Son Dəqiqə

Dünən, 11:48 - "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."

Dünən, 11:46 - Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

Dünən, 11:45 - Gəncədə ağır qəza: Ölən və yaralananlar var

Dünən, 11:43 - Rusiyada mehmanxana alovlara büründü

Dünən, 11:41 - BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi

Dünən, 11:32 - Poroşenko koronavirusa yoluxub

Dünən, 11:29 - Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı

Dünən, 11:28 - Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

Dünən, 11:27 - "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

Dünən, 11:25 - Prezident: "Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"

29-09-2020, 13:29 - “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”

29-09-2020, 13:26 - Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -

29-09-2020, 13:25 - Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir

29-09-2020, 13:14 - Düşmənin daha iki tankı məhv edildi - VİDEO

29-09-2020, 13:10 - "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"

29-09-2020, 13:09 - "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF

29-09-2020, 13:08 - “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi

29-09-2020, 12:59 - “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı

29-09-2020, 12:56 - Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR

29-09-2020, 11:57 - Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı

28-09-2020, 20:33 - Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

28-09-2020, 20:29 - "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"

28-09-2020, 20:24 - C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

28-09-2020, 20:23 - Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində

28-09-2020, 16:24 - Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ

28-09-2020, 16:16 - Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi

26-09-2020, 14:33 - Yeni stadion kimə mane olur?

26-09-2020, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

GundelikXeber
 Valyuta məzənnəsi

YAP BU DƏFƏ KİMİ GÜLDÜRƏCƏK, KİMİ AĞLADACAQ

Tarix:5-12-2019, 10:08

YAP BU DƏFƏ KİMİ GÜLDÜRƏCƏK, KİMİ AĞLADACAQ

5-ci çağırış Milli Məclis (MM) vaxtından əvvəl olsa da, öz ömrünü başa vurur.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası və hakim partiyanı təmsil edən deputatlar 5-ci çağırışın buraxılması, yeni parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib, MM-in dünənki iclasında da həmin təşəbbüs dəstəklənərək, yeni seçkilərlə bağlı qərar layihəsi qəbul olunub.

Artıq ölkə, cəmiyyət yeni seçkilərə gedir və seçkilərin fevralın ilk ongünlüyündə baş tutması istisna olunmur.

Qeyd edək ki, məlum təşəbbüslə çıxış edən hakim partiyanı da hazırda MM-də 68 millət vəkili təmsil edir.

Onlardan kimin yenidən YAP tərəfindən etimada layiq görüləcəyi, yenidən namizəd göstəriləcəyi tam məlumat olmasa, ilkin dəyərləndirmələr, ehtimallar ortadadır.

YAP-çı deputatlardan ən azı 30-nun kənarda qalacağı, onların yeni simalarla əvəzlənəcəyi bildirilir, ehtimal olunur.

Qalacaqlar-yenidən namizəd göstəriləcəklər arasında Siyavuş Novruzovun, Səməd Seyidovun, Əli Hüseynlinin, Ziyafət Əsgərovun, Aydın Hüseynovun, Sevinc Fətəliyevanın, Sahibə Qafarovanın, Vasif Talıbovun, Rauf Əliyevin, Musa Quliyevin və sair, yenidən namizəd göstərilməyəcəklər-gedəcəklər arasında İqbal Məmmədovun, Tahir Süleymanovun, Nəriman Əliyevin, Rüstəm Xəlilovun, Malik Həsənovun, İlham Əliyevin, Ağacan Abiyevin (o özü seçkilərdə iştirak etməyəcəyini bildirib), Yaqub Mahmudovun, Rafiq Məmmədhəsənovun, Dilarə Cəbrayılovanın, Kamaləddin Qafarovun, Ülviyyə Həmzəyevanın və digərlərinin adları daha çox çəkilir.

Amma təbii ki, son qərar YAP Siyasi Şurası və İdarə Heyətinin bu ayın sonları, ən geci gələn ayın ilk günlərində keçiriləcək iclasında veriləcək.

Bəs görəsən, 68 millət vəkili neçənci dəfədir parlamentdə təmsil olunur və hazırda deputat mandatını daşıyır?

YAP-da bu məsələdə birincilik hakim partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvü, YAP-ın aparıcı və nüfuzlu simalarından olan MM-in Regional məsələr komitəsinin sədri Arif Rəhimzadəyə məxsusdur.

O, parlamentdə 7-ci dəfədir təmsil olunur.

İki dəfə sovetlər dövründə (keçmiş Ali Sovetdə) deputat olub, 5 çağırışdır ki, MM-də təmsil olunur.

İkincilik üç millət vəkilinə məxsusdur.

Bunlar YAP İdarə Heyəti və Siyasi Şurasının üzvü, professor Eldar İbrahimovla professor Hadi Rəcəbli və “Rus İcması”nın rəhbəri Mixail Zabelindir.

İstər YAP-ın yaradılmasının əsas təşəbbüskarlarından, məşhur “91-lər”dən olan MM-in Aqrar siyasət komitəsinin sədri E. İrahimov, istər YAP Siyasi Şurasının üzvü, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, isrətsə də M. Zabelin 6-cı dəfədir parlamentdə təmsil olunurlar.

Onlar bir dəfə Ali Sovetin (sovetlər dövründə) üzvü olub, 5-cağırışdır MM-in üzvləridirlər.

Jurnalist İmamverdi İsmayılov, birinci vitse-spiker Ziyafət Əsgərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 5 cağırışdır MM-də təmsil olunurlar.

Akademik Nizami Cəfərov, akademik Yaqub Mahmudov, spiker Oqtay Əsədov, vitse-spiker Bahar Muradova, professor, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əlü Hüseynli, YAP icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov, iş adamı Tahir Süleymanov, sabiq icra başçısı Elman Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Məlahət İbrahimqızı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, MM-in komitə sədrinin müavini Aydın Mirzəzadə, parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, şair Tahir Rzayev və Mirkazım Kazımov 4 dəfə deputat seçiliblər.

YAP Yevlax şəhər təşkilatının sədri İlham Məmmədov, Kərəm Həsənovun qardaşı Malik Həsənov, professor Rafiq Məmmədhəsənov, yazıçı Hüseynbala Mirələmov, Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə, sabiq rektor Ağacan Abiyev, MM-in komitə sədrinin müavini Rauf Əliyev, professor Şəmsəddin Hacıyev, akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, MM-in komitə sədrinin müavini Yevda Abramov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Cavid Qurbanov son 3 çağırşdır parlamentdə təmsil olunurlar.

Professor Sahibə Qafaova, YAP-ın şöbə müdiri Sevinc Fətəliyeva, BDU-nun kafedra müdiri Kamilə Əliyeva, MM-in komitə sədri Aqiyə Naxçıvanlı, Azər Badamov, İlham Əliyev, Sədaqət Vəliyeva, Xanlar Fətiyev, Əliağa Hüseynov, Nəriman Əliyev, İqbal Məmmədov, Əsabil Qasımov, Ağalar Vəliyev, Sevinc Hüseynova və akademik İsa Həbibbəyli parlametndə iki çağırışdır təmsil olunurlar.

Eldəniz Səlimov, prorektor Pərvin Kərimzadə, Sona Əliyeva, Naqif Həmzəyev və digər YAP-çı deputatlar isə ilk dəfədir parlamentdə təmsil olunurlar.

Növbəti dəfə şans, bəxt kimi üzünə güləcək, bunu çox yaxın gələcək göstərəcək./Etikxeber.az/

Oxunub: 77

XƏBƏR LENTİ
Dünən, 11:48 "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."
Dünən, 11:46 Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur
Dünən, 11:45 Gəncədə ağır qəza: Ölən və yaralananlar var
Dünən, 11:43 Rusiyada mehmanxana alovlara büründü
Dünən, 11:41 BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi
Dünən, 11:32 Poroşenko koronavirusa yoluxub
Dünən, 11:29 Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı
Dünən, 11:28 Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
Dünən, 11:27 "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."
Dünən, 11:25 Prezident: "Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"
29-09-2020, 13:29 “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”
29-09-2020, 13:26 Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -
29-09-2020, 13:25 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir
29-09-2020, 13:14 Düşmənin daha iki tankı məhv edildi - VİDEO
29-09-2020, 13:10 "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"
29-09-2020, 13:09 "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF
29-09-2020, 13:08 “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi
29-09-2020, 12:59 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
29-09-2020, 12:56 Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR