplomatik kanallarla Tehrana öz etirazını bildirdi. Hərçənd açıq-aşkar faktlara baxmayaraq İran tərəfi israrla təkzib etməyə çalışırdı.

Amma İran TIR-larının Dağlıq Qarabağdakı işğalçı qüvvələrə yanacaq, digər zəruri mallar daşıması yeni deyildi. Məsələnin ən həyacanlı tərəfi isə budur ki, həmin TIR-lar təkcə Ermənistan üzərindən keçib Qarabağa gəlmir. İran son illər Araz çayı üzərindən birbaşa işğal altındakı Azərbaycan ərazilərinə keçmək üçün körpülər inşa edib. O zaman heç bir şübhə yoxdur ki, həmin körpülər həm də narkokuryerlər tərəfindən istifadə olunur və İrandan daşınan narkotik işğal altındakı Azərbaycan ərazilərinə daxil olur. Oradan isə beynəlxalq sindikatın erməni üzvləri tərəfindən emal edilərək üçüncü ölkələrə ötürülür.

ABŞ Dövlət Departamentinin narkotiklərlə mübarizəyə dair illik hesabatlarında Əfqanıstan mənşəli heroinin İran üzərindən üçüncü ölkələrə daşınması barədə bəhs edilib. Və İran dünyada narkotiklərin yayılmasına dəstək verən əsas ölkələrdən biri hesab edilir. Həmin hesabatlara əsasən narkotranzit İnqilab Keşikçiləri Korpusu tərəfindən himayə edilir.
Virtualaz.org

Oxunub: 2

XƏBƏR LENTİ
Bu gün, 17:33 Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...
Bu gün, 14:22 Brilliantın oğlu insanları təhqir etdi - Foto
Bu gün, 14:20 Səidə Sultan onları təhqir etdi - Foto
Bu gün, 14:18 Azərbaycanda keçmiş bank sədri həbs edildi
Bu gün, 09:17 Röya ikinci dəfə “Altın Kelebek” aldı - FOTO
Bu gün, 09:13 Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO
Bu gün, 09:09 Bakıda vətəndaşların müraciətləri üçün 87 sahə poliklinikasının əlaqə nömrələri - SİYAHI
Bu gün, 09:03 Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar
Dünən, 23:11 Afina "kəşfiyyatçısı" - Fuad Aslanov
Dünən, 22:30 Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO
Dünən, 22:23 Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama
Dünən, 22:20 "Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir
Dünən, 22:17 "Barselona"dan "Yuventus"a təklif - Qrizmannı al, onları ver
Dünən, 22:12 İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi
Dünən, 22:07 Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO
Dünən, 21:59 Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO
Dünən, 20:38 Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - ölən və yaralalanlar var
Dünən, 20:32 Türkiyədə əməliyyat - 59 nəfər həbs edilib
Dünən, 20:30 Kolleclərə qəbul imtahanı keçiriləcək