Son Dəqiqə

Bu gün, 00:14 - Ukraynada güclü yanğın - azı 5 nəfər həlak olub, itkin düşənlər var

Bu gün, 00:10 - “Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi

Dünən, 23:59 - "Kəbirə Tibb Mərkəzi“Hacı Elçinin terapiya seanslarından nələr qazanır?

Dünən, 23:50 - "Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" - İbrahimoviç

Dünən, 23:45 - “Latsio”nun futbolçusu rəqibini dişlədi – FOTO

Dünən, 22:15 - Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Dünən, 22:09 - Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır

Dünən, 21:57 - “Rusiyanın agentlərinə Ramiz Mehdiyev rəhbərlik edib” – Sensasion iddialar

Dünən, 21:51 - "Rayonları bağlatdıran gedib şəlalənin altında fotosessiya çəkir..." — Azər Qərib TƏBİB-i "TOPA TUTDU"

Dünən, 21:47 - Lənkəranda sabiq məktəb direktoru barəsində cinayət işi başlanıb

Dünən, 13:17 - Bakıda 8 qadın saxlanılıb - SƏBƏB - FOTO

Dünən, 13:13 - İyulun 10-da qəbul imtahanları keçiriləcək

Dünən, 13:08 - Bakıda karantin rejimini pozan kafe aşkar edilib - FOTO

Dünən, 13:05 - Azərbaycanda keçmiş bank sədri həbs edildi

Dünən, 12:58 - Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Dünən, 12:53 - Qubada bu vandallığı kimlər törədib? - VİDEO

Dünən, 12:50 - Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir

Dünən, 10:13 - Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Dünən, 10:03 - "Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür"

Dünən, 09:59 - “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA EDİLİB

7-07-2020, 23:29 -  Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ

7-07-2020, 23:25 - Kökəldikcə ağlını itirmək - Risk altında qadınlardır

7-07-2020, 23:20 - Futbol topuna bənzəyən nəsnə tapdı, reallığı öyrənəndə HEYRƏTƏ DÜŞDÜ

7-07-2020, 23:14 - Miqdarından artıq istifadəsi ölümə səbəb ola biləcək qidalar: su, kofe, badam...

7-07-2020, 22:47 - İdman etmədən 150 kilo arıqlayan kişi SİRRİNİ AÇDI - FOTO

7-07-2020, 22:29 - AzTV-nin baş prodüseri jurnalistləri belə təhqir etdi - FOTOFAKT

7-07-2020, 22:16 - Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

7-07-2020, 22:08 - Eldar Mahmudovun həbsinə XİN-dən keçid

GundelikXeber
 Valyuta məzənnəsi

Çovdarovun kölgəsində qalan general Sübahir Qurbanov kimdir - İTTİHAM

Tarix:5-05-2020, 16:02

Çovdarovun kölgəsində qalan general Sübahir Qurbanov kimdir - İTTİHAMPrezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında ləğv olunmuş MTN-in iki sabiq generalı da var: Akif Çovdarov və Sübahir Qurbanov. Akif Çovdarovun azadlığa çıxması, ardınca villasında əlində badə ilə fotosunun yayılması, daha sonra isə Bakı metrosunun sabiq rəisi Tağı Əhmədovla uzun illərdir davam edən intriqasının gündəmə gəlməsi general Sübahir Qurbanovun personasını kölgədə qoydu.

Musavat.com olaraq bu yazıda Sübahir Qurbanovun həbs edilməsi, ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verəcəyik.

Əvvəlcə Sübahir Qurbanov haqda...

S.Qurbanov 1954-cü ildə Masallı rayonunda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. Universiteti bitirdikdən sonra Daxili İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib, 2004-cü ildən MTN-də şöbə rəisi vəzifəsindən, sonuncu iş yeri olan- Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinədək xidmət keçib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Sübahir Qurbanov nə üçün həbs edildi?

Generalın rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib pullarını ələ keçirməkdə suçlanırdı.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi ümumilikdə 9 maddəsi ilə ittiham irəli sürülmüşdü.

Həmin cinayət işi üzrə zərərçəkmişlərdən Saleh Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri idi.

O deyib ki, 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər. O da 300 min dollar verməyə razılaşıb.

Digər zərərçəkmiş Ağaisa Mahmudov isə “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun (sabiq MTN naziri Eldar Mahmudovun qohumudur və hazırda həbsdədir) villasını aldığına görə MTN-ə çağırıldığını bildirib. MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb.

S.Qurbanov həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovdan aylıq paket almaqda da təqsirləndirilirdi.

General bu ittihamları qəbul etməsə də, məhkəmə bütün bu ittihamların sübuta yetirildiyi qənaətinə gələrək onu 14 il müddətinə azadlıqdan məhrum etdi.

Bundan sonra Sübahir Qurbanov və digərlərinin işi Bakı Apelyasiya Məhkəməsində davam etdi. İlk dəfə bu cinayət işi üzrə məhkəmə iclası jurnalistlərin iştirakı ilə baş tutdu.

Həmin məhkəmədə Sübahir Qurbanovun müavini, polkovnik Füzuli Əliyevin ifadəsi ölkədə böyük rezonans doğurdu. F.Əliyev dövlət təşkilatlarının büdcə vəsaitlərini adı olub, özü olmayan şirkətlər, bu iş üzrə peşəkarlaşan dəllallar vasitəsilə dağıdılması və başqa məsələlərdən danışmışdı.

Həmin məhkəmə iclasında Füzuli Əliyev gəmi təmiri ilə məşğul olan “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovu “əməkdar zərərçəkmiş” kimi təqdim edərək sözlərinə belə davam etmişdi: “Arif Həsənov Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözü ilə dövlətinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah. Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər”.

Polkovnikin bu sözlərindən sonra məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar verildi. Bu ifadə MTN zabitlərinə, generallarına qarşı irəli sürülmüş ittihamların bir qismini qəti olaraq sübuta yetirirdi.

Sübahir Qurbanova daha bir ağır ittiham...

Sübahir Qurbanovun adı daha bir qalmaqallı işdə keçirdi. Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi ölkədə böyük səs-küyə səbəb olan hadisələrdən biri idi. Onun MTN tərəfindən həbs edildiyi deyilirdi.

Rəşad Məmmədovun cinayət işi üzrə məhkəməsi davam edən ərəfədə MTN ləğv edildi. 1 ildən artıq həbsdə qalan Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxıldı.

MTN ləğv edilən zaman məlum oldu ki, Sübahir Qurbanov Eldar Mahmudovun göstərişi ilə Zabil Salmanova zor tətbiq edərək Rəşad Məmmədovun əleyhinə ifadə alıb.

Generalın qohumlarının həbsi...

Sübahir Qurbanov həbs edildikdən sonra onun iki qohumu barəsində də cinayət işi açıldı.

Generalın bacanağı Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilərək 4 il azadlıqdan məhrum edildi.

O, qonşusuna qarşı dələduzluq etməkdə günahlandırılırdı.

Bu iş üzrə Sübahir Qurbanovun digər qohumu Elçin Qurbanov da həbs edilib.

Elçin Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri olub. Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, dələduzluqda ittiham edilir. Qurbanov həbsdə olan şəxsin adını əfv siyahısına saldıracağını vəd edərək dələduzluq etməkdə günahlandırılıb.
“Yeni Müsavat”

Oxunub: 5

XƏBƏR LENTİ
Bu gün, 00:14 Ukraynada güclü yanğın - azı 5 nəfər həlak olub, itkin düşənlər var
Bu gün, 00:10 “Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi
Dünən, 23:59 "Kəbirə Tibb Mərkəzi“Hacı Elçinin terapiya seanslarından nələr qazanır?
Dünən, 23:50 "Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" - İbrahimoviç
Dünən, 23:45 “Latsio”nun futbolçusu rəqibini dişlədi – FOTO
Dünən, 22:15 Ötən gün yol qəzalarında 6 nəfər ölüb
Dünən, 22:09 Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır
Dünən, 21:57 “Rusiyanın agentlərinə Ramiz Mehdiyev rəhbərlik edib” – Sensasion iddialar
Dünən, 21:51 "Rayonları bağlatdıran gedib şəlalənin altında fotosessiya çəkir..." — Azər Qərib TƏBİB-i "TOPA TUTDU"
Dünən, 21:47 Lənkəranda sabiq məktəb direktoru barəsində cinayət işi başlanıb
Dünən, 13:17 Bakıda 8 qadın saxlanılıb - SƏBƏB - FOTO
Dünən, 13:13 İyulun 10-da qəbul imtahanları keçiriləcək
Dünən, 13:08 Bakıda karantin rejimini pozan kafe aşkar edilib - FOTO
Dünən, 13:05 Azərbaycanda keçmiş bank sədri həbs edildi
Dünən, 12:58 Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
Dünən, 12:53 Qubada bu vandallığı kimlər törədib? - VİDEO
Dünən, 12:50 Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir
Dünən, 10:13 Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI
Dünən, 10:03 "Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür"