Son Dəqiqə

Bu gün, 22:01 - Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – VİDEO

Bu gün, 19:03 - "Eurohome” Ticarət Mərkəzində yanğının səbəbi necə ört-basdır edilir? – Azay Möhnətovun “parçala və hökm sür” siyasəti

Bu gün, 19:00 - Nərimanov rayonunda yerləşən Sabirabad hoteli karantin rejiminə riayət etmir - Video

Bu gün, 18:47 - “Ramil Bayramlı, 100 manatın məndədi…” - NARAZILIQ...

Bu gün, 15:54 - Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR

Bu gün, 15:46 - Milli Məclis dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

Bu gün, 12:17 - Mahsun Kırmızıgüldən şəhid generalımızla bağlı paylaşım - FOTO

Bu gün, 12:12 - “Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb” - Trampdan ağır ittiham

Bu gün, 12:08 - General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Bu gün, 10:03 - Gəncədə qadın sirkə turşusundan zəhərləndi

Bu gün, 09:58 - Girdman çayında azyaşlını xilas edən gənc qız boğulma təhlükəsi ilə üzləşdi

Bu gün, 09:54 - Göyçayda sürücü sükan arxasında öldü

Bu gün, 09:48 - Minlərlə insan Bakıdakı yürüşə qatılıb - FOTO/VİDEO

Bu gün, 09:38 - Uill Smitin arvadı ərinin “xeyir-duası” ilə yaşadığı eşq macərasından danışdı - FOTO

Dünən, 23:54 - Azərbaycan Ordusunun şəhid olan zabiti Anar Novruzov Masallıda dəfn edilib

Dünən, 22:51 - Nura Suri 200 manat cərimələndi - DİN-dən açıqlama

Dünən, 21:35 - "Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər”

Dünən, 20:18 - Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? - ekspert danışır

Dünən, 20:09 - Tovuzun Dondar Quşçu kəndində ev və həyətyanı sahələrə ziyan dəyib - FOTO

Dünən, 20:01 - Quba -Xınalıq yolunda hərəkət bərpa olunub - FOTO

Dünən, 19:09 - Şamaxıda əxlaqsızlıq yuvasında ŞOK ƏMƏLİYYAT

Dünən, 18:46 - Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

Dünən, 16:23 - Əbülfəs Qarayevdən qalan "kiçik nişanə"... - İTTİHAM

Dünən, 16:20 - «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY

Dünən, 12:54 - Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri

Dünən, 12:50 - "Gözü çıxan qardaş”dan ibrət götürən icra başçıları - əgər biznesə toxunmasalar...

Dünən, 12:43 - Ermənilər Tovuzun Ağdam və Əlibəyli kəndlərini atəşə tutub

Dünən, 12:38 - İyulun 20-dən sonra növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

GundelikXeber
 Valyuta məzənnəsi

"Məhkəmə icraçıları bu adamı himayə edir..." - GİLEY

Tarix:16-06-2020, 16:50

"Məhkəmə icraçıları bu adamı himayə edir..." - GİLEYXaçmaz rayonu, Yaquboba kənd sakini Füzuli Murtazayev məhkəmə qətnaməsinin icra edilməməsindən şikayətçidir. Vətəndaş Ədliyyə Naziri Fikrət Məmmədova ünvanladığı müraciətdə məsələni nəzarətə götürməyi xahiş edir.

Vətəndaşın müraciətində qeyd edilir ki, onun iddiası əsasında Bakı şəhəri, Qaradağ rayon Məhkəməsi cavabdeh Məmmədov Xudaverdi Süleyman oğluna qarşı “inzibati xəta nəticəsində əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” ilə bağlı qətnamə çıxarıb. Hakim Günay Həşimovanın çıxardığı qətnaməyə görə, Xudaverdi Məmmədov iddiaçı tərəfə 2630 manat məbləğində təzminat ödəməlidir. Qətnamənin üzərindən bir ildən çox vaxt keçsə də, tam icra edilməmiş qalır.

Füzuli Murtazayev bu barədə Yenisabah.az-a verdiyi açıqlamada bildirib ki, 2019-cu il iyunun 28-də sonuncu məhkəmə instansiyasında da təsdiqlənmiş qətnaməyə görə, Xudaverdi Məmmədov ümumi zərərin 1191 manatını ona ödəməlidir. Yerdə qalan məbləğ isə sığorta şirkəti tərəfindən ödənilməli idi. Bununla bağlı problem yaranmadığı üçün Füzuli Murtazayev sığorta şirkətindən şikayətçi deyil. Lakin onun sözlərinə görə, Xudaverdi Məmmədov qətnaməni icradan davamlı şəkildə boyun qaçırır və məhkəmə icraçıları da onunla bağlı hər hansı tədbir görmür:

“Xüdaverdi Məmmədovun qeydiyyatda olduğu Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ilə dəfələrlə əlaqə saxlasaq da, qətnamənin icra edilməsi üçün heç bir tədbir görülməyib. Hətta o, karantin dövrünə qədər rahat şəkildə şəxsi avtomobili ilə Azərbaycan-Rusiya sərhədini keçib. Halbuki məlumdur ki, hər hansı bir səbəbdən borcu olan şəxslərin sərhəddən keçməsi əngəllənir. Vəziyyətdən belə anlaşılır ki, məhkəmə icraçıları bu adamı himayə edir, onun əməlini ört-basdır edib pulu ödəməməsinə şərait yaradırlar. Mən bununla bağlı Ədliyyə Nazirliyinə şikayət etmişəm”.

Bildirək ki, onun Ədliyyə Naziri Fikrət Məmmədova ünvanladığı müraciətində qeyd olunur ki, əvvəlki məktubuna cavab olaraq Nazirliyin İcra Baş İdarəsinin kredit borcları şöbəsinin aparıcı məsləhətçisi vəzifəsini icra edən Elnur Osmanlı 30 aprel 2020-ci il tarixdə rəsmi cavab yazaraq bildirib ki, cavabdeh şəxs Qaradağ Rayon İcra və Probasiya şöbəsinə dəvət edilib, izahatı alınıb və borcu ödəməkdən yayınacağı halda üzləşəcəyi məsuliyyət haqqında rəsmən məlumatlandırılıb. Amma yenə də qeyd olunan təzminat ödənmədən qalır. Bu səbəblə şikayətçi Füzuli Murtazayev Nazir Fikrət Məmmədovdan xahiş edir ki, işi nəzarətinə götürsün, dəymiş zərərin ödənilməsi üçün müvafiq tapşırıq versin.

Qeyd edək ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, cavabdeh Xudaverdi Məmmədov Yalama-Xudat yolunda idarə etdiyi nəqliyyat vasitəsilə sürət həddini aşmış, iddiaçı tərəfə aid qoyun sürüsünü vurmuşdur. Nəticədə ümumi dəyəri 2630 manat olan bir neçə qoyun ölüb, bir neçəsi də yaralanıb. Füzuli Murtazayev hadisə yerində cavabdeh şəxsə zərərin ödənilməsi və qarşılıqlı anlaşma üçün təklif etsə də o, özünü günahkar saymadığını bildirib. Nəticədə iş məhkəməyə gedib çıxıb və ayrıntılı şəkildə araşdırma aparıldıqdan sonra zərərçəkənə 2630 manat təzminat ödənilməsi ilə bağlı qətnamə çıxarılıb.

Oxunub: 3

XƏBƏR LENTİ
Bu gün, 22:01 Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – VİDEO
Bu gün, 19:03 "Eurohome” Ticarət Mərkəzində yanğının səbəbi necə ört-basdır edilir? – Azay Möhnətovun “parçala və hökm sür” siyasəti
Bu gün, 19:00 Nərimanov rayonunda yerləşən Sabirabad hoteli karantin rejiminə riayət etmir - Video
Bu gün, 18:47 “Ramil Bayramlı, 100 manatın məndədi…” - NARAZILIQ...
Bu gün, 15:54 Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR
Bu gün, 15:46 Milli Məclis dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb
Bu gün, 12:17 Mahsun Kırmızıgüldən şəhid generalımızla bağlı paylaşım - FOTO
Bu gün, 12:12 “Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb” - Trampdan ağır ittiham
Bu gün, 12:08 General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub
Bu gün, 10:03 Gəncədə qadın sirkə turşusundan zəhərləndi
Bu gün, 09:58 Girdman çayında azyaşlını xilas edən gənc qız boğulma təhlükəsi ilə üzləşdi
Bu gün, 09:54 Göyçayda sürücü sükan arxasında öldü
Bu gün, 09:48 Minlərlə insan Bakıdakı yürüşə qatılıb - FOTO/VİDEO
Bu gün, 09:38 Uill Smitin arvadı ərinin “xeyir-duası” ilə yaşadığı eşq macərasından danışdı - FOTO
Dünən, 23:54 Azərbaycan Ordusunun şəhid olan zabiti Anar Novruzov Masallıda dəfn edilib
Dünən, 22:51 Nura Suri 200 manat cərimələndi - DİN-dən açıqlama
Dünən, 21:35 "Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər”
Dünən, 20:18 Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? - ekspert danışır
Dünən, 20:09 Tovuzun Dondar Quşçu kəndində ev və həyətyanı sahələrə ziyan dəyib - FOTO