Son Dəqiqə

Bu gün, 14:28 - Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

Bu gün, 14:21 - JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR

Bu gün, 12:40 - Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI

Bu gün, 12:36 - Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ

Bu gün, 12:33 - Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

Bu gün, 12:09 - Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA

Bu gün, 12:05 - Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır

Bu gün, 11:57 - Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY

Bu gün, 11:53 - Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA

Bu gün, 11:49 - Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Bu gün, 11:33 - Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…

Dünən, 10:49 - 2 iyul Azərbaycanda Polis Günüdür

1-07-2020, 10:07 - Azərbaycanda benzin bahalaşdı

1-07-2020, 09:12 - İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ

30-06-2020, 13:22 - Deputatlar tətilə yollandılar

30-06-2020, 11:28 - “Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO

30-06-2020, 11:17 - "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY

30-06-2020, 11:16 - AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki...

30-06-2020, 11:14 - "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ...

30-06-2020, 10:27 - Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı

30-06-2020, 09:49 - Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR

30-06-2020, 09:45 - Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?XLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?

30-06-2020, 09:43 - “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM

30-06-2020, 09:14 - İyunun son gününün hava proqnozu

29-06-2020, 14:59 - SMS icazə ilə bağlı daha bir yenilik - Limit qoyuldu

29-06-2020, 14:53 - Prezident və birinci xanım İçərişəhərdə - Foto

29-06-2020, 14:51 - Maskaya görə cərimələr ikiqat artırıldı

29-06-2020, 12:31 - Bu gün cərimələrlə bağlı rəsmi qərar veriləcək

GundelikXeber
 Valyuta məzənnəsi

“Azərxalça” ASC-də MAAŞ BÖHRANI – 3 aydır ki, toxuculara əməkhaqqı verilmir

Tarix:5-05-2020, 15:15

“Azərxalça” ASC-də MAAŞ BÖHRANI – 3 aydır ki, toxuculara əməkhaqqı verilmir“Azərxalça” ASC-nin işçiləri 3 aydır ki, əməkhaqlarını ala bilmirlər. Bu barədə “Hürriyyət”i bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, ASC-nin toxucuları toxuduqları hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı almalı olduqları halda, 3 aydır ki, onlara əməkhaqqı verilmir: “İnzibati təsərrüfat işçiləri standart əməkhaqqı alsalar da, toxucular 1 kvadratmetr xalça toxuduqda 250 manat maaş alır. Onu da qeyd edim ki, 1 kvadratmetr xalçanın tounmasına 1 ay vaxt gedir. Bir ay ərzində isə ancaq seyrək xalçanı toxuyub çatdırmaq olar. Buna əsasən belə qənaətə gəlmək olur ki, bir xalçaçı ən azı 1 ay ərzində evinə 250 manatdan çox maaş aparmaq gücündə deyil. Elə toxucular da var ki, ay ərzində 2, ən yaxşı halda 3 kvadratmetr xalça toxuyur. Gördüyünüz kimi, bu qədər zəhmətin qarşılığında toxuculara verilən maaş olduqca azdır. Lakin buna baxmayaraq, onlar fevral ayından etibarən halalca maaşlarını ala bilmirlər”.

“Belə bir vəziyyətdə “Azərxalça” toxunan xalçaları hara və kimə satsın?!”

Hazırda ölkə ərazisində “Azərxalça”nın 21 filialının mövcud olduğunu qeyd edən mənbə bildirdi ki, ASC-nin ümumilikdə 1800 nəfərə yaxın toxucusu var: “Deyilənlərə görə, “Azərxalça”nın İdarə Heyətinin sədri Vidadi Muradov da ASC-nin toxucuları kimi fevral ayından bu yana əməkhaqqı almayıb”. ASC-nin işçilərin maaşlarını ödəməsi üçün vəsaitinin olmadığını iddia edən bilgilə şəxsin sözlərinə görə, bu barədə hökumətə də müraciət olunub: “Lakin hələ də işçilərin maaşları verilməyib. “Azərxalça”nın dövlətə məxsus hüquqi şəxs olduğunu nəzərə alsaq, o zaman toxucuların əməkhaqqısının indiyədək verilməməsinin məsuliyyəti dövlətin üzərinə düşür. Görün, “Azərxalça”da nə cür acınacaqlı vəziyyət hökm sürür ki, ASC-nin məsul şəxsləri belə, avtomobillərinə yanacaq doldurmağa vəsait tapmırlar. Məndə olan məlumata görə, bununla bağlı hökumətə müraciət olunub və məsələ həll olunması üçün İqtisadiyyat Nazirliyinə göndərilib. Ancaq buna rəğmən, hələ də toxucuların və ASC-nin digər əməkdaşlarının maaşı verilməyib. Əksinə, rəsmi qurumlar deyirlər ki, gedin xalçanızı satın, bu yolla özünüz maaşınızı qazanın. Hazırda koronavirus pandemiyası səbəbindən demək olar ki, dünyanın bütün ölkələrində karantin rejimi hökm sürür. Belə bir vəziyyətdə “Azərxalça” toxunan xalçaları hara və kimə satsın?!”

“Hökumətin koronavirusla mübarizə tədbirlər planından faydalanmaq üçün müraciət edən toxucuların işçi kimi “Azərxalça” ASC-də qeydiyyatda olduqları və bu səbəbdən də 190 manat birdəfəlik yardım verilməyəcəyi bildirilib”

Yeri gəlmişkən, xalça emalı mərkəzinin olmasının vacibliyini vurğulayan mənbə qeyd etdi ki, istehsal olunan xalça məhz orda emal olunduqdan sonra bazara çıxarılmalıdır: “Təəssüf ki, bu gün belə bir emal müəssisəsi yoxdur. Yəni emal müəssisəsi olmadığı halda, 20 fabrik yaradıblar. Halbuki ilk öncə xalçanı emal edəcək yer olmalıdır ki, toxunan xalça dəzgahda kəsildikdən sonra emal olunmalıdır. Dünya bazarının tələbi budur. Emal olunmamış, yuyulmamış, dartılmamış, qırxılmamış xalçanı dünya ticarətində heç kim almır. Çünki emal olunmamış xalça bir müddət sonra rəngini itirir. Bu gün Azərbaycan xalçalarının dünya bazarında layiq olduğu yeri tuta bilməməsinin, “Azərxalça”nın gəlir əldə edə bilməməsinin əsas səbəblərindən də biri budur. Məndə olan informasiyaya görə, ASC indiyədək toxunan 16 min kvadratmetr xalçadan cəmi 2 min kvadratmetr xalçanı kustar üsulla yuyaraq satıb. Əgər müvafiq qurumlar bununla maraqlansalar, o zaman görərlər ki, “Azərxalça”nın anbarlarında toxunulmuş, lakin emla olunmamış 14 min kvadratmetr xalça var. Halbuki emal müəssisələri olsaydı, onda anbarlardakı xalçalar yuyulub satışa çıxarılar və bununla da ASC-nin büdcəsinə xeyli gəlir daxil olardı. Vəziyyətin bu həddə olmasının məsuliyyəti birbaşa İqtisadiyyat Nazirliyinin üzərinə düşür. Nazirlik vəziyyətdən məlumatlı olsa da, hələlik bu işlə maraqlanmır, lazımı tədbirlər görmür”. Bunun əzabını isə “Azərxalça”nın işçilərinin çəkdiyini deyən mənbənin sözlərinə görə, 3 aydır ki, maaş ala bilməyən toxucuların bir qismi çarəsiz qalıb hökumətin koronavirusla mübarizə tədbirlər planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirinlərdən faydalanmaq istəyib: “Lakin bunun üçün müraciət etdikdə onların işçi kimi “Azərxalça” ASC-də qeydiyyatda olduqları və bu səbəbdən də 190 manat birdəfəlik yardım verilməyəcəyi bildirilib. ASC-nin işçiləri çıxılmaz vəziyyətdə qalıblar, nə maaşları verilir, nə də dövlət yardımı ala bilirlər”.

Oxunub: 11

XƏBƏR LENTİ
Bu gün, 14:28 Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...
Bu gün, 14:21 JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR
Bu gün, 12:40 Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI
Bu gün, 12:36 Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ
Bu gün, 12:33 Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək
Bu gün, 12:09 Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA
Bu gün, 12:05 Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır
Bu gün, 11:57 Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY
Bu gün, 11:53 Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA
Bu gün, 11:49 Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY
Bu gün, 11:33 Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…
Dünən, 10:49 2 iyul Azərbaycanda Polis Günüdür
1-07-2020, 10:07 Azərbaycanda benzin bahalaşdı
1-07-2020, 09:12 İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ
30-06-2020, 13:22 Deputatlar tətilə yollandılar
30-06-2020, 11:28 “Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO
30-06-2020, 11:17 "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY
30-06-2020, 11:16 AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki...
30-06-2020, 11:14 "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ...