Son Dəqiqə

Bu gün, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

Bu gün, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

Bu gün, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

Bu gün, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

Bu gün, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

Bu gün, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

Bu gün, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

Bu gün, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

Bu gün, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Bu gün, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

Dünən, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Dünən, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

Dünən, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

Dünən, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

Dünən, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

Dünən, 11:00 - "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...

Dünən, 10:30 - İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

Dünən, 10:00 - Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

Dünən, 09:30 - Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...

Dünən, 09:00 - "Niyə bəzi məmurlar rüşvət alırlar?.." - ƏSAS SƏBƏB...

19-09-2020, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

19-09-2020, 15:16 - Könül “Lider”dən getdi

19-09-2020, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

19-09-2020, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

19-09-2020, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

19-09-2020, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

19-09-2020, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

19-09-2020, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

GundelikXeber
 Valyuta məzənnəsi

Rövşən Bağırov istədiyini edir?

Tarix:15-12-2019, 18:44

Rövşən Bağırov istədiyini edir?


Lerik rayon sakini İlham İbadov redaksiyamıza gələrək şikayətlənib. O, bildirib ki, 3 ay öncə etdiyi şikayət üzündən 3 otaqlı mənzili qərəzli şəkildə əlindən alınıb:

“Bu ilin sentyabrın 24-də Lənkəran şəhərində daxili işlər naziri Vilayət Eyvazovla vətəndaşların görüşü keçirilmişdi. Mən də həmin qəbulda oldum və Lerik Rayon İcra Hakimiyyətində baş verən rüşvət və korrupsiya halları ilə bağlı nazirə məlumat verdim. Bundan sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov mənimlə qərəzli davranmağa, Lerik şəhəri H.Aslanov küçəsindəki 18 mənzilli binadakı 3 otaqlı mənzilimi əlimdən almaq üçün müxtəlif oyunlar oynamağa başladı.

Əvvəlcə evimin qapısının qıfılı gah dəyişdirildi, gah sındırıldı, daha sonra evdə olmadığım gün evimə basqın edərək, başqa ailəni evimə köçürdü. Halbuki ailəmə və mənə məxsus bütün əşyalar evdə idi və biz onların heç birini çıxara bilmədik. Mənzillə bağlı Lerik İcra Hakimiyyətinin 2009-cu il 20 iyul tarixli mənə verilən sənəddə bildirilir: “2009-ci ilin 20 iyulunda Lerik şəhəri H.Aslanov küçəsində tikilən 18 mənzilli yaşayış binasında Lerik şəhər sakini İbadov İlham Mürvət oğluna fərdi evin tikintisinə maliyyə imkanları olmaması, mənzilə ehtiyacının böyük olması nəzərə alınaraq ona binanın üçüncü blokunda 18 nömrəli, ümumi sahəsi 71.90 kvadrat, yaşayış sahəsi 45.36 metr kvadrat olan 3 otaqlı mənzil verilmişdir. Binadakı mənzillərin sənədləşdirilməsi, onun rayon mənzil istismar sahəsinin balansına verilməsi prosesləri müəyyən vaxt tələb etdiyindən bu işlər tamamlanadək yuxarıda qeyd olunan mənzil vətəndaş İlham İbadova mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim olunub. Vətəndaş yaşadığı mənzildə ümumi birgə yaşayış normalarına əməl etməklə mənzilin qorunmasına, onun saxlanılmasına, qanunvericiliyin tələblərinə müvafiq məsuliyyət daşıyır”".

Şikayətçi bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, nəticəsi olmayıb: “Aidiyyəti orqanlara dəfələrlə müraciət etmişəm, mənə bildirilib ki, rayon icra hakimiyyətinin şifahi sərəncamı ilə bu iş görülüb. Qeyd edim ki, evdən çıxarılmağımla bağlı mənə heç bir rəsmi xəbərdarlıq edilməyib, sərəncam göstərilməyib. Məlum məsələdir ki, hansısa vətəndaş yalnız məhkəmə qərarı və yaxud sərəncam əsasında mənzilindən çıxarıla bilər. Artıq 10 ildir ki, ailəm ilə birgə həmin mənzildə yaşayıram. Əgər qeyd olunan mənzildə yaşamağımla bağlı hər hansı problem, qanunsuzluq olsaydı, 10 il ərzində mənə bildirilə, xəbərdarlıq olunardı. Niyə məhz indi bu olaylar baş verir? Beləliklə, sentyabr ayının 25-dən ailəmlə birgə küçələrdəyəm. Hazırda ”üçəm" uşaqları olan Firuzə Quliyeva adlı qadını gətirib mənim evimdə yerləşdiriblər. Aidiyyəti qurumlardan xahiş edirəm ki, yenidən mənə aid olan mənzilimin mənə geri qaytarılması, pozulan hüquqlarımın bərpası üçün mənə köməklik göstərsinlər".

Məsələyə aydınlıq gətirmək üçün şikayətdə adı keçən Lerik Rayon İcra başçısı Rövşən Bağırovun da mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Əvəzində icra başçısının müavini Habil Məlikov suallarımızı cavablandırdı. Qurum rəsmisi vətəndaşın şikayətinin əsassız olduğunu bildirdi: “Bildirim ki, 2008-ci ildə Heydər Əliyevin vəsaiti hesabına Lerikdə 350 yerlik məktəb binası tikildi. Məktəb binası tikiləndə ərazidə yaşayış binası var idi və onun sökülməsi zərurəti yarandı. Eyni zamanda, rayonda Şəhidlər Xiyabanı da salındı və bununla bağlı olaraq həmin ərazidə olan 2 ailənin də evinin sökülməsi zərurəti yarandı və evlər söküldü. Həmin ərəfədə Neft Şirkəti tərəfindən yeni 18 mənzilli yaşayış binası tikildi və evləri sökülən sakinlər həmin binada mənzillə təmin olundu. Həmin binada həm evi sökülən, həm şəhid və imkansız olan bir neçə ailəyə də ev verildi. Məsələn, həmin vaxt bir Qarabağ əlili, ”üçəm" körpələr dünyaya gətirən ana da həmin binada evlə təmin olundu. O cümlədən İlham İbadova da ev verdik və müvəqqəti olaraq evi ona təhkim etmişdik. Beləliklə, yeni tikilən binaya 18 ailə köçürüldü, onların 17-nə mənzillə bağlı qanuni sənəd verildi, İlham İbadov isə mənzilə müvəqqəti olaraq təhkim olunduğundan ona sənəd verilmədi. Çünki vətəndaşın şəhərin mərkəzində A.Əəsdullayev küçəsi, ev 22-də mənzili var idi. O bildirmişdi ki, evi təmirsizdir və müvəqqəti olaraq mənzilə ehtiyacı var. İlham İbadov vaxtilə bizim aparatın işçisi olduğundan ona da müvəqqəti olaraq mənzillə təmin etmişdik. Biz həmin evi verərkən bildirmişdik ki, mənzili tezliklə dövlətə təhvil verməlidir. Lakin vətəndaş evi tərk etmədi və uzun müddət orada yaşadı. Hətta son illərdə həmin mənzildə yaşamayıb. Bir neçə ildir ki, ailəsi ilə birgə A.Əsədullayev küçəsindəki iki otaqlı mənzildə yaşayır və ailəsinin qeydiyyatı da məhz həmin mənzilədir. Biz həmin mənzili komissiya vasitəsi ilə təhvil götürərkən evdə heç bir yaşayış avadanlıqları yox idi. Sadəcə dəmir, boru qırıqları və digər bu kimi əşyalar var idi. Qeyd edim ki, həmin mənzilin bir otağını vaxtilə “üçəm” körpə dünyaya gətirən Firuzə Quliyevaya vermişdik. Hazırda onların ailə üzvlərinin sayı artdığından mənzilin digər 2 otağını da onlara vermişik". //musavat.com//

Oxunub: 111

XƏBƏR LENTİ
Bu gün, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
Bu gün, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
Bu gün, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
Bu gün, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
Bu gün, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
Bu gün, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib
Bu gün, 10:55 Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...
Bu gün, 10:00 Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
Bu gün, 09:30 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Bu gün, 09:00 Tanınmış bəstəkarın ailəsində ağır itki
Dünən, 13:30 Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Dünən, 13:00 Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb
Dünən, 12:30 Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM
Dünən, 12:00 Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq
Dünən, 11:30 Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..
Dünən, 11:00 "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...
Dünən, 10:30 İraqda İŞİD rəhbərlərindən biri yaxalandı
Dünən, 10:00 Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib
Dünən, 09:30 Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...