Son Dəqiqə

Bu gün, 19:34 - Koronavirusla mübarizə aparan həkimlərin maaşını kim kəsir? - GİLEY

Bu gün, 19:31 - “Bu narkoman gədə niyə 27 ildir susurdu?”

Bu gün, 17:33 - Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

Bu gün, 14:22 - Brilliantın oğlu insanları təhqir etdi - Foto

Bu gün, 14:20 - Səidə Sultan onları təhqir etdi - Foto

Bu gün, 14:18 - Azərbaycanda keçmiş bank sədri həbs edildi

Bu gün, 09:17 - Röya ikinci dəfə “Altın Kelebek” aldı - FOTO

Bu gün, 09:13 - Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO

Bu gün, 09:09 - Bakıda vətəndaşların müraciətləri üçün 87 sahə poliklinikasının əlaqə nömrələri - SİYAHI

Bu gün, 09:03 - Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar

Dünən, 23:11 - Afina "kəşfiyyatçısı" - Fuad Aslanov

Dünən, 22:30 - Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

Dünən, 22:23 - Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

Dünən, 22:20 - "Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

Dünən, 22:17 - "Barselona"dan "Yuventus"a təklif - Qrizmannı al, onları ver

Dünən, 22:12 - İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi

Dünən, 22:07 - Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO

Dünən, 21:59 - Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO

Dünən, 20:38 - Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - ölən və yaralalanlar var

Dünən, 20:32 - Türkiyədə əməliyyat - 59 nəfər həbs edilib

Dünən, 20:30 - Kolleclərə qəbul imtahanı keçiriləcək

Dünən, 16:58 - Bəzi məzunlara buraxılış imtahanında iştirak etmədən attestat veriləcək

Dünən, 16:55 - Ucarda narazılıq yaradan məmur kimdir?

Dünən, 16:52 - Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu

Dünən, 16:37 - Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

Dünən, 16:33 - AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir - İTTİHAM

Dünən, 16:29 - Qubada vətəndaşın başına necə oyun açdılar... - GİLEY

Dünən, 16:24 - Bakıda kriminal avtoritetin üç mərasiminin keçirilməsinin qarşısı alınıb, saxlanılanlar var

GundelikXeber
 Valyuta məzənnəsi

Deputat Əbülfəs Qarayevi “topa tutdu” – Sərt İTTİHAMLAR

Tarix:11-05-2020, 11:49

Deputat Əbülfəs Qarayevi “topa tutdu” – Sərt İTTİHAMLARMilli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Mədəniyyət naziri Əbülfəs Qarayevi ittiham edib.

gundelikxeber.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyata münasibət bildirən F.Mustafa Azərbaycanda bəzi mədəniyyət evlərinin, kitabxanaların, musiqi məktəblərinin bərbad vəziyyətdə olmasına diqqət çəkib.

Deputat Mədəniyyət Nazirliyində illərdir rüşvət və korrupsiyanın mövcud olduğunu vurğulayıb.

“Əslində, açıq şəkildə hələ söylənilməsə də, sirr deyil ki, rüşvət piramidası 2006-cı ildən, Əbülfəs Qarayevin nazirlik “macərası” başlayandan qurulub. Mədəniyyətimizin inkişafına xidmət edən hansısa ideyaya, təşəbbüsə dəstək vermək bir yana qalsın. Əbülfəs Qarayevin nazir “obrazı” həmin ideya və təşəbbüslərin boğulması üçün əlindən gələni etməyə çalışıb. Repressiya qurbanı olmuş Azərbaycan şairi Mikayıl Müşfiqlə bağlı məsələ ortaya çıxanda nazir biganə davranışları ilə yadda qaldı”, - deyə F.Mustafa əlavə edib.

Komitə sədrinin müavini Ə.Qarayevlə 2016-cı ildə keçirdiyi görüş barədə də danışıb:

“Hələ 2016-cı ildə mədəniyyət naziri ilə görüşərək, Bakının işğalının 100 illiyi ilə bağlı film layihəsi təqdim etdim. Bildirdim ki, 2018-ci ilə qədər bu film çəkilərsə, yubileyə və Türkiyə-Azərbaycan qardaşlığına böyük töhfə olacaq. O deyəsən, Türkiyə-Azərbaycan qardaşlığının, Qafqaz-İslam ordusunun zəfər missiyasının mahiyyətini anlaya bilməmişdi. Azərbaycan Prezidenti böyük bir tarixi addım ataraq 2018-ci il sentyabrın 15-də Türkiyə Prezidentini Bakıya dəvət etdi və iki qardaş ölkənin Azadlıq meydanında birgə hərbi paradı keçirildi. Bakının işğaldan azad edilməsi gününü qeyd etdiyimiz zaman Mədəniyyət Nazirliyi şərəfli tariximizin bu dövrünə aid ortaya nə bir bədii film, nə də sanballı sənədli film qoydu”.

Deputat qeyd edib ki, ölkədə mədəniyyət adına hansısa sahədə irəliləyiş varsa, bu, birbaşa ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır.

“Muğam sənətinin inkişafı, xalçaçılığın bir sənət və peşə olaraq stimullaşdırılması və istehsal infrastrukturunun yaradılması, mədəni irsin qorunmasında İçərişəhərdən tutmuş Şəki Xan sarayına, Nizami irsindən tutmuş Üzeyir bəyin irsinin təbliğinə, Bakıda mədəniyyət sferasına aid olan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə, YUNESKO məkanında Azərbaycan mədəniyyətinin təmsilçiliyinə qədər bu dəst-xətti görmək, sezmək mümkündür”, - deyən F.Mustafa Ə.Qarayevin mədəniyyətə ağır zərbə vurduğunu da dilə gətirib:

“15 ilə yaxındır ki, bu dövlətin, bu millətin mədəniyyəti bir millətin deyil, milli dəyərlərdən tamamilə uzaq olan bir nazirin həyat tərzinin məhsuluna çevrilib. Nazir əsl sənət adamlarının problemlərini dövlət başçısından gizlədərək, toy manıslarının, toppuş efir qaqaşlarının və ya “madonnalarının” hamisinə çevrilib. Bir nazir səfalət içində ürəyi partlayan görkəmli rejissorumuz Vaqif Almuradlı kimi sənət fədaisinə göstərdiyi biganəliyə görə heç vaxt bağışlanmamalıdır”.

Millət vəkili Mədəniyyət Nazirliyində aparılan yoxlamaların, rüşvətxor nazir müavinindən, idarə rəisindən başlayan həbslərin harada yekunlaşacağını bilmədiyini deyib:

“Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satışı sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı onları çökdürən bir mexanizm, buxov kimi mədəniyyətimizə ağır zərbə vurmağa davam edəcək”.

Qeyd edək ki, DTX mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Əməliyyat zamanı mədəniyyət nazirinin müavini Rafiq Abbasov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad edilib.

Oxunub: 4

XƏBƏR LENTİ
Bu gün, 19:34 Koronavirusla mübarizə aparan həkimlərin maaşını kim kəsir? - GİLEY
Bu gün, 19:31 “Bu narkoman gədə niyə 27 ildir susurdu?”
Bu gün, 17:33 Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...
Bu gün, 14:22 Brilliantın oğlu insanları təhqir etdi - Foto
Bu gün, 14:20 Səidə Sultan onları təhqir etdi - Foto
Bu gün, 14:18 Azərbaycanda keçmiş bank sədri həbs edildi
Bu gün, 09:17 Röya ikinci dəfə “Altın Kelebek” aldı - FOTO
Bu gün, 09:13 Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO
Bu gün, 09:09 Bakıda vətəndaşların müraciətləri üçün 87 sahə poliklinikasının əlaqə nömrələri - SİYAHI
Bu gün, 09:03 Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar
Dünən, 23:11 Afina "kəşfiyyatçısı" - Fuad Aslanov
Dünən, 22:30 Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO
Dünən, 22:23 Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama
Dünən, 22:20 "Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir
Dünən, 22:17 "Barselona"dan "Yuventus"a təklif - Qrizmannı al, onları ver
Dünən, 22:12 İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi
Dünən, 22:07 Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO
Dünən, 21:59 Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO
Dünən, 20:38 Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - ölən və yaralalanlar var