Son Dəqiqə

Dünən, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

Dünən, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

Dünən, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

Dünən, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

Dünən, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

Dünən, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

Dünən, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

Dünən, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

Dünən, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Dünən, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

23-09-2020, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

23-09-2020, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

23-09-2020, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

22-09-2020, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

22-09-2020, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

22-09-2020, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

22-09-2020, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

22-09-2020, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

22-09-2020, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

21-09-2020, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

21-09-2020, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

21-09-2020, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

21-09-2020, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

21-09-2020, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

GundelikXeber
 Valyuta məzənnəsi

“Qoyun otarıram cənab hakim, məhkəməyə gəlməyə vaxtım yoxdur”- Yasamal Məhkəməsindən ŞİKAYƏT

Tarix:14-01-2020, 23:02

“Qoyun otarıram cənab hakim, məhkəməyə gəlməyə vaxtım yoxdur”- Yasamal Məhkəməsindən ŞİKAYƏT


Məhkəmə hakimlərinin çıxardıqları qanunsuz,bəzən yanlış qətnamələrnən bağlı xeyli şikayətlər var.
İmişli rayon, Qulubəyli kənd sakini Nağıyev Qalib Qaraseyid oğlunun Azerinfo.tv vasitəsilə prezident İlham Əliyevə ünvanladığı məktub da bu qəbildəndir.
Vətəndaş Yasamal Rayon Məhkəməsinin hakimlərindən şikayətçidir və onlar barəsində Məhkəmə Hüquq Şurasına ərizələr göndərib. Lakin heç bir tədbir görülməyib.
Qalib Nağıyev yazır ki, 2018-ci ilin may ayında xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək , Ocaqov Məhəmməd Şirvan oğlunun AR. CM-nin 147.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.
Bunu onunla əsaslandırıb ki, M. Ocaqov 30 may, 2017-ci il tarixdə “Lider” televiziyasının “Çıxış yolu” proqramında çıxış edərək onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları KİV vasitəsilə yayıb.
2018-ci ilin may ayında Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə işə baxılır. Hakim xüsusi ittiham qaydasında verilmiş şikayətin tərcümeyi-hal hissəsində Qalib Nağıyevin anadan olduğu il qeyd edilsə də, doğum gününün qeyd edilməməsini əsas gətirərək şikayətə baxmaqdan imtina edir.
Əslində bu texniki və heç bir əhəmiyyət kəsb etməyən məsələ işə baxmaqdan imtina üçün səbəb ola bilməzdi.
Nağıyev düzəliş edərək ikinci dəfə eyni məzmumlu şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edir.
01.06.2018-ci ildə, 2 saat gecikdiriləndən sonra nəhayət təyin olunmuş məhkəmə iclası başlayır.

Məhəmməd Ocaqovun dövlət hesabına tutulmuş vəkili və hakim Azər Tağıyev zarafatlaşaraq Nağıyevi məsxərəyə qoyurlar.
Qarşı tərəf icazəsiz halda hakimə sənəd təqdim edir, vəkili məsxərəyə qoyur. Buna dözməyib replika atan, etiraz edən şikayətçi Qalib Nağıyevi isə hakim kobud surətdə təhqir edir.
Məhkəmə iclası qərər qəbul etmədən yekunlaşır.
Məhkəmə iclasının 01.06.2018-ci ildə keçirilməsinə baxmayaraq, 04.06.2018-ci il tarixə qeyd olunmuş , hakim A. Tağıyevin qəbul etdiyi qərar qarşı tərəfin vəkilinin tərtib etdiyi sözlərdən ibarət olur.
Qərarda göstərilir ki, iddiaçı şikayətini guya əsaslandırmayıb, “Lider” televiziyasının yerləşdiyi ünvanı göstərməyib.
Axı ünvanın məsələnin mahiyyətinə nə dəxli var. Yaxud da doğum gününün qeyd olunmaması. Sadəcə hakim işə baxmaq istəməyib ,yaxud “maraqlı” olmayıb. Ya da başqa səbəb var.
Əslində Nağıyev iş üçün bütün əhəmiyyətli sənədləri məhkəməyə təqdim etmişdi.
Azər Tağıyev məhkəmə baxışında məsələlərə aydınlıq gətirmək istəyində olmur. Onun barəsində Məhkəmə Hüquq Şurasına ünvanlanmış ərizələrə də başdansovdu baxılır.
2019-cu ilin sentyabr ayında Qalib Nağıyev iddia ərizəsində bəzi düzəlişlər etməklə yenidən Yasamal Rayon Məhkəməsinə müraciət edir.
03 oktyabr 2019-cu il tarixdə , sat 12:50 radələrində məhkəmə iclası keçiriləcəyi barədə məlumat alır.
O məhkəməyə gedir. Lakin proses qarşı tərəfin gəlməməsi ucbatından 07 oktyabr, sat 12:50-yə təxirə salınır.
Qalib Nağıyev həmən tarixdə, təyin olunmuş vaxtda Yasamal Rayon Məhkəməsinə gəlib 7 saylı zalın qarşısında gözləyir.
Lakin qapının bağlı olduğunu görür.
Şikayətçi işə baxmalı olan hakim Murad Məmmədovun köməkçisi ilə telefon əlaqəsi saxlayır.
Bir qədər keçdikdən sonra hakim onu qəbul edir.
O hakimdən məhkəmə iclasının nə üçün keçirilmədiyini soruşur. Hakim bildirir ki, ittiham olunan Məhəmməd Ocaqovla əlaqə saxlayıb telefonla.
Ocaqov bildirib ki, qoyun otarır, məhkəməyə gəlməyə vaxtı yoxdur. Bu səbəbdən 7 saylı məhkəmə zalının qapısı bağlıdır.
Hakim Murad Məmmədov deyir ki, iddia tələbini geri götür, işin perspektivi yoxdur.
İddiaçı narazı halda məhkəməni tərk edir.

Daha sonra hakim Murad Məmmədov düz 18 dəfə ona 055-703-75-79 nömrəli mobil telefonla zəng edərək iddiasını geri götürməyi tələb edir.
Şikayətçi vətəndaş yazır:
“ Hakim Murad Məmmədov mənə və Məhkəmə Hüquq Şurasına ünvanladığı 06.12.2019-cu il tarixli məktubunda göstərir ki, güya mən həmin gün prosesə gəlməmişəm.Belə olan təqdirdə qoy Məhkəmə Hüquq Şurası 07 oktyabr 2019-cu il , saat 12:50 radələrindən başlayaraq Yasamal Rayon Məhkəməsində mənimlə hakim Murad Məmmədov arasında baş verənləri kameraları ilə izləsin. Hakimin qanunazidd əməlləri baradə tədbir görülsün.
Mən həmin gün telefonda hakim Murad Məmmədova bildirdim ki, 08 oktyabrda Müqəddəs torpaqlara ziyarətə gedəcəm. Bakıya gəlmək imkanım olmayacaq. Ancaq bir qədər sonra telefonuma mesaj gələrək prosesin 11 oktyabra təyin olunması bildirildi.
11 oktyabra təyin olunan və əslində keçirilməyən məhkəmə iclasında mənim iştirak etməməyim işə baxılmaqdan imtina edilməsi üçün səbəb oldu.
Hakim Murad Məmmədov istədiyinə nail oldu.
Cənab prezident, Yasamal Rayon Məhkəməsində Azəerbaycan Respublikasının qanunları bərqərar deyildir. Görəsən Yasamal Məhkəməsinin sədri bu haqda nə fikirləşir? Odur ki, Sizdən xahiş ediurəm, mənim iddia tələbimə baxılması haşqa bir rayon məhkəməsinə tapşırılsın.
Xahiş edirəm kömək edəsiniz.”

Oxunub: 122

XƏBƏR LENTİ
Dünən, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Dünən, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
Dünən, 12:00 Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
Dünən, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
Dünən, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
Dünən, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
Dünən, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
Dünən, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
Dünən, 10:07 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”
Dünən, 09:59 Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
23-09-2020, 17:32 Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT
23-09-2020, 13:00 SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA
23-09-2020, 09:44 Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub
22-09-2020, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
22-09-2020, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
22-09-2020, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
22-09-2020, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
22-09-2020, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
22-09-2020, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib