Son Dəqiqə

Bu gün, 10:59 - Kəmaləddin Heydərovun atası vəfat etdi

Dünən, 13:00 - Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA

Dünən, 13:00 - TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

Dünən, 12:30 - “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir?

Dünən, 12:00 - "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY

Dünən, 11:30 - “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...

Dünən, 11:00 - Maşın bazarında ucuzlaşma - Açıqlama

Dünən, 10:30 - “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb

Dünən, 10:00 - Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO

Dünən, 09:30 - Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...

Dünən, 09:00 - Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO

31-07-2020, 16:35 - Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

31-07-2020, 16:31 - TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı AÇIQLAMA

31-07-2020, 16:29 - Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!"

31-07-2020, 16:25 - Deputatlara bayram pulu verildi - MƏBLƏĞ

31-07-2020, 16:15 - “Azərsu” ASC-yə 1 milyon manat ayrılıb

31-07-2020, 16:12 - Bakının mərkəzi küçə və yollarında dezinfeksiya işləri aparılacaq

31-07-2020, 16:05 - İsmayıllı rayonunun Sumağallı kəndində 264 yerlik məktəb tikiləcək

31-07-2020, 15:49 - Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunda körpü tikintisi üçün 15 milyon manat ayrılıb

31-07-2020, 13:26 - Heydər məscidində bayram namazı qılınıb

31-07-2020, 09:46 - Azərbaycanda Qurban bayramı qeyd olunur: Ölkədə 4 gün iş olmayacaq...

28-07-2020, 17:18 - Binəqədi Su Kanal Idarəsində Özbaşınalıq-Şikayət

28-07-2020, 17:14 - Elnur Allahverdiyevin Deputat Uğursuzluğu: Seçicilər Də “Sələmçi”Yə Etiraza Qalxdı

28-07-2020, 17:13 - Əvəz Qocayev Milyonları Necə Əldə Edib? – İLGİNC

28-07-2020, 16:53 - Bu il Azərbaycanda bayram namazı qılınmayacaq

28-07-2020, 15:24 - Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

28-07-2020, 13:21 - "Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir..." - GİLEY

28-07-2020, 13:00 - Gənc yaşda nazir təyin edilənlər

GundelikXeber
 Valyuta məzənnəsi

Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Tarix:3-07-2020, 11:49

Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Bura Beyləqanın Əhmədli kəndidir. Füzulidən olan məcburi köçkün ailələri 1993-cü ildən bu kənddə, yolun kənarında, özlərinin tikdiyi şəraitsiz, 15-20 kvadratlıq palçıq evlərdə məskunlaşıblar. GundemXeber.Az DİA.AZ-a istinadla bildirir ki, 58 yaşlı İradə Xudiyeva əslən Füzulinin Kürdlər kəndindəndir. Deyir, kəndlərində vaxtı ilə şəraitləri çox yaxşı olub. Həmişə də mal-heyvan, fermer təsərrüfatları olub və heç kimə möhtac olmadan yaşayıblar. İndi də təsərrüfatları var, özlərini dolandırırlar. Ancaq ev almağa və ya tikməyə imkanları yoxdur:

“Bunlar böyük işlərdir. Bu gün normal bir ev tikmək azı 50-60 minə başa gəlir. O qədər pulu hardan alaq? Belə gündəlik ehtiyaclarımızı ödəyirik, şükür. Heç kimə möhtac deyilik. Ancaq qaçqın düşmək də bizim öz seçimimiz olmayıb. Odur ki, dövlət bizi evlə təmin etsin. Elə evlə ki, təsərrüfatımız üçün də bir az torpağı olsun. Heç kimə möhtac olmadan ömür-gün sürməyə davam edək. Başqa heç nə istəmirəm”, – İradə Xudiyeva əlavə edir.


Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

36 yaşlı Aytən Azadova da burada yaşayır. 2 azyaşlı övladı ilə birgə. Deyir, çölün düzüdür, şəraitsizlikdir, burada yaşamaq çətindir: “Köhnə zavod qalıqlarıdır, uşaqlar bütün günü içində oynayırlar. Toz-torpaq, keçmişdən qalan zavod, anbar, nə bilim dəmir qalıntıların içində hamısı allergiya tapıblar. Evə salmaq da olmur. Uşaqdır, çölə çıxmaq istəyir. Nə edək, park yox, muzey yox, əyləncə mərkəzi yox. Bir o zavodun qalıqlarıdır, gedib orda oynayırlar, qabağın almaq olmur”.

İradə Xudiyevanın 4 övladı var. Deyir, hamısı ailə qurub. Elə hər ailə quran övladı üçün də kiçik bir ev tikib: “Ev demə, dilin ağrıyar. Görürsən də təzəkdən palçıqdan, samandan hazırladığımız kərpiclərlə tikmişik, içini sıvamışıq olub ev. Bunları da öz hesabımıza etmişik ha. Hökumətin heç bir köməyi olmayıb. Bu ərazidə nə az, nə çox, düz 6 ailə yaşayırıq. Mən 6 nəvə böyütmüşəm bu xarabada”.

Sakinlər deyirlər ki, əvvəllər bu ərazidə məskunlaşma daha çox olub. Sonradan bəzilərinə ev verilib, bəziləri isə şəxsi vəsaiti hesabına ev alıb, köçüb. Burada yaşayan 6 ailənin də illərdir müraciət etmədikləri ünvan qalmayıb. Bugünədək onların köçürülməsi üçün bir addım belə atılmayıb: “Dəfələrlə söz veriblər, “bilirik, çətindir, ərazi təhlükəlidir, evləriniz şəraitsizdir”, deyiblər. Ancaq faydasızdır. Elə o cür də qalıb. Burda yaşayan 40-dan artıq ailə olub vaxtilə. Elə onlar da bu gün-sabah vədindən bezib getdilər. Sonradan bəzilərinə ev verildi, bəziləri isə kirayədə yaşayırlar”,- deyir İradə Xudiyeva. Əlavə edir ki, onlar bunu edə bilmirlər, çünki imkanları yoxdur. Həm də mal-heyvanları var, onlara uyğun ev kirayələməyə imkanları çatmaz.

“Baxın, ətrafda zavoddan qalan binaları əlimizin zəhməti ilə təmir edib, tövlə kimi istifadə edirik. Getsək, hardan alacağıq heyvan saxlamağa şəraiti? Heyvanları satsaq da, nə ilə dolanacağıq? Baxın, belə çıxılmaz durumdayıq”.

Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY
Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Aytən Azadova da heyvan saxlamaqla dolanır. Deyir, şor, pendir, toyuq-cücə, yumurta, süd satmaqla keçindirir övladlarını. Onlar olmasa, yaşaya bilməz: “Odur ki, verilən evin də gərək heyvan saxlamaq üçün şəraiti olsun. Bunu yuxarılar bilməlidir. Çünki evlə iş bitmir axı. Dolanışığı da düşünmək lazımdır. Mən onlardan əlavə heç nə istəmirəm. Təsərrüfatımı və uşaqlarımı köçürə biləcəyim bir ev istəyirəm”.

Aytən Azadova əlavə edir ki, buradakı şəraitləri çox acınacaqlıdır. Yolun qırağı, toz-torpaq, daş-kəsək, evlər palçıqdandır, qışda damır: “Qış aylarında həyətimizi palçıqdan keçmək olmur. Normal istiliyimiz yox, suyumuz yox. Baxın, vəziyyət budur”.

Beyləqan Rayon İcra Hakimiyyətindən Əhmədli kəndində, yolun kənarında yaşayan insanların durumundan xəbərdar olduqlarını söyləyiblər. Ancaq onları köçürmək səlahiyyətinin icra hakimiyyətində olmadığını bildiriblər: “İşə “Qaçqınkom” baxır, məcburi köçkünləri onlar evlə təmin edirlər”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən isə bildirilib ki, şəraitsiz yerlərdə, zavod ərazilərində, məktəblərdə, uşaq bağçalarında və s. məskunlaşan insanların hamısının siyahısı var onlarda. Sadəcə hamını bir dəfəyə köçürmək mümkün deyil: “Yaxınlıqdakı ərazilərdə gərək tikinti ola ki, insanlar evlə təmin edilsin. Bu proses mərhələli şəkildə həyata keçirilir. Zamanla hamı evlə təmin ediləcək. Sadəcə bir az səbr etmək lazımdır”.

“Bura elə bir yerdir ki, suyu da pulla alırıq. Qənaətlə çimməkdən, əl yumaqdan, yaşamaqdan bezmişəm. Bundan sonra nə vaxt normal bir evdə yaşayacağam? Deyirəm, bizi köçürsünlər. Normal, mərifətli şəkildə qapımızda bir-iki mal-heyvan saxlayarıq, amma yaxşı yaşayarıq”.

Oxunub: 15

XƏBƏR LENTİ
Bu gün, 10:59 Kəmaləddin Heydərovun atası vəfat etdi
Dünən, 13:00 Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA
Dünən, 13:00 TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM
Dünən, 12:30 “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir?
Dünən, 12:00 "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY
Dünən, 11:30 “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...
Dünən, 11:00 Maşın bazarında ucuzlaşma - Açıqlama
Dünən, 10:30 “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb
Dünən, 10:00 Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO
Dünən, 09:30 Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...
Dünən, 09:00 Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO
31-07-2020, 16:35 Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
31-07-2020, 16:31 TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı AÇIQLAMA
31-07-2020, 16:29 Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!"
31-07-2020, 16:25 Deputatlara bayram pulu verildi - MƏBLƏĞ
31-07-2020, 16:15 “Azərsu” ASC-yə 1 milyon manat ayrılıb
31-07-2020, 16:12 Bakının mərkəzi küçə və yollarında dezinfeksiya işləri aparılacaq
31-07-2020, 16:05 İsmayıllı rayonunun Sumağallı kəndində 264 yerlik məktəb tikiləcək
31-07-2020, 15:49 Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunda körpü tikintisi üçün 15 milyon manat ayrılıb