Son Dəqiqə

Dünən, 23:32 - Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələnib - FOTO

Dünən, 23:28 - Bakıda saxta içki hazırlayanlar ələ keçdi - RƏSMİ

Dünən, 23:25 - SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR

Dünən, 23:19 - Oqtay Şirəliyevin malikanələri üzə çıxdı – “Özü Almaniyanın Erlangen şəhərində müalicə alır”

Dünən, 23:13 - Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO

Dünən, 23:08 - Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib - FOTO

Dünən, 21:40 - "Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi - İLGİNC

Dünən, 21:36 - Seulun itkin düşmüş merinin meyiti tapılıb - YENİLƏNİB

Dünən, 21:32 - Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub

Dünən, 21:32 - Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub

Dünən, 20:39 - Cinayət cəzasız qalanda... – FOTO-VİDEO

Dünən, 18:17 - "Ey bizim ölkənin həkimləri, hörmətli TƏBİB-i başa salın ki..." - Elnarə Xəlilova

Dünən, 18:12 - Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar

Dünən, 18:08 - Əbülfəs Qarayev istefaya göndərilsə də... - onun kadrları hələ də iş başındadır

Dünən, 14:42 - Ölkədə maliyyə sabotajı yaradanlar kimlərdir? - MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR?

Dünən, 14:38 - “Lor Hospital” əsl qəssabxanadır ki... - GİLEY

Dünən, 12:33 - "Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ

Dünən, 12:29 - Bitki yağını kərə yağı adı altında satan şəxs ifşa edilib - FOTO

Dünən, 10:31 - Bakıda qəbir yeri satan bələdiyyə işçisi həbs edildi

Dünən, 10:24 - Dubay bu gündən turist qəbuluna başlayır

Dünən, 10:17 - Karantini pozan Mələk Heydərova işdən çıxarıldı (FOTO)

Dünən, 00:14 - Ukraynada güclü yanğın - azı 5 nəfər həlak olub, itkin düşənlər var

Dünən, 00:10 - “Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi

8-07-2020, 23:59 - "Kəbirə Tibb Mərkəzi“Hacı Elçinin terapiya seanslarından nələr qazanır?

8-07-2020, 23:50 - "Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" - İbrahimoviç

8-07-2020, 23:45 - “Latsio”nun futbolçusu rəqibini dişlədi – FOTO

8-07-2020, 22:15 - Ötən gün yol qəzalarında 6 nəfər ölüb

8-07-2020, 22:09 - Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır

GundelikXeber
 Valyuta məzənnəsi

Səfər Əbiyevin ordudakı tikinti maxinasiyalarında əsas adam... KİM İDİ?

Tarix:23-06-2020, 13:00

Səfər Əbiyevin ordudakı tikinti maxinasiyalarında əsas adam... KİM İDİ?
Bu gün Azərbaycanda demək olar ki, hər kəs baş verən hadisələrdən yetəri qədər məlumatlı olur. Amma 7-8 il bundan əvvəl hər hansı bir xəbər saytında dövlət qurumları ilə bağlı xəbər çıxanda demək olar ki, onlara qarşı təzyiqlər olur, ortalıqda baş verən qanunsuzluqlar, korrupsiya və yeyinti kimi hallar ört-basdır olunmağa cəhd olunurdu. Ona görə də zamanında gizli qalan məqamlar yavaş-yavaş sosiallaşmağa başlayır. Sabiq Müdafiə Naziri Səfər Əbiyevin korrupsiya, oğurluq yolu ilə topladığı sərvətin və mülklərin sayını və hansı yollarla əldə etdiyi də artıq hamının dilindədir.

DİA.AZ-ın Qaynarinfo-ya istinadla verdiyi xəbərə görə, Səfər Əbiyevin ən yaxın adamlarından biri, keçmiş nazir müavini polkovnik Mehman Səlimovu tanıyan az deyil. M.Səlimov sabiq Nazirin tikinti və təmir büdcəsinə nəzarət edənlərdən biri idi. Orduda bütün tikinti işlərini görmək üçün M.Səlimovla müqavilə bağlanır və o özlərinə sərf edən tenderlərin qaliblərini şəxsən müəyyən edirdi. Sabiq nazirin postundan çıxarılması ilə M.Səlimov həbs olunmuş və ona qarşı bir neçə maddə üzrə cinayət işi açılmışdı. Onun bilavasitə iştirakı ilə misli görünməmiş tender maxinasiyasının nəticəsi olaraq, Heydər Əliyev adına Ali Hərbi Məktəbin əsas binasının damı hər güclü küləkdə uçurdu. İş o yerə gəlib çatmışdı ki, havalar küləkli olanda orda xidmət edən zabitlər və təhsil alan kursantlar binadan uzaq dururdular. Hələ milyonlarla pullar ayrılmış tədris korpusunu və kazarmaları demirəm. İzolyasıya edilməmiş binalar rütubət çəkir, divarlar nəmişlikdən kif bağlayırdı. Gələcəyin zabitləri belə kazarmalarda yaşayır və əksəriyyəti revmatizmdən əziyyət çəkirdi. Bir digər fakt isə, sabiq Müdafiə Naziri S.Əbiyevin dövründə Qusarda tikilib istifadəyə verilmiş hərbi hissədir. Hərbi tikilinin bünövrəsi standartdan 25 sm aşağı inşa edilmiş, üstündən heç 8 il keçmədən divarları çatlamış, bünövrə sarsılmış, hazırda isə qəzalı vəziyyətə düşmüşdür.

Səfər Əbiyevin ordudakı tikinti maxinasiyalarında əsas adam... KİM İDİ?

Səfər Əbiyevin ordudakı tikinti maxinasiyalarında əsas adam...

30 oktyabr 2015-ci il tarixində S.Əbiyevin müavini Mehman Səlimovun məhkəmə prosesi keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində "mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə təqsirləndirilən polkovnik M.Səlimova qarşı Müdafiə Nazirliyində "Layihə Smeta” bölməsinin o vaxtki rəisi Nəriman Niftəliyev də ifadə vermiş, dövlət tərəfindən hərbi qulluqçuların şəraitinin yaxşılaşdırılması üçün ayrılan pulların orada fəaliyyət göstərən şirkətlərə kağız üzərində göstərildiyindən daha çox, şişirdilmiş rəqəmlərdə rəsmiləşdirildiyini ifadə etmişdi. Daha çox pul mənimsəmək üçün fəhlə əvəzinə hərbi xidmətdə ola əsgərlər cəlb edildiyini bildirmişdi. Beləliklə həm əsgərlərin sağlamlığı və həyatı təhlükəyə atılır, həm də tikintidən anlayışı olmayan əsgərlər düzgün işləyə bilmirdi. Nəticədə, dövlətin pulları ciblərə axır, sonda isə yararsız, zəif, rütubətli, dözümsüz tikililər hərbi qulluqçuların sağlamlığına bais olurdu.

Orduda yarı-yarımçıq, qəzalı vəziyyətdə qoyduğu tikintilərdən mənimsədiyi pullarla isə özünə çoxlu sayda mülk inşa etdirən Səfər Əbiyev, təbii ki bunları əsgərlərə tikdiyi kimi bərbad vəziyyətdə deyil, müasir layihələrlə bahalı şirkətlərə tikdirib. Buna misal kimi Həsən Əliyev küçəsində yerləşən villaları, Teymur Əliyev küçəsindəki çoxmərtəbəli qoşa villaları, Həzi Aslanov qəsəbəsində hektarlarla torpaq sahəsi və villaları, Xəzər rayonu Şimal DRES ərazisində olan villa, Çexiyada şəxsi biznesi, Nabranda və Qubada villaları və 100 hektardan çox torpaq sahələrini göstərməklə bitirmək olmaz.
Oxunub: 2

XƏBƏR LENTİ
Dünən, 23:32 Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələnib - FOTO
Dünən, 23:28 Bakıda saxta içki hazırlayanlar ələ keçdi - RƏSMİ
Dünən, 23:25 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR
Dünən, 23:19 Oqtay Şirəliyevin malikanələri üzə çıxdı – “Özü Almaniyanın Erlangen şəhərində müalicə alır”
Dünən, 23:13 Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO
Dünən, 23:08 Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib - FOTO
Dünən, 21:40 "Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi - İLGİNC
Dünən, 21:36 Seulun itkin düşmüş merinin meyiti tapılıb - YENİLƏNİB
Dünən, 21:32 Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub
Dünən, 21:32 Dövlət Neft Fonduna son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub
Dünən, 20:39 Cinayət cəzasız qalanda... – FOTO-VİDEO
Dünən, 18:17 "Ey bizim ölkənin həkimləri, hörmətli TƏBİB-i başa salın ki..." - Elnarə Xəlilova
Dünən, 18:12 Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar
Dünən, 18:08 Əbülfəs Qarayev istefaya göndərilsə də... - onun kadrları hələ də iş başındadır
Dünən, 14:42 Ölkədə maliyyə sabotajı yaradanlar kimlərdir? - MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR?
Dünən, 14:38 “Lor Hospital” əsl qəssabxanadır ki... - GİLEY
Dünən, 12:33 "Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ
Dünən, 12:29 Bitki yağını kərə yağı adı altında satan şəxs ifşa edilib - FOTO
Dünən, 10:31 Bakıda qəbir yeri satan bələdiyyə işçisi həbs edildi