Son Dəqiqə

Dünən, 15:59 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

Dünən, 12:05 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

25-11-2020, 13:25 - Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi

25-11-2020, 13:00 - Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...

25-11-2020, 12:30 - "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”

25-11-2020, 12:00 - Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...

25-11-2020, 11:30 - Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir

25-11-2020, 11:00 - Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

25-11-2020, 10:30 - “Brent” markalı neftin qiyməti 47 dolları keçdi

25-11-2020, 10:00 - Azərbaycan ordusu Kəlbəcərə yola düşüb

25-11-2020, 09:30 - Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO

25-11-2020, 09:00 - "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"

24-11-2020, 13:02 - Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

24-11-2020, 12:00 - "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"

24-11-2020, 11:30 - Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət

24-11-2020, 11:00 - İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO

24-11-2020, 10:30 - “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

24-11-2020, 10:00 - Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib

24-11-2020, 09:30 - İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək

24-11-2020, 09:00 - Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

24-11-2020, 08:30 - "Ayaqlarımın topuqdan qopduğunu gördüm" - Polad Rzayev

24-11-2020, 08:00 - "Fransa Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədiyi üçün aqressivləşib..."

23-11-2020, 15:26 - Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu

23-11-2020, 12:02 - Əsgərlərimiz Qubadlıda futbol oynadı - Video

23-11-2020, 11:58 - İbrahim Qalın: “Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq”

23-11-2020, 11:50 - “Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir”

23-11-2020, 11:38 - Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq...

23-11-2020, 11:30 - "Xalqa qarşı yekəbaşlıq edən məmurları həmən yerində oturtmaq lazımdır..."

GundelikXeber
 Valyuta məzənnəsi

22 noyabr –Azərbaycanın ədliyyə tarixinin şərəfli anıdır

Tarix:14-11-2020, 13:09

22 noyabr –Azərbaycanın ədliyyə tarixinin şərəfli anıdır

Yəqin ki, Azərbaycanın ötən əsr tarixi haqda məlumatlı olan hər kəs bilir ki, 1918-ci ildə Demokratik Cumhuriyyətin yaradılması ilə eyni gündə təsis olunan Ədliyyə Nazirliyi, ötən 102 illik tarixi dövr ərzində olduqca zəngin, olduqca keşməkeşli yollar keçmişdir. Bütün çətinliklərə baxmayaraq, illər keçdikcə ölkəmizin ədliyyə sahəsi atılan addımlar sayəsində formalaşmış və müasir inkişaf mərhələsinə qədər də yüksəlmişdir. Hal-hazırda adı çəkilən bu dövlət qurumu ölkəmizin hüquq siyasətini həyata keçirən bir orqana çevrilmiş və səlahiyyətləri də xeyli artırılmışdır. Bir sözlə, Azərbaycanın ədliyyə sisteminin şanlı keçmişini özündə əks etdirən zəngin tarixi var və bu tarixin ən şərəfli anı, məhz 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Yəni, 28 may 1918-ci il tarixdə ilk dəfə olaraq müsəlman şərqində Demokratik Cumhuriyyətin elan olunduğu gündə Ədliyyə Nazirliyi də yaradılır. Bu Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyəti sayəsində məhkəmə aparatları tədricən bərpa olunur, binaları qaydaya salınır. Hətta bir çox çətinliklərin varlığına baxmayaraq, müəyyən müddətdən sonra hüquq ədəbiyyatı kitabxanası yaradılır, altı aylıq hüquq kursları da fəaliyyətə başlayır. Elə ki, qırmızı bolşevik istilası nəticəsində 28 may 1920-ci il tarixdə ADR-nin varlığına son qoyulur, o halda İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv olunur və onun əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılır. Adı çəkilən bu qurumun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi və təlimatlandırılmaları, onlara inzibati qaydada rəhbərliyin və qanunçuluğa ali nəzarətin həyata keçirilməsi, istintaq işlərinin aparılması və s. kimi işlərin görülməsi aid edilir. Məsələnin düşündürücü tərəfi o olur ki, 1959-cu ildə Xalq Ədliyyə Komissarlığının fəaliyyətinə son qoyulur və məhkəmə orqanlarının fəaliyyətinə rəhbərliyin və nəzarətin həyata keçirilməsi, məhkəmə statistikasının aparılması işləri Ali Məhkəməyə həvalə olunur, ölkənin Nazirlər Soveti yanında isə Hüquq Komissiyası təşkil olunur və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri bir çox dövlət orqanları arasında bölüşdürülür.
70 illik sovet dönəmində ifrat dərəcədə mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı vaxtlarda ədliyyə orqanlarından repressiya aləti kimi istifadə olunmasına yönəlik dövlət siyasətinin həyata keçirilməsi, məhz bu orqanların dəfələrlə ləğv edilib yenidən formalaşması ədliyyə sisteminin sabit struktura malik olmasına maneçiliklər yaradır. Bu Nazirliyinin yenidən yaradılması dövrü görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxta təsadüf edir. Yəni, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunur və bununla da ədliyyə tarixində yeni bir mərhələnin başlanğıcı qoyulur. Həmin vaxtlardan sabit fəaliyyət göstərən Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi, normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını həyata keçirir, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, qanun layihələrini hazırlayır və normativ sənədlərin layihələri üzrə rəylər verir, hüquqi maarifləndirmə işləri aparır, hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, notariat fəaliyyətinə rəhbərlik edir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, həmçinin dövlətlərarası övladlığa götürmə məsələlərini və sənədlərin leqallaşdırılmasını həyata keçirir, qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydiyyatının aparılmasını və digər zəruri işləri yerinə yetirir.
22 noyabr –Azərbaycanın ədliyyə tarixinin şərəfli anıdır

1991-ci ildə Azərbaycan Respublikası özünün suveren yaşamaq hüququnu bütün dünyaya bəyan etdikdən sonra, ölkəmizin ədliyyə sistemində də əsaslı dəyişikliklər baş verdi. Daha dəqiq desək,1993-cü ildə ulu öndər Heydər Əliyev xalqının təkidli tələbi əsasında ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra, ədliyyə orqanlarında işlərin günün tələbləri səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilir. İllər keçdikcə isə, bu Nazirliyin cəmiyyətdə rolu və səlahiyyət dairəsi daha da genişlənir. Bundan başqa, ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə bu sahədə çalışan şəxslərin peşə bayramı gününün müəyyən edilməsinə də təşəbbüs göstərilir və 22 noyabr 1918-ci il tarixdə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün peşə bayramı günü kimi təsis edilməsi haqqında ölkə rəhbərinə müraciət ünvanlanır. Həmin vaxtlarda Azərbaycan Respublikasının Prezidenti olan ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə, 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunur və həmin gündən indiyə kimi ədliyyə işçiləri peşə bayramlarını hər il təmtəraqla qeyd etməkdədirlər.
Bir faktı da qeyd edək ki, ulu öndər Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında, son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirilmiş, ədliyyə orqanlarının fəaliyyəti daha da genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin olunmuş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər də görülmüşdür. Bu sırada ölkəmizin brendinə çevirilmiş ilk “ASAN xidmət” mərkəzinin 2013-cü ildən vətəndaşlara yüksək səviyyədə xidmət göstərməsini də misal çəkə bilərik. Yəni, hər kəs təqdim etdiyi sənədlərin adı çəkilən bu qurumda tez və olduqca asan şəkildə həllinə nail olduğu üçün, bu gün “ASAN xidmət” mərkəzlərindən məmnun olduqlarını açıq-aşkar şəkildə də ifadə edirlər. Bu yöndə atılan addımlar onu sübut edir ki, hazırda ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis olunmuş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.
Bütün bunlar onu sübut edir ki, Azərbaycanın ədliyyə sahəsi bu gün də dövlət quruculuğu proseslərində yaxından iştirak edən, ümumilli məsələlərimizin həllini tampasında əhəmiyyətli rol oynayan dövlət qurumudur. Bir neçə gümdən sonra isə Ədliyyə Nazirliyi əməkdaşlarının 102 illiyi qeyd olunacaq və həmin bayram günü münasibətilə Nazirliyin rəhbərliyini, hər bir əməkdaşını səmimi qəlbdən təbrik edib, hər kəsə dövlətimizi gələcək inkişafı yollarında uğurlar arzulayıram. Bir məqama da diqqət yetirək ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağla bağlı otuz ilə yaxın müddət ərzində üz-üzə qaldığı problemin həllində, düşmən tərəfindən işğal olunmuş torpaqlarımızla bağlı əsl həqiqətlərin bütün dünyaya çatdırılmasında, faşist ideologiyası ilə silahlanmış erməni vandalizminin iç üzünün ifşa olunmasında və digər addımların atılmasında, məhz Ədliyyə Nazirliyi əməkdaşlarının da xüsusi xidmətləri oldu. Məsələn, adı çəkilən bu dövlət qurumunun əməkdaşı olaraq onu bildirmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin son 44 gün ərzində DQ-da və ətraf ərazilərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları müzəffər ordumuzun haqq mübarizəsi idi. Yəni, qeyd olunan müddət ərzində itirilmiş torpaqlarımız geri qaytarıldı və düşmənə sarsıdıcı zərbələr də endirdi. Cəbhə bölgəsində məğlub olduqlarını açıq-aşkar şəkildə təsdiq edən düşmən ölkədə bu gün fərarilik, anarxiya, xaos baş alıb getməkdədir. Bütün bunlar onu söyləməyə əsas verir ki, nadan, savadsız və erməni xalqını uçuruma sürükləyən Nikol Paşinyan, bundan sonra hansı addımını atırsa-atsın, o, heç bir halda hansısa uğura nail ola blməyəcək. Çünki, müzəffər Azərbaycan ordusu qısa müddət ərzində “məğlubedilməz erməni” mifini altüst etdi və düşmən ölkənin əsl xisləti aşkara çıxarıldı. Bir anlığa diqqət yetirək ki, cəbhə bölgəsində Azərbaycan ordusunun müqavimətinə heç cür duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan 10 noyabra kimi mülki insanları ağır artilleriya qurğularından atəşə tutmaqda davam etdilər. Bu da birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu və Ermənistan atdığı bu cür addımları ilə, məhz özünün terrorçu dövlət olduğunu bir daha sübuta yetirdi. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar və işğalçı ölkəyə lazımi təzyiq göstərmədilər. Onu da yada salaq ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı, 30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, həmin qətnamələr icra olunmadı və icra olunmamasının müəyyən səbəbləri də oldu. Bütün bunlara baxmayaraq, 27 sentyabrdan 10 noyabra kimi müzəffər Azərbaycan ordusu DQ-da və onun ətraf ərazilərində uğurlu döyüş əməliyyatları həyata keçirməklə, məhz BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələri təkbaşına yerinə yetirdi və atdığı addımları ilə “canlı tarix” də yazdı. Bu yöndə atılan addımlar onu sübut etdi ki, Silahlı Qüvvələrimiz dünyanın ən nüfuzlu və mötəbər bir qurumunun həyata keçirməli olduğu vəzifəni təkbaşına, qətiyyətli iradəsi və döyüşkənliyi sayəsində yerinə yetirdi. Bununla da Azərbaycan ordusu öz gücünü və hansı iradəyə qadir olduğunu bütün dünyaya sübut etməyi də bacardı. Sözsüz ki, son 44 gün ərzində həyata keçirilən döyüş əməliyyatlarında uğur qazanmağımız, birbaşa xalqın iqtidarla, Ali Baş Komandanla birlikdə olması, xalq ordu birliyi əsas səbəb oldu.
Onu da vurğulayım ki, ölkə rəhbəri cənab İlham Əliyevin müdrik idarəçiliyi, hər an qətiyyətli iradəsini ortaya qoymaq bacarığı, hər addımda xalqımızın, dövlətimizin ümumilli maraqlarını öndə tutması və s. kimi addımlar da, birbaşa qələbəmizi şərtləndirən əsasa millər oldu. Bəli, biz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı da geri qaytardıq və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü təmin etdik. Düzdür, ötən 44 gün ərzində torpaqlarımızı özümüzə qaytardıq və bu mübarizə yollarında müzəffər Azərbaycan Ordusunun yaralananları, şəhid olanları da oldu. Odur ki, ərazilərimizin bütövlüyünün təmin olunması uğurunda yaralanan hər bir zabit və əsgərimizə şəfa diləyib, şəhid olanlara o böyük Allah-Təala rəhmət eləsin deyirəm!. Nə qədər çətin olsa da, biz hər bir ağrı-acıya dözməli və qürurlu iradəmizi düz tutmağı da bacarmalıyıq. Çünki, hər qarış torpağımız bizim üçün əzizdir, bizim üçün doğmadır.
Eşq olsun xalqımıza! Eşq olsun Ali Baş Komandana! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Aytən Muradova
2 saylı Bakı “Asan Xidmət”i mərkəzi, Qeydiyyat şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu
Oxunub: 29

XƏBƏR LENTİ
Dünən, 15:59 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
Dünən, 12:05 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
25-11-2020, 13:25 Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi
25-11-2020, 13:00 Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...
25-11-2020, 12:30 "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”
25-11-2020, 12:00 Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...
25-11-2020, 11:30 Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir
25-11-2020, 11:00 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
25-11-2020, 10:30 “Brent” markalı neftin qiyməti 47 dolları keçdi
25-11-2020, 10:00 Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
25-11-2020, 09:30 Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
25-11-2020, 09:00 "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"
24-11-2020, 13:02 Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
24-11-2020, 12:00 "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
24-11-2020, 11:30 Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət
24-11-2020, 11:00 İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
24-11-2020, 10:30 “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
24-11-2020, 10:00 Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
24-11-2020, 09:30 İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək