Son Dəqiqə

Dünən, 20:33 - Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

Dünən, 20:29 - "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"

Dünən, 20:24 - C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

Dünən, 20:23 - Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində

Dünən, 16:24 - Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ

Dünən, 16:16 - Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi

26-09-2020, 14:33 - Yeni stadion kimə mane olur?

26-09-2020, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

26-09-2020, 08:40 - Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

26-09-2020, 08:39 - AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

25-09-2020, 13:48 - Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

25-09-2020, 13:20 - İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

25-09-2020, 11:00 - Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

25-09-2020, 10:30 - Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

25-09-2020, 10:00 - İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA

25-09-2020, 09:30 - "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ

25-09-2020, 09:00 - "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"

24-09-2020, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

24-09-2020, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

24-09-2020, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

24-09-2020, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

24-09-2020, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

24-09-2020, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

24-09-2020, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

24-09-2020, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

24-09-2020, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

24-09-2020, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

23-09-2020, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

GundelikXeber
 Valyuta məzənnəsi

Binəqədi Su Kanal Idarəsində Özbaşınalıq-Şikayət

Tarix:28-07-2020, 17:18

Binəqədi Su Kanal Idarəsində Özbaşınalıq-Şikayət

Binəqədi rayon sakinləri Su Kanal Təsərrüfat Birliyinin yarıtmaz fəaliyyətindən artıq cana doyub. Bu idarənin vəzifəsi suyun vaxtında verilməsi, qəza hallarının aradan qaldırılması, abonentlərin problemlərinin həlli, şikayətlərinin təmini, sayğacların yoxlanılıb vaxtında dəyişdirilməsi, göstəricilərin bildirişdə düzgün göstərilməsinə nəzarət və su ilə bağlı bir sıra məsələlər olsa da xidmətləri alver və abonentlərin cibinə girmək üstündə qurulub. Sayğaclar abonentin ünvanına 22 azn. dəyərində qiymətləndirilib, ancaq ödənişdən sonra quraşdırılır. Şəxsən öz adımdan deyə bilərəm ki, mənim mənzilimə iki dəfə sayğac quraşdırılıb, hər ikisində də məbləğ ödəmişəm. Halbuki ilk dəyişdirilən sayğac artıq istifadə müddətini 7 il idi başa vurmuşdu, amma su axıdana qədər dəyişdirilməmişdi. Həmin sayğacı dəyişib yenisinin quraşdırılacağı adıyla məndən 22 azn. alıb, laboratoriyadan hansısa abonentin evindən çıxmış sayğacı üç gün sonra yenidən yaşadığım ünvana bərpa etdilər. Sayğacın köhnə olma nədənini soruşanda:” dövlət bizə sayğac vermir, gedin dövlətdən tələb edin” – cavabını aldım. İki ay keçmədən sayğac xarab oldu və mən yenidən idarəyə müraciət etmək məcburiyyətində qaldım. İdarədən yeni sayğac gətirib yenidən mənə 22 manat ödətdirmək şərti ilə sayğacı quraşdırdılar. Səhərisi günü idarəyə gedib borcum olmadığı haqqında arayış tələb etdim. Bütün bu hadisələr baş verən müddətdə mən və mənim kimi bir çox abonentlərin müdriyyətlə görüşüb problemlərini deməsinin hər vəchlə qarşısı alınırdı.
Bina evində hər gün iki saat axşam su verilməklə hər ay 40 ton israf göstəricisi ilə bildiriş alıram. Suyun bu qədər israfının heçdə normal olmadığını idarəyə bildirsəm də onlar tərəfdən heç bir problem olmadığını: ” Nə işlətmisiniz o da yazılıb”, -cavabını aldım. Sonra binanın sakinlərindən bu barədə soruşanda onlarında bu məsələ ilə bağlı şikayətlərini eşitdim. Artıq bir neçə gündür ki, bu işin yoluna qoyulması üçün 955 çağrı mərkəzinə müraciət etsəm də heç bir xəbər yoxdur. Eyni zamanda idarədə çalışan Vəli adlı bu işə məsul şəxslə əlaqə saxladım. Baxmayaraq ki, mənə ötən il borcum olmadığı haqqında arayış təqdim olunub, deyir ki, ötən illərdən qalan borc indiki aylıq borcun üstünə gəlir və yeni sağac quraşdırılanda üstündə neçə kubsa əlavə göstərici olub. Hansı ki, hər kəs bilir ki, yeni sayğac ancaq borc tamamilə ödənildikdən sonra qoyulur. İdarəyə getdim borclarla bağlı şöbədə aparıcı işçi Əziz adlı şəxsə iradımı bildirəndə eyni otaqda oturduğu həmkarının dediklərini təkzib edib, mənim göstərilən məbləği ödəməli olduğumu dedi.
Bundan aylar öncə də hər ay sayğacda göstəricinin artıq yazılması, su idarəsinin sayğac “bazarı” açması ilə bağlı birbaşa Azərsu Qapalı Səhmdar Cəmiyyətinin Prezidentinə 4 dəfə şikayət məktubu yazsamda tədbir görülməsi o yana, heç reaksiya verməyi belə özlərinə borc bilməyiblər. Məcburiyyət qarşısında qalıb sayğacın şəklini çəkib bildirişi götürüb Binəqədi rayon Su Kanal Təsərrüfat Birliyinin borc şöbəsinə getdim. Şöbənin rəhbəri əvvəl qışqır-bağır salsa da, sonradan artıq məbləği cibindən çıxarıb mənə qaytarmağa məcbur oldu. Əgər haqlı idilərsə, məbləği nə səbəbə qaytarırdı? Həmin vaxtdan borc hər ay bir az da artırılır.
Biz sakinlər Korrupsiya idarəsinə yazılı şəkildə artıq yazılan məbləğlərlə, sayğacların abonentlərə satılması ilə bağlı müraciət etmək fikrindəyik. Bu yazını yazmaqda məqsədim odur ki, digər abonentlərdə çəkinmədən öz etirazlarını bildirsinlər ki, bu idarə ilə bağlı lazımi səviyyədə tədbir görülsün. Onu da bildirim ki, qurum tərəfindən tədbir görülməyəcəyi halda bütün informasiya orqanlarında silsilə yazılar gedəcək.
Oxunub: 36

XƏBƏR LENTİ
Dünən, 20:33 Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”
Dünən, 20:29 "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"
Dünən, 20:24 C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”
Dünən, 20:23 Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
Dünən, 16:24 Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ
Dünən, 16:16 Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi
26-09-2020, 14:33 Yeni stadion kimə mane olur?
26-09-2020, 12:44 Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar
26-09-2020, 08:40 Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
26-09-2020, 08:39 AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
25-09-2020, 13:48 Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
25-09-2020, 13:20 İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
25-09-2020, 11:00 Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?
25-09-2020, 10:30 Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
25-09-2020, 10:00 İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
25-09-2020, 09:30 "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
25-09-2020, 09:00 "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"
24-09-2020, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
24-09-2020, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb