Son Dəqiqə

Dünən, 20:33 - Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

Dünən, 20:29 - "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"

Dünən, 20:24 - C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

Dünən, 20:23 - Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində

Dünən, 16:24 - Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ

Dünən, 16:16 - Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi

26-09-2020, 14:33 - Yeni stadion kimə mane olur?

26-09-2020, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

26-09-2020, 08:40 - Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

26-09-2020, 08:39 - AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

25-09-2020, 13:48 - Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

25-09-2020, 13:20 - İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

25-09-2020, 11:00 - Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

25-09-2020, 10:30 - Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

25-09-2020, 10:00 - İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA

25-09-2020, 09:30 - "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ

25-09-2020, 09:00 - "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"

24-09-2020, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

24-09-2020, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

24-09-2020, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

24-09-2020, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

24-09-2020, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

24-09-2020, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

24-09-2020, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

24-09-2020, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

24-09-2020, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

24-09-2020, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

23-09-2020, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

GundelikXeber
 Valyuta məzənnəsi

Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...

Tarix:3-08-2020, 09:30

Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...

İndi İqtisadiyyat naziri olan Mikayıl Cabbarov 2013-cü ildə Təhsil naziri postuna təyinat alandan qısa müddət sonra rayon təhsil şöbələrinin ləğv edilərək regional idarələrin yaradılması gündəmə gəldi.

2014-cü il iyulun 24-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi. Lakin sərəncamın icrası təxirə salındı.

Rəsmi açıqlamalarda bunun səbəbi kimi maliyyə çatışmazlığı göstərilsə də, bu olay müxtəlif mülahizələrə yol açdı. İddia olunurdu ki, rayon təhsil şöbələrinin ləğvinə hakimiyyətdəki hansısa “güclü əl” mane olub. Sonradan bu məsələdə o zaman Prezident Administrasiyasının rəhbəri olan, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsində çalışan akdemik Ramiz Mehdiyevin adı hallandırılmağa başladı.

Akademikin adının bu olayla əlaqələndirilməsi təxminən belə izah edilirdi: Rayon təhsil şöbələri Təhsil Nazirliyinə tabe olan struktur olmasına baxmayaraq icra hakimiyyətlərinin bu quruma təsir imkanları daha güclüdür. O dərəcədə ki, rayon təhsil şöbələrinin rəhbərliyinə təyinatlar icra hakimiyyəti başçıları ilə razılışdırlmadan həyata keçirilə bilməz. İcra hakimiyyətlərinə nəzarət funksiyası isə Ramiz Mehdiyevin əlində olduğundan o dolayısı ilə təhsil sahəsinə də müdaxilə etmək imkanına malikdir.

Bu halda rayon təhsil şöbələrinin ləğvi akademikin maraqlarına uyğun gələ bilməzdi. Bu baş tutacağı təqdirdə həm təhsil sahəsinə dolayı nəzarət, həm də icra hakimiyyətləri üçün qeyri-leqal maliyyə resursu əldən çıxa bilərdi.

O zaman açıq şəkildə qeyd edilirdi ki, rayon təhsil şöbələri faktiki olaraq icra hakimiyyətləri üçün gəlir mənbəyinə çevrilib.

Bildirilirdi ki, əslində regional idarələrin yaradılması icra hakimiyyətlərinin rayon təhsil şöbələri üzərində dominantlığına son qoyulması məqsədi daşıyırdı.

Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma fakt ondan ibarətdir ki, regional idarələrin yaradılması, bununla Prezident sərəncamının olmasına baxmayaraq baş tutmadı.

Bu məsələ bir də 2019-cu ildə gündəmə gəldi. O zaman isə Təhsil naziri Ceyhun Bayramov idi. Artıq Ceyhun Bayramov da bu postu təhvil verərək Xarici İşlər naziri diplomatik sahəyə keçid alıb. Dünən isə onun yerinə gənc kadr Emin Əmrullayev təyin edilib. Güman edilir ki, regional idarələrin yaradılması yenidən gündəmə gələcək.

Nəzərə alsaq ki, islahatlar kampaniyası çərçivəsində yüksək vəzifələr təyinat alan yeni kadrların fəaliyyəti “təmizləmələr” və sturktur dəyişiklikləri ilə xarakterizə olunur, o zaman Emin Əmrullayevin də Təhsil Nazirliyində müəyyən yeniləmələr edəcəyi gözləniləndir. Bu yeniləmələrdən biri də 6 il əvvəlki sərəncamın icrasına başlanılması ola bilər.
Oxunub: 25

XƏBƏR LENTİ
Dünən, 20:33 Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”
Dünən, 20:29 "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"
Dünən, 20:24 C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”
Dünən, 20:23 Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
Dünən, 16:24 Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ
Dünən, 16:16 Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi
26-09-2020, 14:33 Yeni stadion kimə mane olur?
26-09-2020, 12:44 Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar
26-09-2020, 08:40 Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
26-09-2020, 08:39 AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
25-09-2020, 13:48 Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
25-09-2020, 13:20 İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
25-09-2020, 11:00 Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?
25-09-2020, 10:30 Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
25-09-2020, 10:00 İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
25-09-2020, 09:30 "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
25-09-2020, 09:00 "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"
24-09-2020, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
24-09-2020, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb