Son Dəqiqə

Bu gün, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

Bu gün, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

Bu gün, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

Bu gün, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

Bu gün, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

Bu gün, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Bu gün, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

Dünən, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

Dünən, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

Dünən, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

22-09-2020, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

22-09-2020, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

22-09-2020, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

22-09-2020, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

22-09-2020, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

22-09-2020, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

21-09-2020, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

21-09-2020, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

21-09-2020, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

21-09-2020, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

21-09-2020, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

21-09-2020, 11:00 - "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...

21-09-2020, 10:30 - İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

21-09-2020, 10:00 - Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

GundelikXeber
 Valyuta məzənnəsi

17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

Tarix:28-03-2020, 23:19

17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

gundelikxeber.az-nun koronavirusinfo.az-a istinadən verdiyi məlumatda bildirilir ki, Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilmişdir. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.
Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınıb.

17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

gundelikxeber.az

Oxunub: 26

XƏBƏR LENTİ
Bu gün, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
Bu gün, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
Bu gün, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
Bu gün, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
Bu gün, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
Bu gün, 10:07 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”
Bu gün, 09:59 Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
Dünən, 17:32 Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT
Dünən, 13:00 SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA
Dünən, 09:44 Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub
22-09-2020, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
22-09-2020, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
22-09-2020, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
22-09-2020, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
22-09-2020, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
22-09-2020, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib
22-09-2020, 10:55 Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...
22-09-2020, 10:00 Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
22-09-2020, 09:30 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı