Son Dəqiqə

Bu gün, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

Bu gün, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

Bu gün, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

Bu gün, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

Bu gün, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

Bu gün, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

Bu gün, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

Bu gün, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

Bu gün, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Bu gün, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

Dünən, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

Dünən, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

Dünən, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

22-09-2020, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

22-09-2020, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

22-09-2020, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

22-09-2020, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

22-09-2020, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

22-09-2020, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

21-09-2020, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

21-09-2020, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

21-09-2020, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

21-09-2020, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

21-09-2020, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

GundelikXeber
 Valyuta məzənnəsi

"Cəlilabadda Prezidentə teleqram göndərmək yasaq olunub" - GİLEY

Tarix:24-08-2020, 09:30

"Cəlilabadda Prezidentə teleqram göndərmək yasaq olunub" - GİLEYAzərbaycan Respublikasının Prezidenti çox hörmətli İlham Əliyev Cənablarına!

Cənab Prezident!

Mən artıq 3-cü dəfədir ki, sizə teleqram vurub məni şəxsən qəbul etmənizi sizdən bir 2-ci qrup "20 yanvar" əlili kimi xahiş edirəm. Göndərdiyim teleqramlara da heç bir cavab almamışam. Heç olmasa o teleqramları alan şəxslər yazsınlar ki, Cənab Prezident sizi qəbul etmək istəmir, mən də ümidimi üzüm ki, Siz məni qəbul etməyəcəksiniz.

Əgər sağlamlığını Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda itirən bir insana belə hörmət qoyulursa, demək dərdlərini Sizə çatdırmaq istəyən, nədən ehtiyacları olduğunu Sizə demək istəyən adamların yazdığı ərizələr, şikayət və teleqramların aqibəti necə olur, artıq məlumdur. Bunun da səbəbi hələ də Sizin ətrafınızda oturub və Sizin üzünüzə gülüb, arxadan Sizə zərbə vurmaq istəyənlərin, bürokrat məmurların çox olmasıdır.

Cənab Prezident! Mən Sizin efirdən dediyiniz "Keçmiş vaxta baxmayın, şikayətləriniz və nə sözləriniz olsa yazın, teleqram vurub mənə bildirin və mən də tədbir görəcəyəm" deyə dediyiniz sözə inanaraq, teleqramla artıq 3-cü dəfədir ki, vəziyyətimlə əlaqədar məni qəbul etməyinizi xahiş etmişəm və indi də axırıncı dəfə edirəm. Əgər bu dəfə də mənim Sizə demək istədiklərimə məhəl qoyulmayacaqsa, bir daha Sizə müraciət etməyəcəm və bu qənaətə gələcəyəm ki, Sizin bürokrat işçilər açıq-aşkar Sizi xalqın gözündə nüfuzdan salmaq istəyirlər.

Çox hörmətli Prezident! Mən Sizə inanır və bu gün də böyük hörmət bəsləyirəm . Mənim 67 yaşım var, özüm də ali təhsilli iqtisadçıyam. Lakin bürokrat rayon rəhbərləri tərəfindən 25 ildən artıqdır ki, işsizəm. Məlumat üçün bildirim ki, mərhum atam da 40-ildən artıq müddətdə təsərrüfat rəhbəri olmuş və rəhmətlik Ulu Öndərimizin də Ona bacarıqlı təsərrüfat rəhbəri kimi xüsusi hörməti olmuşdur.

Elə bunun nəticəsi kimi Ulu Öndərimiz Onun rəhbərlik etdiyi təsərrüfat sahələrində dəfələrlə olmuş və Onu bir neçə orden və medallarla təltif etmişdir.

Hörmətli Prezident! Mənim ailəm həmişə bu dövlətə və dövlətçiliyə sadiq olmuş, dövlətçilik məsələlərində həmişə ölkə rəhbərini dəstəkləmişdir. Odur ki, mən Sizə güvənir və böyük ümidlə məni qəbul edəcəyinizə inanıram.

Hörmətli Cənab Prezident! Məlumat üçün də Sizə bildirim ki, mən Sizdən xahiş etmişdim ki, məni özünüz qəbul edin və Cəlilabad rayon icra hakimiyyətinə göndərməyin. Mən Sizə bundan əvvəl "miq.az" internet saytı ilə müraciət edəndə də bunu xahiş etmişdim. Çünki Cəlilabad xalqı oranı sizin nümayəndəliyiniz kimi yox, alver yeri olan bir supermarket kimi tanıyır.

Məni qəbul etsəniz Siz Cəlilabadda gedən proseslərdən və ümumiyyətlə, çox şeydən agah olacaqsınız. Bunu mən Sizə söz verirəm. Adi bir misal deyim Sizə, Cənab Prezident, mən 12.08.2020-ci il tarixdə Sizə Cəlilabad rayonunun Göytəpə şəhər poçtundan teleqram vurmaq istədim. Mənim teleqramımı da qəbul etmədilər və dedilər ki, qorxuruq. Rayon rəhbərliyi bizə göstəriş verib ki, Prezidentə vurulan teleqramları qəbul etməyin. Mən bu haqda rayonun mərkəzi poçtunun rəisinə də zəng vurub məlumat verdim. O da öz növbəsində mənə dedi ki, sən ağsaqqalsan, bizi başa düş və şikayət etmə. Mən də başa düşürəm o kimdən qorxur.

Onun üçün də mən məcbur qalıb gedib Masallı rayonunun Təzə Alvadı kəndindən Sizə teleqram vurmuşam. Elə başa düşürəm təkcə bu fakt Cəlilabadda vəziyyətin nə yerdə olduğunu göstərir.

Əziz Prezident! Mən öz şəxsi problemlərimlə Sizin qəbulunuza gəlmək istəyirəm. Başqa heç bir niyyətim yoxdur. Əgər Siz rayondakı vəziyyətlə də maraqlansanız, Sizə izah edər və bildirirəm ki, nəyə görə İcra Hakimiyyətinin binasına supermarket deyirlər. Həmçinin onu da bildirim ki, vaxtilə mən özüm də uzun müddət idarə rəhbəri və başqa dövlət qulluqlarında işləmişəm.

Sizə böyük hörməti və inamı olan 2-ci qrup "20yanvar " əlili
Cavadov Təyyar Cavad oğlu

Öncədən Sizə öz səmimi ehtiramımı bildirirəm. //Miq.Az//

Oxunub: 25

XƏBƏR LENTİ
Bu gün, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Bu gün, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
Bu gün, 12:00 Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
Bu gün, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
Bu gün, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
Bu gün, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
Bu gün, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
Bu gün, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
Bu gün, 10:07 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”
Bu gün, 09:59 Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
Dünən, 17:32 Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT
Dünən, 13:00 SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA
Dünən, 09:44 Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub
22-09-2020, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
22-09-2020, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
22-09-2020, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
22-09-2020, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
22-09-2020, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
22-09-2020, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib