Son Dəqiqə

Dünən, 13:54 - Bağçada konfetə qonaq edilən uşaq narkotikdən zəhərləndi

Dünən, 13:52 - Koronavirusdan sağaldıqdan sonra fəsadları tam aradan qaldırmaq üçün nələr etmək lazımdır?

Dünən, 13:50 - Peyvəndin üçüncü dozasına da ehtiyac var?

Dünən, 13:49 - “Google” şəxsi məlumatları toplayarkən istifadəçiləri aldadıb

Dünən, 13:48 - Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər

Dünən, 13:47 - Olimpiya Oyunlarında idmançılar hər gün koronavirus testindən keçirilə bilər

Dünən, 13:44 - Raul Kastro Kuba Kommunist Partiyası rəhbərliyindən istefa verdi

Dünən, 13:42 - Cüdoçumuz Avropa üçüncüsü oldu - YENİLƏNİB

Dünən, 13:41 - Şoyqu: “BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib”

Dünən, 13:41 - Millimizin qapıçısına 25 tikiş qoyuldu

15-04-2021, 13:30 - İNK sədri Türkiyə BMM-də

15-04-2021, 08:33 - Azərbaycan əhalisinin sayı açıqlanıb

15-04-2021, 08:28 - Özünü 14-cü mərtəbədən atan 14 yaşlı yeniyetmənin FOTOSU YAYILDI

15-04-2021, 08:26 - Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

15-04-2021, 08:23 - Rusiya İrəvanı “PUA ovçuları” ilə gücləndirmək istəyir

15-04-2021, 08:20 - Zelenskidən erməniyə ZƏRBƏ: Tanınmış iş adamı...

15-04-2021, 08:18 - Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

15-04-2021, 08:17 - “Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“

15-04-2021, 08:15 - UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir

15-04-2021, 08:14 - "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi" - Paşinyan

15-04-2021, 08:13 - Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqləndi - RƏSMİ

13-04-2021, 11:06 - Umayra Tağıyeva: “Qarabağda 13 məntəqədə avtomatlaşdırılmış hidroloji stansiyaların tətbiqi planlaşdırılır”

13-04-2021, 11:04 - Üç koronavirus xəstəsi barəsində cinayət işi başlandı

13-04-2021, 11:03 - Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”

13-04-2021, 11:01 - Nazirlik rəsmisi: “Qarabağ üzrə hava proqnozlarının verilməsi işğal dövründə bir gün belə dayandırılmayıb”

13-04-2021, 11:00 - “Baku Steel Company”də baş verən qəza ilə bağlı AÇIQLAMA

13-04-2021, 10:56 - Neft bahalaşıb

13-04-2021, 10:54 - İlham Əliyev: “Ermənistan hökuməti istəmirdi ki, əcnəbilər Dağlıq Qarabağ ətrafındakı rayonlara getsinlər”

GundelikXeber
 Valyuta məzənnəsi

Bakıda iki fəhlə köhnə şkafdan 25 banderol DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb..."

Tarix:1-03-2021, 10:11

Bakıda iki fəhlə köhnə şkafdan 25 banderol DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb..."
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Ceyhun Balayev və Quba rayon sakini 40 yaşlı Ramin Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oğurluq hadisəsi ötən il avqustun 10-da Binəqədi rayonu ərazisində baş verib. İttihama görə, Ceyhun Balayev bacanağı Ramin Məmmədovla birgə paytaxtın Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında təmir işləri aparıblar. Eyvandakı taxta dolabı söküb döşəmədən ayırdıqdan sonra mərtəbələr arası boşluq hissədən bir mərtəbə aşağıda yerləşən mənzilə daxil olublar. Mənzilin eyvanındakı taxta dolabın üst rəfindən Rusiya vətəndaşı Elxan Tarverdiyevə məxsus, içərisində 250 min dollar (425 min manat) olan, skoçla bağlanmış plastik çantanı ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Ceyhun Babayev ifadəsində günəmuzd fəhləlik etməklə ailəsini dolandırdığını, tanışı Elşən Zamanovun ona və bacanağı Ramin Əliməmmədova mənzillərdə, tikinti yerlərində fəhlə işləri verdiyini deyib. Sonuncu dəfə bacanağı ilə birgə gündəlik 15 manata söküntü işləri aparıblar: “Mənzilin binanın həyətinə baxan eyvanında sovet vaxtından qalma şkafı sökəndə döşəmənin altındakı boşluq hissədə çemodana oxşar qutu tapdıq. Qutunun üstü yapışqan lentlə bağlanmışdı, içərisində 25 paçka (hərəsində 10 min dollar olmaqla) dollar var idi. Pulu Raminlə yarıbayarı böldük”.

C.Balayev payına düşən puldan paytaxtın “Xalqlar Dostluğu” ərazisindən özünə 110 min manata 3 otaqlı mənzil, 20 min manatına isə avtomobil alıb.
İstintaq zamanı ziddiyyətli ifadələr verən C.Balayev mənzildən 250 deyil, 150 min dollar tapdıqlarını, oğurluq etmədiklərin deyib.

Təqsirləndirilən Ramin Əliməmmədov da anoloji ifadə verib. Bacanağından geri qalmayan R.Əliməmmədov da payına düşən puldan özünə “Xalqlar Dostluğu” ərazisindən mənzil və avtomobil alıb. Yerdə qalan pulun bir qismini isə Quba rayonunun İqriq kəndindəki ata evində saxlayıb. Ailə üzvlərinə isə pulları lotereyadan qazandığını deyib : “Söküntü işləri gördüyümüz mənzildən bir mərtəbə aşağıdan pul oğurlamağımız haqda Elşən Zamanova bildirmədik. Həmin pulların hesabına özümə yaxşı şərait yaratdım. Evdəkilərə dedim ki, loterayada 140 min manat udmuşam”.

Zərərçəkmiş Elxan Tarverdiyev ifadəsində Rusiyada bizneslə məşğul olduğunu, oğurluq edilən mənzildə 25 ildir ki, daimi yaşayış olmadığını deyib: “Ötən ilin martında 250 min dolları saxlamaq üçün evə gətirib səliqəli şəkildə qutuya yığdım. Üstü nəm götürməsin deyə skoçla bağladım, eyvandakı divar şkafının üst tərəfinə yerləşdirdim. Pulu ora qoyanda tavan tam şəkildə bağlı idi”.

Ötən ilin sentyabr ayında bina üzrə istilik sisteminin dəyişdirilməsi xəbərini alan E.Tarverdiyev pulları saxladığı mənzilə gəlib. Dəhlizə keçəndə yuxarı mənzildən evə su axdığını və döşəmədə su izləri qaldığını görüb. Bu səbəbdən üst mərtəbədəki mənzilə qalxıb. Qonşu mənzildə təmir işləri getdiyini görən E.Tarverdiyev mətbəxi və eyvanı gəzərək suyun haradan axması ilə maraqlanıb. Bu zaman eyvandakı şkafın döşəməsinin söküldüyün görüb: “Şübhələnib tez öz mənzilimə düşdüm. Pulları qoyduğum şkafa baxdım, tapmadım. Yenidən üst mərtəbəyə qalxıb ustalardan həmin şkafın yerini sökən fəhlələrin kim olduqlarını soruşdum...”

Qonşu mənzildə təmir işləri gördürən şəxsin Elşən Zamanovun olduğunu öyrənən E.Tarverdiyev onu öz evinə çağırıb. E.Zamanov ona mənzildə Ceyhun və Ramin adlı fəhlələr işlədiyini, şkafı da onların sökdüklərini deyib. Zərərçəkmiş E.Zamanova “zəng vur onlara deynən, əmanəti qaytarsınlar, mən də şikayət etməyim” deyib. E.Zamanov C.Balayevə zəng vurduqda sonuncu “biz heç nə götürməmişik, pul-zad görməmişik” cavabı verib.

Bundan sonra E.Tarverdiyev mənzilindən oğurluq edilməsi faktı ilə bağlı polisə müraciət edib.
Təqsirləndirilən şəxslər ilkin dindirilmə zamanı və və istintaq dövründə ziddiyyətli ifadələr veriblər. Onlar elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər. Oğurluq etmədiklərini, işlədikləri mənzildən pul tapdıqlarını, tapdıqları pulu bir ay saxladıqlarını, sahibini gözlədiklərini, pulun uzun illər öncə ermənilər tərəfindən qoyulub getdiyini təxmin edərək götürdüklərini , heç bir cinayət törətmədiklərini bildiriblər.

Əlbətdə, fəhlə işlədikləri evin döşəməsini dəlib aşağıdakı mənzildən xəzinə tapan və asan yolla güzəranlarını yaxşılaşdıran bu adamların dediklərinə nə müstəntiqlər, nə zərərçəkən inanmayıb. İndi onları oğurluq ittihamı ilə cəza gözləyir, 250 min dolların sahibinə geri qaytarılmasının necə mümkün olacağı isə hələ bəlli deyil.(Virtualaz.org)

Oxunub: 31

XƏBƏR LENTİ
Dünən, 13:54 Bağçada konfetə qonaq edilən uşaq narkotikdən zəhərləndi
Dünən, 13:52 Koronavirusdan sağaldıqdan sonra fəsadları tam aradan qaldırmaq üçün nələr etmək lazımdır?
Dünən, 13:50 Peyvəndin üçüncü dozasına da ehtiyac var?
Dünən, 13:49 “Google” şəxsi məlumatları toplayarkən istifadəçiləri aldadıb
Dünən, 13:48 Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər
Dünən, 13:47 Olimpiya Oyunlarında idmançılar hər gün koronavirus testindən keçirilə bilər
Dünən, 13:44 Raul Kastro Kuba Kommunist Partiyası rəhbərliyindən istefa verdi
Dünən, 13:42 Cüdoçumuz Avropa üçüncüsü oldu - YENİLƏNİB
Dünən, 13:41 Şoyqu: “BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib”
Dünən, 13:41 Millimizin qapıçısına 25 tikiş qoyuldu
15-04-2021, 13:30 İNK sədri Türkiyə BMM-də
15-04-2021, 08:33 Azərbaycan əhalisinin sayı açıqlanıb
15-04-2021, 08:28 Özünü 14-cü mərtəbədən atan 14 yaşlı yeniyetmənin FOTOSU YAYILDI
15-04-2021, 08:26 Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
15-04-2021, 08:23 Rusiya İrəvanı “PUA ovçuları” ilə gücləndirmək istəyir
15-04-2021, 08:20 Zelenskidən erməniyə ZƏRBƏ: Tanınmış iş adamı...
15-04-2021, 08:18 Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib
15-04-2021, 08:17 “Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“
15-04-2021, 08:15 UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir