Son Dəqiqə

Dünən, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

Dünən, 15:16 - Könül “Lider”dən getdi

Dünən, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

Dünən, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

Dünən, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

Dünən, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Dünən, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

Dünən, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

Dünən, 09:30 - 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı

Dünən, 09:00 - Qvatemala prezidenti koronavirusa yoluxub

18-09-2020, 15:45 - Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO

18-09-2020, 14:41 - Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır

18-09-2020, 13:34 - Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub

18-09-2020, 13:25 - Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO

18-09-2020, 13:07 - Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub

18-09-2020, 13:02 - Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı

18-09-2020, 13:00 - Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi

18-09-2020, 12:31 - Türkiyənin 2 şəhərində güclü zəlzələ

18-09-2020, 12:25 - 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...

18-09-2020, 11:32 - Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - FOTOLAR

18-09-2020, 09:58 - Bu gün Milli Musiqi Günüdür

17-09-2020, 13:00 - “Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası

17-09-2020, 12:30 - Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - S Aqro MMC-də QALMAQAL

17-09-2020, 12:00 - Fəzail Ağamalıdan Ramiz Mehdiyevi müdafiə edən professora cavab: - “Nə oldu, hamı natəmiz oldu, Solmaz xanım təmiz?”

17-09-2020, 11:25 - TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!

17-09-2020, 11:21 - Qəbələdə şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı...

17-09-2020, 10:54 - Qurban Məmmədov saxlanıldı

17-09-2020, 10:30 - Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

GundelikXeber
 Valyuta məzənnəsi

Qaziyə qarşı həkim özbaşınalığı: - “2900 manat pul, qaralan ayaq, cavabsız zənglər...”

Tarix:25-04-2020, 17:18

Qaziyə qarşı həkim özbaşınalığı: - “2900 manat pul, qaralan ayaq, cavabsız zənglər...”
Hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun "Facebook" sosial şəbəkəsində yazdıqları müzakirələrə səbəb olub. O, "Ege hospital"da həkimlərin özbaşınalığı barədə məlumat yayıb:
"Bu "EGE hospital" kimindir, arxasında kim dayanır? Arxa- dayağına deyin ki, belə olmaz! Bu xəstəxananın Ruslan adlı həkimi 1 ayağını itirmiş, 2 böyrəyi "otkaz" eləmiş 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlunun 2900 manatını alıb. Söz veriblər ki, digər ayağındakı problemi ayağı kəsmədən həll edəcəyik. Pulu alıblar, ala yarımçıq nə iş görüblərsə, Qazinin yeganə qalan ayağında qaralma gedir. Ruslan həkim də zənglərə cavab vermir. Qaziyə deyib ki, kimə istəyirsən şikayət elə! O da bizə şikayət edib...".


"Sherg.az" saytı olaraq məsələ barədə fikirlərini öyrənmək üçün R.Kərimoğlu ilə əlaqə saxladıq. O, özəl klinikalarda qazilərə, şəhid ailələrinə qarşı münasibətin arzuedilən olmadığını söylədi:

"Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qazilərə xüsusi diqqət göstərirlər. Sağ olsunlar. Amma nədənsə aşağı distansiyalar bizi bəyənmir, hökumətin siyasətinə zidd hərəkət edirlər. Mən bunun səbəbini başa düşmürəm. Haqq səsimizi qaldıranda da deyirlər ki, qazilər şikayət edir. Biz nə edək ki, həkim telefona cavab versin ?! Həmin adam ayağını əməliyyat elətdirmək üçün bankdan kredit götürüb. İndi onu bu hala salmaq vicdandandırmı?! Nə olsun ki, klinika özəldir, vətən, torpaq uğrunda vuruşmuşuqsa, deməli, biz də özəl insanlarıq. Qonşu Türkiyədə qazilərə münasibət belə deyil. Orada təkcə dövlət yox, özəl şirkətlər də sözügedən kateqoriyadan olan insanlara kömək edir. Amma xüsusi qeyd etməliyəm ki, dövlət başçısının son islahatlarından sonra bəzi qurumlarda qazilərə münasibət müsbət mənada dəyişib. Buna görə Prezidentə minnətdarıq”.

Daha bir təəssüfləndirici məqam ondan ibarətdir ki, həkimlər etdiyi səhvlərə görə utanmaq, üzr istəmək əvəzinə, heç nədən çəkinmədən "Hara şikayət edirsən et" deyirlər. Hardan gəlir bu dəyirmanın suyu?! Belə həkimlər kimə və nəyə arxayındırlar?!

Qazinin fikrincə, onlara qarşı ciddi tədbirlər görülməlidir:

"Belə hallar tez- tez, xüsusilə özəl xəstəxanalarda olur. Poblemi həll etmək üçün kompleks tədbirlərə ehtiyac var. Gərək məhkəmə hakimiyyəti, icra strukturları öz işlərinə obyektiv və məsuliyyətlə yanaşsın. Qazilərə hörmətsizlik edənlər ən sərt cəzaya layiqdirlər"

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla isə deyir ki, belə halların yaşanmaması üçün icbari tibbi sığorta zəruridir:

"Əvvəla, məsələ tam aydınlaşmalı, kimin haqlı, kimin haqsız olduğu dəqiqləşməlidir. Lakin istənilən halda icbari tibbi sığorta şərtdir. Onu da deyim ki, dövlət xəstəxanaları birmənalı olaraq qazilərə xüsusi qayğı ilə yanaşırlar. Amma, ola bilsin, mövcud şəraitlə əlaqədər özəl klinikalarda vəziyyət bir az başqadır. Çünki onların maddi imkanları dövlət xəstəxanalarının imkanları qədər geniş deyil".

Oxunub: 38

XƏBƏR LENTİ
Dünən, 15:20 COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb
Dünən, 15:16 Könül “Lider”dən getdi
Dünən, 14:22 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI
Dünən, 14:19 İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı
Dünən, 14:16 SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi
Dünən, 11:00 Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
Dünən, 10:43 Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı
Dünən, 10:00 Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib
Dünən, 09:30 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Dünən, 09:00 Qvatemala prezidenti koronavirusa yoluxub
18-09-2020, 15:45 Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO
18-09-2020, 14:41 Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır
18-09-2020, 13:34 Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub
18-09-2020, 13:25 Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO
18-09-2020, 13:07 Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub
18-09-2020, 13:02 Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı
18-09-2020, 13:00 Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
18-09-2020, 12:31 Türkiyənin 2 şəhərində güclü zəlzələ
18-09-2020, 12:25 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...