Son Dəqiqə

Dünən, 11:48 - "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."

Dünən, 11:46 - Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

Dünən, 11:45 - Gəncədə ağır qəza: Ölən və yaralananlar var

Dünən, 11:43 - Rusiyada mehmanxana alovlara büründü

Dünən, 11:41 - BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi

Dünən, 11:32 - Poroşenko koronavirusa yoluxub

Dünən, 11:29 - Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı

Dünən, 11:28 - Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

Dünən, 11:27 - "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

Dünən, 11:25 - Prezident: "Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"

29-09-2020, 13:29 - “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”

29-09-2020, 13:26 - Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -

29-09-2020, 13:25 - Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir

29-09-2020, 13:14 - Düşmənin daha iki tankı məhv edildi - VİDEO

29-09-2020, 13:10 - "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"

29-09-2020, 13:09 - "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF

29-09-2020, 13:08 - “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi

29-09-2020, 12:59 - “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı

29-09-2020, 12:56 - Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR

29-09-2020, 11:57 - Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı

28-09-2020, 20:33 - Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

28-09-2020, 20:29 - "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"

28-09-2020, 20:24 - C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

28-09-2020, 20:23 - Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində

28-09-2020, 16:24 - Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ

28-09-2020, 16:16 - Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi

26-09-2020, 14:33 - Yeni stadion kimə mane olur?

26-09-2020, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

GundelikXeber
 Valyuta məzənnəsi

5 dəfə dəyişdirilən Baş plan: - Bakı necə qurulacaq?

Tarix:13-12-2019, 00:33

5 dəfə dəyişdirilən Baş plan: - Bakı necə qurulacaq?

İllərdir ki, plansız tikintilərin, aparıldığı Bakının Baş planının hazırlanması yenə də gündəmə gəlib.

“Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” nazirlər panelində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev bildirib ki, Bakı şəhərinin bundan sonrakı inkişafını planlı şəkildə aparmaq lazımdır. Buna görə də Bakının baş planı üzərində işə başlanılıb.

Komitə rəsmisi qeyd edib ki, davamlı inkişafın təmin edilməsi üçün Bakının ərazilərindən səmərəli istifadə olunmalıdır. Bakının Baş planının formalaşdırılmasında çoxmərkəzli yanaşma tətbiq edilməlidir:

“Bu gün Bakının tək mərkəzi var. Bu da yaranan çətinliklərdən biridir. Digər prioritet istiqamət milli mədəni irsin qorunması və gələcək inkişafın bu memarlıq irsinin nəzərə alınaraq təmin edilməsidir. Digər prioritet istiqamət şəhər iqtisadiyyatının postsənaye dövrünə mərhələli keçidini təmin etməkdir”.

Anar Quliyev həmçinin bildirib ki, yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün şəhərlərin planlaşdırılmasında yeni yanaşma tələb olunur. Onun sözlərinə görə, dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır:

“21-ci əsrin ortalarında şəhərlərdə yaşayanların faizi 60, hətta 80-ə çata bilər. Bu isə şəhərlər qarşısında yeni çağırışlar qoyur. Əsas çağırış isə şəhərlərin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasıdır”.

Qeyd edək ki, son on il ərzində paytaxtın inkişafı danılmaz olsa da, bu inkişaf və gözəllik həm də nizamsızlıqla müşayiət olunur. Nizamsızlıq nəticəsində binalar bir-birinə yaxın məsafələrdə tikilir, nəticədə küçələr daralır, şəhərdə sıxlıq artır. Eləcə də bəzən şəhərin bəzi küçələrində aparılan təmir işlərindən sonra məlum olur ki, yolun altından keçən qaz xətti nəzərə alınmayıb. Yenidən söküntü işləri başlanır və küçə təmir üşün yenidən bağlanır. Digər tərəfdən isə məlumdur ki, son onilliklər ərzində bina tikintisində daha çox göydələnlərin inşasına üstünlük verilib ki, bu cür tikililər də Bakının relyefi üçün əlverişli hesab olunmur. Mütəxəssislər hesab edirlər ki, çoxmərtəbəli binaların tikintisi şəhərdə sürüşmə təhlükəsi yaradır. Onların əksəriyyəti şəhərsalma qaydalarına uyğun deyil. Problemin digər tərəfi isə ondan ibarətdir ki, əksər yeni tikilən hündürmərtəbəli binalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismara qəbul edilməyib.

Bütün bunlar sual doğurur, paytaxtda aparılan işlər hər hansı bir plana əsaslanmırmı? Bəs, daha əvvəllər aparılan tikintilər nəyə əsaslanıb?

“Cümhuriyət” qəzetinin araşdırmasına görə, Bakının ilk Baş planı 1898-ci ildə hazırlanıb. Bu Baş plan o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib. Üçüncü Baş plan 1964-cü ildə Pespublika Nazirlər Soveti şəhəri tərəfindən təsdiqlənib. Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il qərarı ilə sonuncu Baş plan təsdiq olunub. Bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Bu tarixdən etibarən aparılan tikintilər isə hər hansı bir plana əsaslanmayıb. İllərdir ki, Bakının Baş planının hazırlanması müzakirə mövzusudur. Mütəxəssislər və memarlar Baş planın hazırlanmasını və tikinti işlərinin bunun əsasında həyata keçirilməsini zəruri hesab edirlər.

Bu ilin əvvəlində açıqlanan məlumatlara görə, növbəti Baş planın - “Böyük Bakının Regional İnkişaf Planı”-nın gələn il ərzində hazırlanması nəzərdə tutulur. Fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə tender elan edilib. Almaniyanın “AS+P” şirkəti tenderin qalibi olub. Həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları (10 milyon 865 min manat) məbləğində satınalma müqaviləsi bağlanıb. 2020-ci ilin sonunadək sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Oxunub: 147

XƏBƏR LENTİ
Dünən, 11:48 "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."
Dünən, 11:46 Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur
Dünən, 11:45 Gəncədə ağır qəza: Ölən və yaralananlar var
Dünən, 11:43 Rusiyada mehmanxana alovlara büründü
Dünən, 11:41 BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi
Dünən, 11:32 Poroşenko koronavirusa yoluxub
Dünən, 11:29 Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı
Dünən, 11:28 Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
Dünən, 11:27 "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."
Dünən, 11:25 Prezident: "Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"
29-09-2020, 13:29 “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”
29-09-2020, 13:26 Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -
29-09-2020, 13:25 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir
29-09-2020, 13:14 Düşmənin daha iki tankı məhv edildi - VİDEO
29-09-2020, 13:10 "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"
29-09-2020, 13:09 "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF
29-09-2020, 13:08 “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi
29-09-2020, 12:59 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
29-09-2020, 12:56 Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR