Son Dəqiqə

Bu gün, 13:17 - Bakıda 8 qadın saxlanılıb - SƏBƏB - FOTO

Bu gün, 13:13 - İyulun 10-da qəbul imtahanları keçiriləcək

Bu gün, 13:08 - Bakıda karantin rejimini pozan kafe aşkar edilib - FOTO

Bu gün, 13:05 - Azərbaycanda keçmiş bank sədri həbs edildi

Bu gün, 12:58 - Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Bu gün, 12:53 - Qubada bu vandallığı kimlər törədib? - VİDEO

Bu gün, 12:50 - Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir

Bu gün, 10:13 - Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Bu gün, 10:03 - "Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür"

Bu gün, 09:59 - “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA EDİLİB

Dünən, 23:29 -  Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ

Dünən, 23:25 - Kökəldikcə ağlını itirmək - Risk altında qadınlardır

Dünən, 23:20 - Futbol topuna bənzəyən nəsnə tapdı, reallığı öyrənəndə HEYRƏTƏ DÜŞDÜ

Dünən, 23:14 - Miqdarından artıq istifadəsi ölümə səbəb ola biləcək qidalar: su, kofe, badam...

Dünən, 22:47 - İdman etmədən 150 kilo arıqlayan kişi SİRRİNİ AÇDI - FOTO

Dünən, 22:29 - AzTV-nin baş prodüseri jurnalistləri belə təhqir etdi - FOTOFAKT

Dünən, 22:16 - Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

Dünən, 22:08 - Eldar Mahmudovun həbsinə XİN-dən keçid

Dünən, 21:59 - Avtobus su anbarına aşıb, 21 nəfər həlak olub - FOTO

Dünən, 19:34 - Koronavirusla mübarizə aparan həkimlərin maaşını kim kəsir? - GİLEY

Dünən, 19:31 - “Bu narkoman gədə niyə 27 ildir susurdu?”

Dünən, 17:33 - Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

Dünən, 14:22 - Brilliantın oğlu insanları təhqir etdi - Foto

Dünən, 14:20 - Səidə Sultan onları təhqir etdi - Foto

Dünən, 14:18 - Azərbaycanda keçmiş bank sədri həbs edildi

Dünən, 09:17 - Röya ikinci dəfə “Altın Kelebek” aldı - FOTO

Dünən, 09:13 - Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO

Dünən, 09:09 - Bakıda vətəndaşların müraciətləri üçün 87 sahə poliklinikasının əlaqə nömrələri - SİYAHI

GundelikXeber
 Valyuta məzənnəsi

İsmət Abbasov adamını işsiz qoymadı - GƏLİŞMƏ

Tarix:25-06-2020, 10:55

İsmət Abbasov adamını işsiz qoymadı - GƏLİŞMƏVaxtilə Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından olan “Aqrolizinq” ASC-nin sabiq sədri Əli Bayramov yüksək vəzifəyə təyin olunub.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı mətbuatda yayılan məlumatlara görə, Ə.Bayramov 1 saylı Şərab Zavodunun İdarə Heyətinin sədri təyin edilib.

Xatırladaq ki, Ə.Bayramov 2007-ci ildən 2014-cü ilə kimi “Aqrolizinq” ASC-nin sədri vəzifəsində çalışıb. İsmət Abbasovun Kənd Təsərrüfatı naziri vəzifəsini tutduğu dövrdə işləmiş Ə.Bayramov onun ən yaxın kadrlarından biri sayılıb.

Lakin İ.Abbasov 2013-cü ildə nazir vəzifəsindən gedəndən və Baş nazirin mavini təyin olunandan sonra Ə.Bayramovun da “kitabı bağlanıb”. 2014-cü ildə öz ərizəsilə “Aqrolizinq” ASC-nin sədri vəzifəsindən getməli olan Ə.Bayramov bunu səhhətilə izah etməyə çalışsa da, hamıya bəlli idi ki, əsas səbəb təşkilatdakı külli miqdarda yeyinti faktlarının üzə çıxmasıdır.

Belə ki, Əli Bayramovun işdən getməsindən cəmi bir neçə gün sonra Hesablama Palatası “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib.

Hesablama Palatasının həmin vaxt yaydığı məlumata görə, “Aqrolizinq” ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa təqdim olunub. Hətta həmin vaxt Ə.Bayramovun istintaqdan yayınmaq üçün Türkiyəyə qaçdığına dair məlumatlar da yayıldı.

Hər kəsə məlum idi ki, bu qurumun keçirdiyi tenderlərdə öz maraqlarına uyğun şirkətləri cəlb eləmək, onları qalib elan etmək, onların vasitəsi ilə ölkəyə cins mal-qara, texnika, gübrə və digər məhsullar gətirmək, məhz Əli Bayramovun idarəçiliyi altında baş verib.

Lakin maraqlıdır ki, 100 milyonlarla dollar büdcə vəsaitinin talanması faktlarını araşdıran Zakir Qaralovun idarəsi “Aqrolizinq”-in “xırda kalibrli” məmurlarına qarşı cinayət işi qaldırıb, onların bir neçəsini həbs etməklə məsələni ört-basdır edə bildi. Nə Əli Bayramov, nə də onun himayədarı İsmət Abbasova talanan 100 milyonlara görə “gözün üstə qaşın var” deyən olmadı.

İndi isə məlum olur ki, “köhnə qvardiyanın” samballı üzvlərindən biri sayılan İ.Abbasov Ə.Bayramovun sədaqətini unutmayıb və adı aşçıq-aşkar külli miqdarda korrupsiya faktlarında keçən bu şəxsə yenidən etimad göstərib.

Məsələ ondadır ki, “Bakı Şərab 1” ATSC Baş nazirin sabiq müavini, keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun zavodu kimi tanınır. Mətbuatdakı məlumatlarda vaxtilə "Bakı 1 saylı Şərab Zavodu" adlanan bu müəssisədə direktor müavini işləmiş İsmət Abbasovun, Kənd Təsərrüffatı naziri olduğu dövrdə ATSC-ni öz nəzarətinə keçirdiyi bildirilir. Yəni, bu ATSC-nin gəlirləri əsasən İsmət Abbasovun şəxsi büdcəsinə daxil olur. Hələlik bu məlumatlar nə İ.Abbasov, nə də zavod tərəfindən rəsmən təkzib edilməyib.

Ə.Bayramovun İ.Abbasovun zavoduna rəhbər gətirilməsi həm də onu təsdiqləyir ki, “köhnə qvardiya”nın üzvlərinin nə “iş prinsiplərində”, nə də malik olduqları biznes şəbəkələrində heç nə dəyişməyib...
“AzPolitika.info”

Oxunub: 3

XƏBƏR LENTİ
Bu gün, 13:17 Bakıda 8 qadın saxlanılıb - SƏBƏB - FOTO
Bu gün, 13:13 İyulun 10-da qəbul imtahanları keçiriləcək
Bu gün, 13:08 Bakıda karantin rejimini pozan kafe aşkar edilib - FOTO
Bu gün, 13:05 Azərbaycanda keçmiş bank sədri həbs edildi
Bu gün, 12:58 Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
Bu gün, 12:53 Qubada bu vandallığı kimlər törədib? - VİDEO
Bu gün, 12:50 Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir
Bu gün, 10:13 Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI
Bu gün, 10:03 "Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür"
Bu gün, 09:59 “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA EDİLİB
Dünən, 23:29  Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ
Dünən, 23:25 Kökəldikcə ağlını itirmək - Risk altında qadınlardır
Dünən, 23:20 Futbol topuna bənzəyən nəsnə tapdı, reallığı öyrənəndə HEYRƏTƏ DÜŞDÜ
Dünən, 23:14 Miqdarından artıq istifadəsi ölümə səbəb ola biləcək qidalar: su, kofe, badam...
Dünən, 22:47 İdman etmədən 150 kilo arıqlayan kişi SİRRİNİ AÇDI - FOTO
Dünən, 22:29 AzTV-nin baş prodüseri jurnalistləri belə təhqir etdi - FOTOFAKT
Dünən, 22:16 Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...
Dünən, 22:08 Eldar Mahmudovun həbsinə XİN-dən keçid
Dünən, 21:59 Avtobus su anbarına aşıb, 21 nəfər həlak olub - FOTO