Son Dəqiqə

Dünən, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

Dünən, 15:16 - Könül “Lider”dən getdi

Dünən, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

Dünən, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

Dünən, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

Dünən, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Dünən, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

Dünən, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

Dünən, 09:30 - 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı

Dünən, 09:00 - Qvatemala prezidenti koronavirusa yoluxub

18-09-2020, 15:45 - Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO

18-09-2020, 14:41 - Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır

18-09-2020, 13:34 - Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub

18-09-2020, 13:25 - Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO

18-09-2020, 13:07 - Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub

18-09-2020, 13:02 - Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı

18-09-2020, 13:00 - Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi

18-09-2020, 12:31 - Türkiyənin 2 şəhərində güclü zəlzələ

18-09-2020, 12:25 - 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...

18-09-2020, 11:32 - Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - FOTOLAR

18-09-2020, 09:58 - Bu gün Milli Musiqi Günüdür

17-09-2020, 13:00 - “Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası

17-09-2020, 12:30 - Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - S Aqro MMC-də QALMAQAL

17-09-2020, 12:00 - Fəzail Ağamalıdan Ramiz Mehdiyevi müdafiə edən professora cavab: - “Nə oldu, hamı natəmiz oldu, Solmaz xanım təmiz?”

17-09-2020, 11:25 - TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!

17-09-2020, 11:21 - Qəbələdə şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı...

17-09-2020, 10:54 - Qurban Məmmədov saxlanıldı

17-09-2020, 10:30 - Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

GundelikXeber
 Valyuta məzənnəsi

Qarabağ üçün arzuolunmaz plan və ya “qızıl ordu” yeni qiyafədə - TƏHLİL

Tarix:11-12-2019, 10:34

Qarabağ üçün arzuolunmaz plan və ya “qızıl ordu” yeni qiyafədə - TƏHLİL


Dekabrın 4-də Bratislavada, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü baş tutdu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüş 3,5 saatdan çox davam etdi.

Danışıqlardan sonra tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti ilin əvvəlində görüş keçirmək barədə razılığa gəldilər. "Nazirlər danışıqları davam etdirməyə və gələn ilin əvvəlində daha bir görüş keçirməyə razı oldular", - deyə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirildi.

Lakin görüşdən sonra Zöhrab Mnatsakanyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin münaqişənin həlli üçün danışıqlara daxil edilməsini istədi. Erməni tərəfinin fikrincə, “bu, həll prosesini daha mənalı edəcək”. Həmçinin Ermənistan Xarici İşlər Nazirliyi tərəflər arasında qarşılıqlı etimadın artırılmasının vacibliyini açıqladı.

Problem ondadır ki, Rusiya XİN başçısı Sergey Lavrov Bakıda olduğu zaman, yəni Bratislava görüşündən əvvəl Elmar Məmmədyarov Bratislavada Azərbaycan və Ermənistanın əsaslı danışıqlar aparacağını gözlədiyini söyləmişdi: “Bizim və Ermənistan üçün təhlükəsizliyin anlamı nədir? Bir anlayış var ki, ilk növbədə silahlı qüvvələr kazarmaya qayıtmalıdır. Bəli, həm Azərbaycan üçün, həm də Qarabağdakı əhali üçün təhlükəsizlik vacibdir. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsinin həlli ilə bağlı hesabat hazırlamaq üçün həmsədrlərə müraciət etdik. Bunun üçün ciddi, əsaslı danışıqlar tələb olunur. Düşünürəm ki, sabah bu danışıqlardan söhbət açacağıq. Sabah Bratislavada erməni həmkarımızla görüşümüzdən irəliləyiş gözləntilərimiz var”.

Ancaq indi məlum olur ki, 3 saatdan çox davam edən “əsaslı danışıqlar”ın nəticəsi yeni ildə daha bir görüşün keçirilməsindən ibarət olub. Maraqlıdır, görəsən növbəti görüşü razılaşdırmaq üçün Bratislavaya getmək vacib idimi? Aydın məsələdir ki, 2020-ci ildə ATƏT-in Minsk Qrupu çərçivəsində, ya bu ölkələrdən birinin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə, ya da bəzi hadisələr fonunda Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri münaqişəni müzakirə edəcəklər. Bəs sonrakı görüşdə nə üzrə razılığa gələcəklər?!

Son vaxtlar Rusiya tərəfinin Qarabağ münaqişəsinin həllində çox maraqlı və fəal olduğunu nəzərə alsaq, daha ciddi məsələlərdən danışa bilərik. Nə Fransa, nə də ABŞ indi bu münaqişənin həllində maraq göstərir. Fransa və bütövlükdə Avropa İttifaqı hazırda öz problemləri ilə məşğuldur. ABŞ-da isə növbəti prezident seçkiləri yaxınlaşır ki, Tramp Administrasiyası əsas fikrini buna yönəldib.

Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz baxışları olan Con Boltonun (Trampın keçmiş müşaviri) istefasını gözdən qaçırmamaq lazımdır. Beləliklə, hazırda Qarabağ məsələsi amerikalılar üşün maraqlı deyil.

Nəticədə Rusiya bu istiqamətdən öz mövqelərini möhkəmləndirməklə məşğuldur. Lavrovun bölgəyə tez-tez səfərlərini (noyabrın ortalarında İrəvanda, dekabrın əvvəlində Bakıda idi), həmçinin Azərbaycan və Rusiya rəsmilərinin görüşlərini nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının moderatorluğunun tamamilə Rusiyanın əlində olduğunu görmək olar.

Rusiyanın planı nədir? 2011-ci ildə, “Kazan formulu” kimi tarixə düşən bir rus planı var idi. İnternetdə bunun nə olduğu və “Madrid prinsipləri”nə bənzərliyi haqqında məlumat tapa bilərsiniz, ancaq bu məlumatları müəyyən rus “əlgəzdirmələri” edilməklə əldə edə bilərsiniz.

Söhbət Rusiya və ya Rusiyanın hegemonluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsi planından gedir. Lakin o zaman nə Azərbaycan tərəfi, nə də Ermənistan tərəfi bu formulu qəbul etdi. Eyni zamanda, hər iki tərəf bir-birini bu sazişləri imzalamamaqda günahlandırdı. Ancaq nə İrəvan, nə də Bakı Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa daxil olmasına razı idi və bu, yəqin ki, hər iki dövlətin bir məsələdə ortaq mövqeyi olduğu yeganə görünməmiş amil idi.

Lakin o vaxtdan 9 il ötür. Bu müddət ərzində çox şey dəyişdi. "Kazan formulu"nun adı dəyişdirilərək "Lavrov planı"na çevrildi. Düzdür, yalnız Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrini daxil etmək istəyi dəyişmədi. Plan sadədir: Azərbaycan 5-6 rayonu (bəlkə də hamısını” alır, əvəzində Rusiya öz hərbçilərini bölgəyə yerləşdirir, nəticədə həm erməni, həm də azərbaycanlı icmalarının təhlükəsizliyinə nəzarət edir. Qarabağın statusu məsələsi isə qeyri-müəyyən olaraq qalır.

Aydındır ki, rus əsgərlər bölgəyə daxil olsalar, bir daha oradan çıxmayacaqlar və buna görə də Azərbaycan heç vaxt Qarabağı əldə edə bilməyəcək. Deməli, bu plan Bakının maraqlarına qətiyyən cavab vermir. Lakin İrəvan və Moskva üçün olduqca əlverişli plandır. Çünki sərhədlər açıldığı üçün qarşılıqlı iqtisadi əlaqələr yaxşılaşmağa başlayacaq... //AYNA//

Oxunub: 348

XƏBƏR LENTİ
Dünən, 15:20 COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb
Dünən, 15:16 Könül “Lider”dən getdi
Dünən, 14:22 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI
Dünən, 14:19 İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı
Dünən, 14:16 SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi
Dünən, 11:00 Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
Dünən, 10:43 Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı
Dünən, 10:00 Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib
Dünən, 09:30 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Dünən, 09:00 Qvatemala prezidenti koronavirusa yoluxub
18-09-2020, 15:45 Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO
18-09-2020, 14:41 Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır
18-09-2020, 13:34 Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub
18-09-2020, 13:25 Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO
18-09-2020, 13:07 Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub
18-09-2020, 13:02 Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı
18-09-2020, 13:00 Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
18-09-2020, 12:31 Türkiyənin 2 şəhərində güclü zəlzələ
18-09-2020, 12:25 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...