Son Dəqiqə

Dünən, 17:12 - Keçmiş məhkumdan narkotik vasitə götürülüb - FOTO

Dünən, 17:11 - “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova

Dünən, 13:00 - Çavuşoğlu 20 Yanvar şəhidlərini andı: “Qərənfillər xarıbülbüllə birgə çiçəkləyir” - FOTO

Dünən, 12:00 - Bülbüloğlu: “Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq”

Dünən, 11:30 - Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Dünən, 11:00 - Polis əməliyyat keçirdi, 2 nəfərdən tapança götürüldü

Dünən, 10:30 - İnterneti olmayan şagird necə imtahan verəcək?

Dünən, 09:42 - 20 Yanvar faciəsindən 31 il ötür

Dünən, 09:30 - ABŞ prezidenti 73 nəfəri əfv edib

Dünən, 09:00 - Qaxda qar örtüyünün hündürlüyü 43 sm olub - FAKTİKİ HAVA

19-01-2021, 11:00 - Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

19-01-2021, 10:59 - "Ötən il bağlı qalan 310 cinayətin açılması təmin edilib" - Vilayət Eyvazov

19-01-2021, 10:57 - Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 118 yeni yoluxma

19-01-2021, 10:56 - Qənirə Paşayeva Xalq rəssamı ilə Milli Məclisdə görüşüb

19-01-2021, 10:55 - “Sumqayıt Sənaye Parkındakı müəssisələrin geniş ixrac imkanları var”

19-01-2021, 10:53 - Oktyabrın 1-dən Bakıdayam, heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar..."

19-01-2021, 10:50 - Milli Məclis lombardlarla bağlı qanun layihəsini müzakirə edəcək

19-01-2021, 10:49 - Navalnı 30 sutka həbs edilib

19-01-2021, 10:48 - 20 Yanvar hadisəsi ilə bağlı dəyirmi masa

19-01-2021, 10:46 - Əfv etmə və amnistiya olacaq? - dinləmələr keçiriləcək

18-01-2021, 17:05 - DİN-dən xəbərdarlıq: Maska qərarı qüvvədə qalır

18-01-2021, 17:03 - Peyvənd olunan Oqtay Şirəliyevdən açıqlama...

18-01-2021, 16:57 - Polietilen torba istehsalçıları ilə görüş keçirilib

18-01-2021, 16:53 - Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı - Rəsmi

18-01-2021, 16:50 - "2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlər təyin edilib"

18-01-2021, 15:39 - "Mənim üzvlərim Aşıqlar Birliyinin üzvlərindən çoxdur..."

18-01-2021, 15:37 - Prokurorluğa sənəd qəbulu fevralın 1-də başa çatır

18-01-2021, 15:06 - Səttar Möhbalıyev: “Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bir daha bütün dünyaya göstərdi”

GundelikXeber
 Valyuta məzənnəsi

Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməllərinin şok nəticələri - İKİNCİ YAZI

Tarix:3-12-2020, 10:56

Təhsil Nazirliyi 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzovun qanunsuz əməllərinin şok nəticələri - İKİNCİ YAZI
Maliyyə maxenasiyası ustası olan Zahid Təhməzov başqa hansı əməllər sahibidir?

Dünən oxuculara təqdim etdiyimiz yazıda Tərtərdə yerləşən və Ağcabədi, Laçın, Füzuli, Ağdam, Xocavənd və Tərtər, rayon Təhsil Şöbələrinin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirən Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ƏMHM) bir il öncə təyin olunan rəisi Zahid Təhməzovun qanunsuz əməllərindən və maliyyə firildaqlarından söz açmışdıq. Onun bir il ərzində etdiyi maliyyə pozğunluğunu, maxenasiyaları beş il bu vəzifədə çalışan şəxs edə bilməz. Bu da Zahid Təhməzovun maliyyə maxenasiyası peşəsində olduqca tərcübəyə malik olmasının nəticəsidir. O bu peşəyə Tərtər rayon Maliyyə İdarəsinin rəisi olduğu illərdə mənimsəyib. Hətta deyərdik ki, dövlət vəsaitinin mənimsəməsi və maliyyə maxenasiyası dərslərindən hər zaman 5 qiymət alıb.

TehsilXeber.com-a daxil olmuş və dünənki yazımızda qeyd etdiyimiz kimi, koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirildi. Bu işləri həyata keçirmək məqsədi ilə dövlət büdcəsindən ƏMHM-lərinə külli miqdarda vəsaitlər ayrıldı. Həmçinin Zahid Təhməzovun rəis olduğu 10 saylı ƏMHM-nə də 95 min manat məbləğində vəsait ayrıldı. Bu vəsait hesabına bu il ərzində 10 saylı ƏMHM-nə daxil olan Ağcabədi, Laçın, Füzuli, Ağdam, Xocavənd və Tərtər, rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin idman zalları, inzibati, sinf otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri həyata keçirilməli idi. Lakin bütün bu dezinfeksiya işləri yerli təhsil müəssisələrin öz daxili imkanları və rayonlar üzrə ƏMHM-nin baş məsləhətçilərinin (baş mühasiblərin) vəsaiti hesabına həyata keçirilib. Daha doğrusu bu işlər başdansovdu və məsuliyyətsizcəsinə həyata keçirildi. Bu vacib işlərə görə dövlətin ayırdığı 95 min manat vəsaiti təyinatı üzrə xərclənmədiyi üçün, yəni dezinfeksiya işləri lazımı qaydada görülmədiyinin səbəbidir ki, 10 saylı ƏMHM-nə daxil olan 6 rayonun təhsil müəssisələrinin 300-dən artıq müəllim və şagirdində koronavirus infeksiyasına yoluxma halı baş vermişdi.

Hər kəsə bəllidir ki, bu ilin aprel ayından cənab ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz gözə görünməyən düşmən olan koronavirusa qarşı mübarizə aparır. Amansız xəstəliyə yoluxanların sayının azalması, dezinfeksiya işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün cənab Prezident bir neçə sərəncamlar imzalamış və Nazirlər Kobineti yanında yaradılmış Operativ Qərərgah gərgin iş fəaliyyətdə şalışmışdı və bu gündə bu gərgin fəaliyyət davam edir. 10 saylı ƏMHM-nin rəisi Zahid Təhməzov isə bu məqsədlə dövlətin ayırdığı 95 min manat vəsaiti mənimsəməklə dövlətimizin bu sahədə apardığı mübarizəyə əngəl yaratmağa çalışmış və nəticədə 6 rayon üzrə 300-dən artıq müəllim və şagird bu amansız xəstəliklə baş-başa qalmışdı.

Zahid Təhməzovun qanunsuz əməlləri tək bununla bitmir. Dünənki yazımızda qeyd etdiyimiz kimi, tədris ilinin əvvəlində təhsil müəssisələrinin tarifkasiyaları üçün də 10 saylı ƏMHM-nə daxil olan 6 rayon üzrə baş məsləhətçilərinin əli ilə pul yığma konpaniyasını "uğurla" həyata keçirtdi.

Bundan başqa, 10 saylı ƏMHM-nə daxil olan 6 rayon üzrə Təsərrüfat istismarı qrupunun 5 əməkdaşı olduğu halda, hər qrup üzrə 2 əməkdaş işə çıxır. Hər qrupun 3 əməkdaşının maaş kartı (cəmi 18 işçinin maaş kartı) isə Zahid Təhməzovun dəmir seyfindədir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları əgər onun iş otağında əməliyyat-axtarış tədbiri keçirtsələr həmin 18 işçinin maaş kartı ilə yanaşı, digər saxta sənədlər də üzə çıxa bilər.

Zahid Təhməzovun qanunsuz əməlləri barəsində redaksiyamıza daha hansı faktlar daxil olub?
- Ağcəbədi rayonu üzrə 10 saylı ƏMHM-nin baş məsləhətçisini (baş mühasibi) vəzifədən azad edən Zahid Təhməzov onun yerinə təyin etdiyi şəxsdən nə qədər rüşvət alıb?
- Zahid Təhməzov öz xidməti otağının qapısını dəyişərək, puntla işləyən qapını hansı məqsədə qoydurub?
- Zahid Təhməzov Tərtər rayon Maliyyə İdarəsinə yeni rəis təyin olunandan bir az sonra (2005-ci ildə) "Tərtər" restoranında kimlər tərəfindən və hansı səbəbdən ayağından güllə yarası almışdı? Həmin vaxt içkili vəziyyətdə olan Zahid Təhməzov nə "quşlayıb"?
- 10 saylı ƏMHM-nin rəisinin ştat cədvəlində xanım katibəsi olmadığı halda Zahid Təhməzov iki xanım katibəni hansı əsaslarla işə qəbul edib?
- Zahid Təhməzov Tərtər Rayon Maliyyə İdarəsinin rəisi işlədiyi dönəmdə rayondakı idarə, təşkilat və müəssisə rəhbərlərini necə gözümçıxdıya salmışdı?
- Zahid Təhməzov hansı qüvvələrə və kimlərə güvənərək hegomonluq edir?
- 10 saylı ƏMHM-nin rəisi bundan sonra hansı maxenasiyalara hazırlaşır?
- Daha nələr, nələr...
Bizi izləyin!

Oxunub: 48

XƏBƏR LENTİ
Dünən, 17:12 Keçmiş məhkumdan narkotik vasitə götürülüb - FOTO
Dünən, 17:11 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova
Dünən, 13:00 Çavuşoğlu 20 Yanvar şəhidlərini andı: “Qərənfillər xarıbülbüllə birgə çiçəkləyir” - FOTO
Dünən, 12:00 Bülbüloğlu: “Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq”
Dünən, 11:30 Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Dünən, 11:00 Polis əməliyyat keçirdi, 2 nəfərdən tapança götürüldü
Dünən, 10:30 İnterneti olmayan şagird necə imtahan verəcək?
Dünən, 09:42 20 Yanvar faciəsindən 31 il ötür
Dünən, 09:30 ABŞ prezidenti 73 nəfəri əfv edib
Dünən, 09:00 Qaxda qar örtüyünün hündürlüyü 43 sm olub - FAKTİKİ HAVA
19-01-2021, 11:00 Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19-01-2021, 10:59 "Ötən il bağlı qalan 310 cinayətin açılması təmin edilib" - Vilayət Eyvazov
19-01-2021, 10:57 Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 118 yeni yoluxma
19-01-2021, 10:56 Qənirə Paşayeva Xalq rəssamı ilə Milli Məclisdə görüşüb
19-01-2021, 10:55 “Sumqayıt Sənaye Parkındakı müəssisələrin geniş ixrac imkanları var”
19-01-2021, 10:53 Oktyabrın 1-dən Bakıdayam, heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar..."
19-01-2021, 10:50 Milli Məclis lombardlarla bağlı qanun layihəsini müzakirə edəcək
19-01-2021, 10:49 Navalnı 30 sutka həbs edilib
19-01-2021, 10:48 20 Yanvar hadisəsi ilə bağlı dəyirmi masa