Son Dəqiqə

Bu gün, 10:26 - Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...

Bu gün, 09:36 - Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...

Bu gün, 09:31 - “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO

Bu gün, 09:24 - Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib

Bu gün, 09:23 - Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı

Bu gün, 09:22 - Düşmənin qüvvə və vasitələri məhv edilib

Bu gün, 09:19 - "Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib

Bu gün, 09:17 - Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR

Bu gün, 09:14 - Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Dünən, 13:11 - Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

Dünən, 13:09 - Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib

Dünən, 10:50 - “Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”

Dünən, 10:37 - Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib

Dünən, 10:35 - Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - RƏSMİ

Dünən, 10:33 - "Onların dərdi mənim vətənimin dərdi deyil ki, Nensi Pelosi Ceyhun Bayramovla niyə görüşürdü ki?"

Dünən, 09:07 - "McDonald's"dan Azərbaycanın haqq savaşına qarşı xain addım...

Dünən, 08:44 - İlham Əliyev Türkiyə xalqını təbrik etdi

28-10-2020, 12:59 - "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

28-10-2020, 10:11 - "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

27-10-2020, 14:09 - PRİTON İŞLƏDƏN ALLAHVERƏN GÖYGÖL RPŞ-DƏ KİMƏ GÜVƏNİR? - İDDİA

27-10-2020, 11:20 - Separatçıların “müdafiə naziri” yaralanıb

27-10-2020, 11:19 - Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub - FOTO

27-10-2020, 11:18 - Milli Məclis bu günə iclas çağırdı - 8 məsələ müzakirə olunacaq

27-10-2020, 11:17 - Çin ABŞ şirkətlərinə sanksiyalar tətbiq edəcək

27-10-2020, 11:00 - Koronavirusla bağlı SON STATİSTİKA

27-10-2020, 10:30 - Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutdu

27-10-2020, 10:00 - “Azərbaycan artıq Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır” - POL QOBL

27-10-2020, 09:30 - Türkiyədə bir terrorçu öldürüldü, digəri özünü partlatdı- İTKİ OLMADI...

GundelikXeber
 Valyuta məzənnəsi

"Cinli Əhməd" qonşusunu niyə öldürüb?

Tarix:16-12-2019, 10:47

"Cinli Əhməd" qonşusunu niyə öldürüb?


Xaçmazda qonşusunu heç bir səbəb olmadan öldürməkdə suçlanan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə iclasında yenə gərginlik yaşanıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham edilən Əhməd Seyid oğlu Yaqubovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda göstərilir ki, Əhməd qonşusu Etibarı heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qətlə yetirib.

Əhməd elan olunmuş ittihama münasibət bildirəndə deyib ki, hadisə zamanı özündə olmayıb.

O, hadisədən əvvəl xəstəliyinə görə 10 ədəd dərman atdığını deyib. Buna görə də özündə olmayıb.

"Anlaqsız olmuşam. Nə etdiyimi bilməmişəm"- deyə Əhməd bildirib.

Prokuror bildirib ki, Əhmədin psixi problemlərinin olması ilə bağlı bir neçə ekspertiza rəyi də cinayət işi materiallarında yer alır.

Hakim sual verib ki, dərman atmamışdan əvvəl Etibarla hansısa problemi olubmu?

Əhməd heç bir problemlərinin olmadığını, anlaqsız olduğunu deyib. Bildirib ki, əsgərlikdə də müalicə alıb və evə buraxılıb.

Növbəti suallara cavabında Əhməd iddia edib ki, mərhum Etibar ona qarşı söyüş söyüb. Mübahisə edəndə də onu vurub.

Amma təqsirləndirilən Əhmədin dedikləri mərhumun məhkəmə zalında olan qohumlarını qəzəbləndirib. Onlar Əhmədin xəstə olmadığını, məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurduğunu deyiblər.

Mərhum Etibarın qardaşı, hüquqi varisi Cavid Cavadov ifadəsində Əhmədin problemli adam olduğunu deyib.

"Dəfələrlə öz ailələrində davaları olub. Bu, atasını, anasını döyüb, evi dağıdıb. Mənim qardaşım heç kimlə problemi olmayan adam idi. Hətta dəfələrlə olub ki, Əhməd kiminləsə mübahisə edəndə Etibar ona kömək çıxıb. Əhməd yalandan deyir ki, guya Etibar onun qollarından tutub. Etibar çox güclü idi. Əgər onun qollarından tutsaydı, onun əlindən çıxa bilməzdi. Hadisənin bir şahidi var, o da Allah şahidi olan qonşumuzdur. Gələn prosesdə iştirak edəcək. O mənə hadisənin necə olduğunu danışdı. Uşaqlar çayxanaya gedəcəkmiş. Etibar da qonşu ilə məhəllədə imiş. Əhməd Etibarın yanında keçəndə ona "cındırsan" deyib. Etibar da nə dediyini soruşmaq üçün əli cibində Əhmədə tərəf baxıb. Bu zaman Əhməd bıçaqla Etibara iki zərbə vurub"- deyə mərhumun qardaşı bildirib.

Cavid Cavadov deyib ki, Əhmədin əsgərlikdən qaytarılması xəstəliyi ilə bağlı olmayıb:

"Hərdən məhəllədə uşaqlar danışırdı ki, necə etmək olar, əsgərlikdən qalasan? Bəziləri deyirdi ki, damarlarını kəssən, aparmayacaqlar. Bu da əsgərlikdə damarlarını kəsib ki, evə qaytarsınlar. Elə də olub. Dəli deyil, sadəcə özünü dəliliyi vurub. Bu ilk dəfə deyil ki, cinayət törədir. Neçə nəfərlə dava edib, öz evində problemlər yaradıb. Mən ona bircə sual vermək istəyirəm ki, qardaşımı hansı səbəbə vurdu? Buna cavab verə bilmir. Çünki ortada heç bir səbəb yoxdur".

Əhməd yenə də Etibarı vurmasına bir səbəb göstərə bilməyib, susub...

Mərhumun qardaşı Əhmədin psixi xəstəliyinə görə cəzasız qalacağından narahat olduqlarını deyib. Hakim isə bildirib ki, Əhmədin xəstə olması cəzasız qalacağı anlamına gəlmir.

"Əhmədin törətdiyi əməl məhkəmə istintaqı dövründə sübuta yetirilərsə, ona məcburi müalicə təyin ediləcək. Müalicədən sonra onun barəsində çıxarılmış hökm icra ediləcək"- deyə hakim bildirib.

Mərhumun atası da məhkəmədə ifadə verib. Onun sözlərinə görə, Əhməd dəfələrlə evdə ailəsi ilə dava edib. Qonşular Əhmədi sakitləşdirib.

"Bu adam heç nədən oğlumun canını alıb. İndi özünü dəliliyə vurub. Ən ağır cəzanın verilməsini istəyirəm. Mənim əvvəl bir insan kimi yazığım gəlirdi"- deyə mərhumun atası bildirib.

Mərhumun anası da məhkəmədə ifadə verib. Deyib ki, oğlumun ölüm xəbərini Bakıda olanda alıb: "Mənə zəng elədilər ki, Etibar xəstələnib, həkimə aparıblar. Mən də rayona qayıtdım. Yolda yenə telefonla danışdıq. Həyətə çatanda gördüm ki, kişilər qapıya yığışıb. Yenə də nə baş verdiyini başa düşə bilmədim. Həyətə girəndə artıq başa düşdüm. Huşumu itirib yerə yıxıldım. Bu adam heç kimə zərər verməyən oğlumu məndən aldı. Ən ağır cəza verilməsini tələb edirəm. Bu onun ilk cinayəti deyil. Rayonda iki nəfəri də bıçaqlamışdı".

Mərhumun bacısı Rüzgar Cavadova ifadə verən zaman deyib ki, qardaşı həyətdən evə gələndə köynəyini çıxarıb. Həmin vaxt bədənində qan olduğunu görüblər: "Etibar köynəyini çıxaranda dedi ki, Əhməd onu vurub. Biz təcili yardım çağırmaq istədik. Gec olar deyə maşınla aparmaq qərarına gəldik. Etibar yolda dünyasını dəyişdi. Bu ailədə normal bir insan yoxdur. Elə ən normalları budur".

Əhmədin anası isə ifadəsində oğlunun xəstə olduğunu deyib. Bildirib ki, oğlu əsgərlikdən özünə xəsarət yetirdiyinə görə yox, xəstəliyinə görə geri qaytarılıb.

Bu sözlər tərəflər arasında gərginliyə səbəb olub. Məhkəmə icraçıları tərəfləri sakitləşdirib.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Əhməd Xaçmazın İzmailovka qəsəbəsində qonşusu 26 yaşlı Etibar Cavadovun ürək nahiyəsindən bıçaqla vuraraq onu öldürüb.

Hadisənin baş verməsinə heç bir səbəb yoxdur. Əhməd özü də bu barədə danışmır.

Əhməd Yaqubov yaşadığı qəsəbədə "Cinli Əhməd" kimi tanınır. Onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Hətta bu xəstəliyinə görə Əhməd hərbi xidmətdən də geri qaytarılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə; xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxunub: 116

XƏBƏR LENTİ
Bu gün, 10:26 Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...
Bu gün, 09:36 Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...
Bu gün, 09:31 “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
Bu gün, 09:24 Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib
Bu gün, 09:23 Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı
Bu gün, 09:22 Düşmənin qüvvə və vasitələri məhv edilib
Bu gün, 09:19 "Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
Bu gün, 09:17 Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Bu gün, 09:14 Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
Dünən, 13:11 Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür
Dünən, 13:09 Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib
Dünən, 10:50 “Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Dünən, 10:37 Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib
Dünən, 10:35 Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - RƏSMİ
Dünən, 10:33 "Onların dərdi mənim vətənimin dərdi deyil ki, Nensi Pelosi Ceyhun Bayramovla niyə görüşürdü ki?"
Dünən, 09:07 "McDonald's"dan Azərbaycanın haqq savaşına qarşı xain addım...
Dünən, 08:44 İlham Əliyev Türkiyə xalqını təbrik etdi
28-10-2020, 12:59 "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"
28-10-2020, 10:11 "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"