Son Dəqiqə

Dünən, 15:59 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

Dünən, 12:05 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

25-11-2020, 13:25 - Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi

25-11-2020, 13:00 - Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...

25-11-2020, 12:30 - "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”

25-11-2020, 12:00 - Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...

25-11-2020, 11:30 - Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir

25-11-2020, 11:00 - Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

25-11-2020, 10:30 - “Brent” markalı neftin qiyməti 47 dolları keçdi

25-11-2020, 10:00 - Azərbaycan ordusu Kəlbəcərə yola düşüb

25-11-2020, 09:30 - Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO

25-11-2020, 09:00 - "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"

24-11-2020, 13:02 - Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

24-11-2020, 12:00 - "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"

24-11-2020, 11:30 - Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət

24-11-2020, 11:00 - İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO

24-11-2020, 10:30 - “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

24-11-2020, 10:00 - Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib

24-11-2020, 09:30 - İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək

24-11-2020, 09:00 - Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

24-11-2020, 08:30 - "Ayaqlarımın topuqdan qopduğunu gördüm" - Polad Rzayev

24-11-2020, 08:00 - "Fransa Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədiyi üçün aqressivləşib..."

23-11-2020, 15:26 - Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu

23-11-2020, 12:02 - Əsgərlərimiz Qubadlıda futbol oynadı - Video

23-11-2020, 11:58 - İbrahim Qalın: “Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq”

23-11-2020, 11:50 - “Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir”

23-11-2020, 11:38 - Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq...

23-11-2020, 11:30 - "Xalqa qarşı yekəbaşlıq edən məmurları həmən yerində oturtmaq lazımdır..."

GundelikXeber
 Valyuta məzənnəsi

Niyə Azərbaycanın “Amazon”u yoxdur?

Tarix:4-11-2020, 10:37

Niyə Azərbaycanın “Amazon”u yoxdur?Bu gün onlayn ticarətə olan maraq getdikcə artır. Pandemiya dövründə onlayn alış-verişin imkanları və əlverişliliyi xüsusilə ön planda idi.

Dünyada e-ticarət dedikdə ağıla ilk gələn platforma “Amazon”dur. Sadəcə ABŞ, İngiltərə və Almaniyada e-ticarətin əhəmiyyətli dərəcədə böyüməsi “Amazon”dakı satışların həcmindən irəli gəlir. Bu ölkələrdə e-ticarətdə dövriyyədə olan hər 10 dollardan 4 dolları “Amazon”un büdcəsinə əlavə edilir.

Azərbaycanın bir “Amazon”a ehtiyacı var?

Hər bir ölkənin öz “Amazon”una ehtiyacı var. Lakin, Azərbaycanda geniş imkanları olan, A-dan Z-yə hər bir məhsulun satışını həyata keçirən onlayn satış platforması mövcud deyil. Təbii ki, bu istiqamətdə addımlar atılır. Lakin, ölkədə daha çox ikinci əl məhsulların satışını vasitəçi kimi həyata keçirən elan portalları var. Məsələn, ikinci əl avtomobil bazarının şansı burada daha yüksəkdir. Lakin, bu kimi portallar sadəcə, müəyyən komissiya əldə edərək arada vasitəçi rolunu oynayır. Onun anbarı yoxdur, çatdırılma xidməti yoxdur, onlar müştəri məmnuniyyətini ölçmür, reytinq vermir, xüsusilə, hər hansısa bir məhsulun PR-nı aparmır, sayta giriş edən şəxs qarşısında heç bir məsuliyyəti yoxdur, məhsulla bağlı heç bir zamənət vermir və s.

Lakin, əgər Azərbaycanda istənilən məhsulun onlayn şəkildə satışını həyata keçirən e-ticarət portalı olsa, istənilən sahədə sahibkarlığın miqyası və məhsuldarlığı artar. İstehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələr qurular. İstənilən halda bir çox əngəl aradan qalxmış olar.

Eyni zamanda sizin bunun üçün mağaza açmağa, reklam verməyə, sayt hazırlamağa ehtiyacınız yoxdur. Bu istənilən sektorda rəqabəti artırar və qiymətlərin müəyyən edilməsində ədalətin daha yaxşı bərqərar olmasına şərait yaradar.

Tutaq ki, siz ucqar rayonda yaşayan bir fermersiniz, tamamilə təbii məhsullarla istehlakçını təmin etmək imkanınız var. Lakin, birbaşa özünüzü istehlakçıya təqdim etmək şansınız yoxdur. Belə olduğu halda məhsullarınızı üçüncü bir tərəf satın alaraq istehlakçıya çatdırır və burada sizin gəliriniz daha aşağı olur. Halbuki, istehlakçıya məhsul dəyərindən daha yüksək məbləğə satılır. Lakin, e-ticarət vasitəsilə birbaşa alıcılar cəlb edə bilərsiniz.

Eləcə də, sizin çox gözəl əl işləriniz var, lakin, hər hansı bir mağazanı icarəyə götürmək üçün kifayət qədər maddi imkanınız yoxdur. Onlayn satış platforması sizə geniş PR imkanları verir. Bütün bu və digər səbəbləri də göstərərək ölkədə hərtərəfli e-ticarət platformasının olması yararlıdır.

Niyə Azərbaycanın “Amazon”u yoxdur?

Azərbaycanda qida məhsullarının istehsalı və satışı üzrə çox geniş potensialı var. Əslində, dünya üzrə qida satışını onlayn həyata keçirən e-ticarət portalları kifayət qədər çoxdur. Lakin, gəlin etiraf edək ki, ölkəmizdə çox az insan gündəlik ərzaq məhsullarını internetdən sifariş vermək istəyər. Bu çox kiçik bir kütləni əhatə edər. Yəni, istehlakçıya o qədər əlverişi təkliflər verilməlidir ki, həmin gündəlik qida vasitələri onlayn satışla həyata keçirilsin. Məsələn, “10 dəqiqəyə ən yaxın marketdən pulsuz çatdırırıq” - başlığı cəlbedicidir.

“Amazon” kimi e-ticarət portalında ilk növbədə tekstil məhsulları daha çox satılır. Azərbaycanda isə tekstil bazarında hələ də boşluq var. Təkcə pandemiya dövründə 9 ayda idxal edilən geyim əşyaları və geyim üçün ləvazimatlar 148,1 milyon ABŞ dollar həcmində olub.

Eləcə də, texnologiya məhsullarının e-ticarət portallarından satış həcmi yüksək olur. Ölkəmizdə texnologiya məhsullarının istehsalı da geniş deyil. Ən azından ixrac edilən məhsullar arasında əsas yeri tutmur. Texnologiya vasitələrinin böyük həcmi digər ölkələrdən idxal olunur. Digər bir məhsul qrupu oyuncaqlar. Çox müəmmalı görünsə də, oyuncaqlar bu kimi portallarda çox satılır.

Uzun sözün qısası yerli e-ticarət məhsularının A-dan Z-yə satıldığı platformada ölkədə məhsul çeşidinin istehsal həcmi də geniş olmalıdır.

Onda qayıdaq “Amazon”a...

“Amazon”da özünüzə mağaza yaratmaqla nə əldə edə bilərsiniz? Bunun texniki parametrlərini - necə qeydiyyatdan keçmək olar, necə məhsul yerləşdirmək olar və s. məlumatları İT portallardan əldə edə bilərsiniz. Lakin, burada bir fərq var. Siz kiçik və orta sahibkarlıqla məşğulsunuz ya iri sahibkarlıq müəssisəsinə maliksiniz? Bu cəhətdən sizin izləməli olduğunuz yol fərqli olacaq.

İlk növbədə transfer məsələsini diqqətdə saxlamalısınız. Azərbaycandan çatdırılmanı “Azərpoçt” və ya xüsusi bir yükdaşıma şirkəti ilə edə bilərsiniz. Sənədləşmələr üçün isə sizə e-imza lazım olacaq. Siz e-imza ilə şirkət tərəfindən sizə yönləndirilən sənədləri imzalaya bilərsiniz.

Təbii ki, bəzi məhsulların onlayn formada satışını həyata keçirmək daha sərfəli və gəlirlidir. Bunu müəyyən etmək üçün ilk növbədə bazarı və bazardakı digər rəqiblərinizin məsullarını araşdırmaq lazımdır.

Məsələn, əgər siz xırda və orta sahibkarlıqla məşğul olursunuzsa eyni kateqoriyada digər ölkələrdən olan sahibkarların məhsullarını hansı qiymətlərdə satışa çıxardığına diqqət edin. Bu məhsulların keyfiyyəti necədir? Müştəri məmnuniyyəti hansı səviyyədədir? Ən əsası: Sizin onlardan fərqiniz nədədir? Pis ya da yaxşı, mütləq bir fərqiniz olmalıdır. Əsas məsələ, siz bu məhsulu hansı qiymətlə satışa qoya bilərsiniz? Məhsulun qiymətini müəyyən edərkən “hamıdan ucuz mən satacam” məntiqi ilə ziyana getməyin. Söhbət təbii ki, keyfiyyətli məhsuldan gedir. Ən azından məhsulunuzun keyfiyyətinə görə düzgün qiyməti müəyyən etməyə çalışın. Bura sizin xərcləriniz, yəni, qablaşdırma, transfer xərci və s. aiddir. Bunları düzgün hesablayaraq həmin gəlirlərlə işinizi necə böyüdəcəyinizi təyin edin. Axı, qurduğunuz işi həm də davam etdirməlisiniz.

Çin yenə təhlükə ərz edir...

Ümumiyyətlə bütün e-ticarət portallarında Çinin satış payı yüksəkdir. Bəli, ən ucuz və hər çeşid məhsulla bütün dünyanı təmin edirlər. Onlarla rəqabət aparmaq çətindir. Amma keyfiyyət məsələsi var. Məhsul keyfiyyəti və şişirdilməmiş qiymətlər burada hər şeyi ifadə edir. Çin ilə rəqabət aparmaq üçün mütləq şəkildə məhsullarınızın üstünlüklərini, keyfiyyət göstəricilərini ön planda tutmalısınız. Çünki, bu bir reallıqdır ki, Çin məhsullarının sərfəli olması, onların keyfiyyətli olması anlamını vermir.

Xırda sahibkarlıqdan iri sahibkarlığa doğru...

İri ticarət sahiblərinin burada diqqət etməli olduğu məqamlar fərqlidir. Onların “Amazon” kimi bir arenada izləməli olduğu yol fərqlidir. Çünki, burada sizin məhsullarınızın digər iri şirkətlər tərəfindən satın alınmasından söhbət gedir. Yəni, dünyaca məhşur brendlər burada ticarət politikasını tamam fərqli cür aparır. “Amazon” onlar üçün əlavə reklam vasitəsidir. Məhsullarına qlobal miqyasda maraq artırmaları onların həm yerli, həm də dünyada ixrac potensialına təsir edir.

Yəni, Azərbaycanda qida istehsalı ilə məşğul olan müəssisələrdən tutmuş digər sənaye sektorlarına qədər şirkətlər bu kimi e-ticarət platformalarında mağazaya sahib olmaqla daha çox müştəri və daha çox investor cəlb edə bilərlər. Bu həm məhsulların yerli bazarda satışına, həm də həmin sektorda qlobal şirkətlərin məhsula marağına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq hazırda e-ticarətin artan imkanlarından ölkəmizdə də istifadə edilməsi bütün sahibkarlıq subyektlərinə və ölkə iqtisadiyyatına fayda verə bilər.

P.S. Burada, “Amazon” e-ticarətə bir nümunə kimi təqdim edilib.

Oxunub: 26

XƏBƏR LENTİ
Dünən, 15:59 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
Dünən, 12:05 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
25-11-2020, 13:25 Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi
25-11-2020, 13:00 Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...
25-11-2020, 12:30 "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”
25-11-2020, 12:00 Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...
25-11-2020, 11:30 Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir
25-11-2020, 11:00 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
25-11-2020, 10:30 “Brent” markalı neftin qiyməti 47 dolları keçdi
25-11-2020, 10:00 Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
25-11-2020, 09:30 Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
25-11-2020, 09:00 "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"
24-11-2020, 13:02 Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
24-11-2020, 12:00 "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
24-11-2020, 11:30 Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət
24-11-2020, 11:00 İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
24-11-2020, 10:30 “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
24-11-2020, 10:00 Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
24-11-2020, 09:30 İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək