Son Dəqiqə

Bu gün, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

Bu gün, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

Bu gün, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

Bu gün, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

Bu gün, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

Bu gün, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

Bu gün, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

Bu gün, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

Bu gün, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Bu gün, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

Dünən, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

Dünən, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

Dünən, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

22-09-2020, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

22-09-2020, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

22-09-2020, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

22-09-2020, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

22-09-2020, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

22-09-2020, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

21-09-2020, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

21-09-2020, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

21-09-2020, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

21-09-2020, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

21-09-2020, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

GundelikXeber
 Valyuta məzənnəsi

Göyçay sakini Prezidentdən kömək istədi​ - VIDEO MÜRACIƏT

Tarix:26-06-2020, 20:19

Göyçay sakini Prezidentdən kömək istədi​ - VIDEO MÜRACIƏT

Xüsusi qeyd: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində qeyd olunub ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir

​ ​ Bu günlərdə Gundelikxeber.az saytının redaksiyasına Göyçay rayon sakini Mürsəlov Vahid Xankişi oğlu adlı şəxs tərəfindən video- müraciət təqdim olunub. Adı çəkilən bu şəxs video-müraciətində qeyd edir: “Mən hal-hazırda Göyçay rayonu, 20 Yanvar küçəsi, 36 saylı ünvanda qeydiyyatdayam. 1987-ci ildə mənzil almaq üçün Göyçay rayon Partiya Komitəsinin (indiki Göyçay RİH-nin) tabeçiliyində fəaliyyət göstərən “Sevinc” kooperativində mənzil növbəsinə dayandım və bu məqsədlə kooperativə üstüstə 3999 manat pul ödədim. Vaxtilə kooperativə ödədiyim pullarla bağlı mənə verilmiş ödəniş qəbzlərini, bu gün də özümdə saxlayıram. Buna baxmayaraq, həmin vaxtlarda kooperativin rəhbərliyi məni uzun müddət ərzində getgələ saldı və son anda da mənzillə təmin etmədi. Ötən qırx ilə yaxın müddət ərzində yazmadığım dövlət qurumu qalmayıb. Yəni, indiyə kimi aidiyyatı dövlət qurumlarına göndərdiyim məktubarla bağlı çoxlu sayda qəbzlərim var. Çox təəssüf hissi ilə qeyd edim ki, bugünə kimi heç bir dövlət qurumunun rəhbər şəxslərindən əsaslı cavab əldə edə bilməmişəm. Üz-üzə qaldığım problemin həlli məqsədilə, hələ bir müddət bundan öncə elektron qaydada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya da müraciət ünvanlamışdım. Bu müraciətimlə bağlı da, qarşı tərəfdən əsaslı cavab əldə edə bilmədir.

​ ​ ​ Təqribən bir həftə bundan öncə isə, mənə Göyçay RİH-i başçısının müavini İkram Vəliyevin imzası ilə təsdiq olunmuş bir məktub verdilər. Həmin məktubda qeyd olunub ki, “siz mənzil növbəsinə götürülürsünüz və siz bələdiyyədən torpaq sahəsi də əldə edə bilərsiniz”. Əvvəla, göndərilmiş belə bir məktubun İkram Vəliyev tərəfindən imzalanmasına şübhə ilə yanaşıram. Çünki, dəqiq bilirəm ki, ​ səhhətində problemi olduğu üçün o, işə çıxmır. Digər tərəfdən, verilmiş belə bir cavab məktubu olduqca gülüş doğuran, olduqca absurd bir məktubdur. Axı, bu gün nə üçün mən mənzil növbəsinə götürülməliyəm, yaxud da bələdiyyədən torpaq sahəsi istəməliyəm? Çünki, mənzil almaq məqsədilə vaxtilə kooperativə 3999 manat pul ödəmişəm. Həmin vaxtlarda evimi əlimdən aldılar, heç olmasa iki sot torpaq sahəsi verin deyə onlara xahiş etsəm də, onu da vermədilər. İstədim ki, əldə etmək istədiyim torpaq sahəsində kiçik də olsa ev tikim və övladlarımı başıma yığım. 1987-ci ildən indiyə kimi təqribən beş-altı nəfər şəxs Göyçay rayonuna rəhbərlik ediblər. Mənzil problemimin həlli məqsədilə həmin şəxslərin hər birinə bir neçə dəfə yazılı müraciətlər etmişəm, çox təəssüflər olsun ki, onlardan da heç bir cavab əldə edə bilməmişəm. Ötən illərin birində Nazim Süleymanov adlı şəxs Göyçay RİH-nin başçısı idi. Düzdür, çox vaxt sakinləri onun özü deyil, RİH-nin əməkdaşı olan Məmur Dövlətov adlı şəxs qəbul edirdi. Elə ki, günlərin birində adı çəkilən bu şəxs məni qəbul etdi, o halda o, əlindəki “ruçka”nı mənə tuşladı və “torpaq pulladır, get pulunu ver torpağını al” dedi.​ Belə bir davranışdan sonra dəqiq başa düşdüm ki, Göyçayda vəzifə sahibi olan şəxsləri heç bir halda sakinlərin üz-üzə qaldıqları problemlər düşündürmür.



​ ​ ​ ​ Bu gün mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident​Mehriban xanım Əliyevaya müraciət edib, məhz ötən qırx ilə yaxın müddət ərzində üz-üzə qaldığım problemin həllində onlardan köməklik istəyirəm. Hal-hazırda 60 yaşım var və dövlətimizdən heç bir yardım, hərhansı köməklik almıram. Yaşamağa evim yoxdur, bir müddət bundan əvvəl 160 manata kirayədə qalırdım, kirayə pulunu ödəyə bilmədiymdən, hazırda ucuz və yarasız vəziyyətdə olan avtomobilimdə gecələməli oluram. Mənzilim olmadığından xeyli müddət bundan öncə ailəmizdə müəyyən söz-söhbətlər əmələ gəldi və son anda da dağıldı. Bir sözlə, bu gün köhnə və sınıq-salxaq vəziyyətdə olan maşınımdan başqa heç bir əmlakım yoxdur. Hal-hazırda istəyim ondan ibarətdir ki, vaxtilə ödədiyim pullarıma görə evimi versinlər, dövlətim mənə sahib çıxsın. Mən dünyadan köçəndə meytim maşınımdan deyil, evimdən çıxsın. Yeni seçilmiş deputatımıza müraciət etmişəm, ondan da heç bir xəbər çıxmadı. 40 ilə yaxındır ki, mənim pulum dövlətdədir. Bu gün Göyçay RİH-i başçısının qəbuluna düşmək, sanki müşkül məsələyə çevrilib. Heç cür başa düşə bilmirəm ki, RİH-nin başçısı daşıdığı vəzifəsinə sakinlərə xidmət etmək məqsədilə təyin olunub, yoxsa qəbula gedən sakinləri İH-nin həyətindən qovdurmaq üçün təyin olunub?​ Bax budur məni düşündüən hal!

​ ​ ​ Düşünürəm ki, bu müraciətim daha geniş ictimaiyyət arasında ictimailəşdirildikdən sonra, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən qırx ilə yaxın müddət ərzində üz-üzə qaldığım mənzil probleminin həlli yöndə, aidiyyəti üzrə tapşırıqlarını verib mənə lazım olan köməkliklərini göstərəcəklər”.

Oxunub: 51

XƏBƏR LENTİ
Bu gün, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Bu gün, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
Bu gün, 12:00 Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
Bu gün, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
Bu gün, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
Bu gün, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
Bu gün, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
Bu gün, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
Bu gün, 10:07 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”
Bu gün, 09:59 Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
Dünən, 17:32 Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT
Dünən, 13:00 SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA
Dünən, 09:44 Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub
22-09-2020, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
22-09-2020, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
22-09-2020, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
22-09-2020, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
22-09-2020, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
22-09-2020, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib