Son Dəqiqə

10-06-2021, 10:55 - Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”

8-06-2021, 11:56 - AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib

7-06-2021, 20:50 - Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir

5-06-2021, 10:28 - AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

31-05-2021, 15:04 - Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi

31-05-2021, 11:15 - Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq

28-05-2021, 10:14 - Azərbaycanda Respublika Günü qeyd edilir

25-05-2021, 11:37 - Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)

25-05-2021, 11:00 - Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

25-05-2021, 10:46 - Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT

24-05-2021, 14:46 - Daha bir direktora cinayət işi AÇILDI

24-05-2021, 14:45 - “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli

24-05-2021, 14:42 - Putin Lukaşenko ilə Soçidə görüşəcək

24-05-2021, 14:37 - Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”

24-05-2021, 14:35 - Son sutkada neçə nəfər peyvənd olunub?

24-05-2021, 14:33 - İtaliyada funikulyor qəzası baş verib, ölənlər var

24-05-2021, 14:32 - Moskva aeroportunda bomba həyəcanı

21-05-2021, 12:00 - İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”

21-05-2021, 11:30 - Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"

21-05-2021, 11:00 - AZAL hüquq-mühafizə orqanlarına müraciət edib

21-05-2021, 10:30 - İlham Əliyev: "İsrail və Azərbaycan diasporları münasibətlərimizin inkişafına mühüm töhfələr verirlər"

21-05-2021, 10:00 - Qənirə Paşayeva Xalq şairi Sabir Rüstəmxanlını yubileyi münasibəti ilə təbrik edib

21-05-2021, 09:30 - Dövlət başçısı: "Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir"

21-05-2021, 09:00 - “Rusiya ondan nəsə qoparmaq istəyənlərin “dişlərini qıracaq”” - Putin

21-05-2021, 08:30 - “Bu, asan olmayacaq” - Prezident

21-05-2021, 08:00 - Səməd Səmədovun bacısı və baldızı koronavirusdan vəfat edib

20-05-2021, 14:59 - Qurban Qurbanov: “Hər zaman uğur əldə etmək olmur”

20-05-2021, 14:47 - Azərbaycan paralimpiyaçısı Avropa çempionu oldu

GundelikXeber
 Valyuta məzənnəsi

AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

Tarix:5-06-2021, 10:28

AHİK İcraiyyə Komitəsi bəyanat yayıb


İyunun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi Kəlbəcərə ezam olunmuş mətbuat nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsi başa çatsa da, beynəlxalq səviyyədə hamılıqla qəbul olunmuş konvensiyalara və əldə edilən razılıqlara baxmayaraq, Ermənistan işğaldan azad olunmuş ərazilərdə yerləşdirdikləri minaların xəritələrini Azərbaycana verməkdən hələ də müxtəlif bəhanələrlə boyun qaçırır. Bu qanunsuz hərəkətlər yüzlərlə günahsız, dinc insanların ölümü ilə nəticələnir və terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənməsini göstərir.

Ermənistanın təxribatçı əməllərinin davamı olaraq bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Bu, bir daha göstərir ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Ermənistan həmişə olduğu kimi, bu gün də sülhə, təhlükəsizliyə və beynəlxalq razılaşmalara məhəl qoymur, insanlıq əleyhinə olan bütün hərəkətlərini davam etdirir.
Azərbaycan həmkarlar ittifaqları adından bəyan edirik ki, Ermənistanın bu kimi əməllərinə ikili standartları kənara qoyaraq beynəlxalq təşkilatlar tərəfindən hüquqi və siyasi qiymət verməli, dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır. Həmçinin gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinə dair beynəlxalq qurumlar və dövlətlər tərəfindən Ermənistana təzyiq göstərilməlidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hadisə zamanı həlak olmuş şəxslərin yaxınlarına başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyir.

AIA.Az
Oxunub: 52

XƏBƏR LENTİ
10-06-2021, 10:55 Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”
8-06-2021, 11:56 AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib
7-06-2021, 20:50 Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir
5-06-2021, 10:28 AHİK İcraiyyə Komitəsi bəyanat yayıb
31-05-2021, 15:04 Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi
31-05-2021, 11:15 Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq
28-05-2021, 10:14 Azərbaycanda Respublika Günü qeyd edilir
25-05-2021, 11:37 Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)
25-05-2021, 11:00 Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
25-05-2021, 10:46 Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT
24-05-2021, 14:46 Daha bir direktora cinayət işi AÇILDI
24-05-2021, 14:45 “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli
24-05-2021, 14:42 Putin Lukaşenko ilə Soçidə görüşəcək
24-05-2021, 14:37 Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”
24-05-2021, 14:35 Son sutkada neçə nəfər peyvənd olunub?
24-05-2021, 14:33 İtaliyada funikulyor qəzası baş verib, ölənlər var
24-05-2021, 14:32 Moskva aeroportunda bomba həyəcanı
21-05-2021, 12:00 İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”
21-05-2021, 11:30 Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"