Son Dəqiqə

Dünən, 13:54 - Bağçada konfetə qonaq edilən uşaq narkotikdən zəhərləndi

Dünən, 13:52 - Koronavirusdan sağaldıqdan sonra fəsadları tam aradan qaldırmaq üçün nələr etmək lazımdır?

Dünən, 13:50 - Peyvəndin üçüncü dozasına da ehtiyac var?

Dünən, 13:49 - “Google” şəxsi məlumatları toplayarkən istifadəçiləri aldadıb

Dünən, 13:48 - Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər

Dünən, 13:47 - Olimpiya Oyunlarında idmançılar hər gün koronavirus testindən keçirilə bilər

Dünən, 13:44 - Raul Kastro Kuba Kommunist Partiyası rəhbərliyindən istefa verdi

Dünən, 13:42 - Cüdoçumuz Avropa üçüncüsü oldu - YENİLƏNİB

Dünən, 13:41 - Şoyqu: “BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib”

Dünən, 13:41 - Millimizin qapıçısına 25 tikiş qoyuldu

15-04-2021, 13:30 - İNK sədri Türkiyə BMM-də

15-04-2021, 08:33 - Azərbaycan əhalisinin sayı açıqlanıb

15-04-2021, 08:28 - Özünü 14-cü mərtəbədən atan 14 yaşlı yeniyetmənin FOTOSU YAYILDI

15-04-2021, 08:26 - Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

15-04-2021, 08:23 - Rusiya İrəvanı “PUA ovçuları” ilə gücləndirmək istəyir

15-04-2021, 08:20 - Zelenskidən erməniyə ZƏRBƏ: Tanınmış iş adamı...

15-04-2021, 08:18 - Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

15-04-2021, 08:17 - “Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“

15-04-2021, 08:15 - UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir

15-04-2021, 08:14 - "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi" - Paşinyan

15-04-2021, 08:13 - Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqləndi - RƏSMİ

13-04-2021, 11:06 - Umayra Tağıyeva: “Qarabağda 13 məntəqədə avtomatlaşdırılmış hidroloji stansiyaların tətbiqi planlaşdırılır”

13-04-2021, 11:04 - Üç koronavirus xəstəsi barəsində cinayət işi başlandı

13-04-2021, 11:03 - Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”

13-04-2021, 11:01 - Nazirlik rəsmisi: “Qarabağ üzrə hava proqnozlarının verilməsi işğal dövründə bir gün belə dayandırılmayıb”

13-04-2021, 11:00 - “Baku Steel Company”də baş verən qəza ilə bağlı AÇIQLAMA

13-04-2021, 10:56 - Neft bahalaşıb

13-04-2021, 10:54 - İlham Əliyev: “Ermənistan hökuməti istəmirdi ki, əcnəbilər Dağlıq Qarabağ ətrafındakı rayonlara getsinlər”

GundelikXeber
 Valyuta məzənnəsi

Ağdaş səhiyyəsində idarəçilik günün tələblərinə cavab verir

Tarix:7-04-2021, 10:29

 Ağdaş səhiyyəsində idarəçilik günün tələblərinə cavab verir
    Son illər istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarda yeni səhiyyə müəssisələrinin inşa olunması, bəzilərində əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsi,  müasir tibbi avadanlıqlarla təminatın ödənilməsi, savadlı, bacarıqlı tibb işçilərinin səhiyyə ocaqlarında fəaliyyət göstərmələri və s. onu söyləməyə əsas verir ki, həqiqətən də Azərbaycan səhiyyəsi ildən-ilə inkişaf etməkdədir. Bəli, bu gün dövlət-hakimiyyət orqalarının başlıca məqsədi əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin üzləşdiyi problemlərin aradan qaldırılmasına çalışmaqdan ibarətdir.  İnşa olunmasına 2009-cu ildə başlanılan, 2011-ci ilin 30 oktyabrında isə cənab İlham Əliyevin də açılışında iştirak etdiyi Ağdaş Mərkəzi Rayon Xəstəxanasının fəaliyyət göstərməyə başlaması, məhz  bu prosesin ardıcıl xarakter aldığını bir daha təsdiq etmiş olur.
     Qeyd edək ki, 2018-ci ildən bu səhiyyə müəssisəsinə 29 yanvar 1979-cu ildə Oğuz rayonun Astraxanovka kəndində anadan olan İntiqam Əhmədiyyə oğlu İbrahimov rəhbərlik edir. Bu şəxs orta təhsilini başa vurduqdan sonra 1996-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olur və 2003-cü ildə bu ali təhsil ocağında təhsilini müvəffəqiyyətlə başa vurur. İntiqam İbrahimov 2003-2005-ci illərdə Bakı şəhərindəki “N” saylı hərbi hissədə baş leytenant rütbəsini daşımaqla həqiqi hərbi xidmətdə olur və 2005-ci ildən Ağdaş səhiyyəsində çalışır. İllər keçdikcə bu sahədə lazımi göstəriciləri özündə cəmləşdirən, hal-hazırda bölgənin ən nüfuzlu həkimlərindən biri hesab olunan, daim qəlbində Vətən sevgisi, xalqına bağlılıq hissi gəzdirən İntiqam İbrahimov, ötən ilin 21 sentyabrında hərbi xidmətə çağırılarkən o, belə bir çağırışı rəğbət hissi ilə qarşılayır.  Yəni, 27 sentyabrda mənfur düşmən növbəti təxribatlara əl atarkən, bu şəxs də çoxsaylı vətənpərvər övladlardan biri olaraq, məhz Kəlbəcər rayonu istiqamətində işğalçılara qarşı ölüm-dirim savaşına qoşulur. 44 gün ərzində davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olan və üzərinə düşən vəzifə borcunu vicdanla, şərəflə yerinə yetirən İntiqam İbrahimov, 30 dekabr 2020-ci il tarixdə ordu sıralarından təxris olunur.
   Faktdır ki, Ağdaş Mərkəzi Rayon Xəstəxanası son illər ərzində ölkəmizdə inşa olunan ən böyük səhiyyə müəssisələrindən biri hesab olunur.  Burada çalışan həkimlər, tibb bacıları və personalın digər üzvüləri hər kəsə yüksək səviyyəli tibbi xidmət göstərir, insanlara qayğı ilə yanaşırlar. Bu da bir kimsənin müalicə olunmaq üçün hansısa səhiyyə müəssisəsinə üz tutub getməsinə imkan vermir. Belə bir halın varlığı onu söyləməyə etməyə əsas verir ki, hazırda ölkəmizdə sosial əhəmiyyət kəsb edən məsələlər uğurla həll olunmaqdadır. Əlbəttə ki, sosial məsələlərin həllində ölkəmizin səhiyyə sahəsi daim ön planda durur və iqtisadi imkanlarımızın göstəricisi, məhz belə məsələləri hər zaman diqqət mərkəzində saxlamağa imkan verir. Onu da unutmaq olmaz ki, bugünə kimi Ağdaş Mərkəzi Rayon Xəstəxanasının bir neçə həkimi qardaş Türkiyə dövlətinin Ankara şəhərində ən nüfuzlu tibb ocaqlarında ixtisasartırma kurslarını başa vurmuşlar.
    Bugünlərdə redaksiyamızın əməkdaşına Yevlax şəhər sakini Nurəddin Şükürov adlı şəxsin danışdıqlarını dinlədikcə, məhz Ağdaş Mərkəzi Rayon Xəstəxanasındakı mövcud durum haqda lazımi təsəvvürümüzü formalaşdıra bildik. Yəni, Nurəddin Şükürov qeyd edir ki, “Bu səhiyyə müəssisəsində formalaşan ab-hava, kollektiv üzvlərinin gülərüzlüyü, hər bir həkimin, tibb bacısının mehriban münasibəti və s. sanki xəstə insana “sağlam ruh” bəxş edir. Bu da onu söyləməyə əsas verir ki, İntiqam İbrahimovun rəhbərlik etdiyi bu səhiyyə müəssisəsində xüsusi bir mühit hökm sürməkdədir. Bütün bunlardan əlavə, baş həkimin zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması və s. də, məhz kollektiv üzvlərinə təsir edən əsas amillərdir. Ümumiyyətlə, bu şəxsin  səmimiyyətini hiss edən hər kəs o, böyük Allah-Təalaya dua edir və “Şükür sənə ey bizi Yaradanımız!. Nə yaxşı ki, səhiyyəmizdə İntiqam İbrahimov kimi həkimimiz var” deyir. Çünki o, bugünədək nəinki Ağdaş rayonu ərazisində yaşayan neçə-neçə insanlara, hətta digər bölgələrdən gələnlərə də şəfa vermiş, hər kəsi sevindirmiş, bir kimsədən diqqət və qayğısını  əsirgəməmişdir. Elə bunun nəticəsidir ki, Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş həkim vəzifəsini daşıyan İntiqam İbrahimovun adı çəkiləndə hər kəs ona hörmətlə- izzətlə yanaşır, hüsnü-rəğbətini bildirməkdən də çəkinmirlər. Ona görə də, bir vətəndaş olaraq Ağdaşın səhiyyə müəssisələrində yaşanan bugünkü duruma görə şəxsən İntiqam İbrahimova öz təşəkkürümü çatdırıram və ona iş fəaliyyətində bol-bol uğurlar da arzu edirəm. İnanıram ki, bu şəxsin bacarığı, potensialı, peşakarlığa söykənən idarəçiliyi, məhz bundan sonra da Azərbaycan səhiyyəsinə yeni-yeni töhfələrin bəxş olunması ilə nəticələnəcək”.
Hazırladı: Teymur KƏNGƏRLİ

Oxunub: 30

XƏBƏR LENTİ
Dünən, 13:54 Bağçada konfetə qonaq edilən uşaq narkotikdən zəhərləndi
Dünən, 13:52 Koronavirusdan sağaldıqdan sonra fəsadları tam aradan qaldırmaq üçün nələr etmək lazımdır?
Dünən, 13:50 Peyvəndin üçüncü dozasına da ehtiyac var?
Dünən, 13:49 “Google” şəxsi məlumatları toplayarkən istifadəçiləri aldadıb
Dünən, 13:48 Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər
Dünən, 13:47 Olimpiya Oyunlarında idmançılar hər gün koronavirus testindən keçirilə bilər
Dünən, 13:44 Raul Kastro Kuba Kommunist Partiyası rəhbərliyindən istefa verdi
Dünən, 13:42 Cüdoçumuz Avropa üçüncüsü oldu - YENİLƏNİB
Dünən, 13:41 Şoyqu: “BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib”
Dünən, 13:41 Millimizin qapıçısına 25 tikiş qoyuldu
15-04-2021, 13:30 İNK sədri Türkiyə BMM-də
15-04-2021, 08:33 Azərbaycan əhalisinin sayı açıqlanıb
15-04-2021, 08:28 Özünü 14-cü mərtəbədən atan 14 yaşlı yeniyetmənin FOTOSU YAYILDI
15-04-2021, 08:26 Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
15-04-2021, 08:23 Rusiya İrəvanı “PUA ovçuları” ilə gücləndirmək istəyir
15-04-2021, 08:20 Zelenskidən erməniyə ZƏRBƏ: Tanınmış iş adamı...
15-04-2021, 08:18 Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib
15-04-2021, 08:17 “Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“
15-04-2021, 08:15 UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir