Son Dəqiqə

Bu gün, 13:09 - Kamaləddin Qafarov:”Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”

Bu gün, 10:59 - Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA

Bu gün, 10:56 - "Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"

Bu gün, 10:55 - Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı

Bu gün, 10:53 - Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO

Bu gün, 10:52 - Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO

Bu gün, 10:51 - "İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"

Bu gün, 10:50 - “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib

Bu gün, 10:49 - Əsgərini canı bahasına xilas edən komandir - VİDEO

Bu gün, 10:48 - BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi

Bu gün, 10:47 - Qələbəmizin Laçın zirvəsi...

Dünən, 15:01 - Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib

Dünən, 14:59 - "2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri

Dünən, 14:58 - “Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”

Dünən, 14:36 - Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi

Dünən, 10:41 - Bu gün Laçın 28 illik işğaldan qurtulur

30-11-2020, 12:00 - Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR

30-11-2020, 11:30 - BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb

30-11-2020, 11:00 - Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...

30-11-2020, 10:30 - Ağcabədidə müalicə aldıqları ünvanı tərk edən ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edildi

30-11-2020, 10:23 - Həftənin ilk iş gününün havası: Yağış, külək, şaxta, qar...

30-11-2020, 10:00 - Onlar AQTA-nın İctimai Şuraya seçkilərini qeyri-legitim hesab edir... - İDDİA

30-11-2020, 09:30 - Co Bayden: “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır, biz oyuna qayıdırıq”

30-11-2020, 09:05 - Müdafiə Nazirliyi Ağdamın Şahbulaq kəndindən videogörüntülər yaydı - VİDEO

30-11-2020, 09:00 - DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi

30-11-2020, 08:56 - Gürcüstanda bir gündə 4 mindən çox yoluxma qeydə alındı

28-11-2020, 11:30 - Ahmet Davutoğlu koronavirusa yoluxub

28-11-2020, 11:00 - TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı

GundelikXeber
 Valyuta məzənnəsi

Azərbaycana gətirilən Rusiya dərmanları ucuzlaşacaq?

Tarix:19-12-2019, 12:29

Azərbaycana gətirilən Rusiya dərmanları ucuzlaşacaq?


Rusiya Federal Antiinhisar Xidməti dərman preparatları bazarında qiymətlərin formalaşması sahəsində islahatlarının başa çatacağını gözləyir.
Belə ki, sözügedən qurum üç il ərzində 289 dərman preparatının satış qiymətini aşağı salıb. Orta hesabla qiymətlər 42 faiz azalıb, lakin bəzilərinin dəyəri on və ya daha çox dəfə azalıb. İndi dərmanların qiymətinə nəzarət etmək üçün, xidmət iqtisadi vəziyyətinə görə Rusiyaya bənzər digər ölkələrdə eyni dərmanların qiymət cədvəllərini təhlil edir.

Bəs görəsən, bu araşdırmalar Azərbaycan bazarına necə təsir edir? Ölkəmizdə Rusiya istehsalı olan dərmanların qiymətində azalma müşahidə olunurmu?

Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərovla əlaqə saxladıq. “Yeni Sabah”a açıqlama verən ekspert bildirir ki, ölkəmizdə həm dərman istehsalı başladılmalı, həm də dünyada dərman istehsalı saəhəsində öz sözünü demiş ölkələrlə əməkdaşlıq edilməlidir.

“Öz müşahidələrimə əsasən onu deyə bilərəm ki, dərman bazarında qiymətlərdə ucuzlaşma olduğunu birmənalı şəkildə söyləmək çətindir. Ola bilsin ki, hər hansı dərmanların qiymətlərində müəyyən enmələr vardır. Amma bütövlükdə götürdükdə dərman preparatları elə məhsuldur ki, ona tələb həmişə yüksək olur.

Həm də nəzərə alsaq ki, Azərbaycanın özündə dərman preparatları istehsal olunmur, hələ ki idxaldan asılı vəziyyətdəyik, ona görə də hər hansı kəskin ucuzlaşmanın olmasını gözləmək də mümkün deyil. Amma mən o fikirlə razıyam ki, tələbin yüksək olması ilə bağlı olaraq, bəzi dərman preparatları baxmayaraq ki, idxal məhsuludur, qiymətlər maya dəyərindən çox yüksəkdir. Dövlətimizdə bu sahədə artıq uzun müddətdir ki, ciddi mübarizə aparır. Bu sahədə hansısa kəskin ucuzlaşmanı görmək çox çətindir.

Kəskin bahalığın qarşısını almaq üçün hansısa tədbirlər görülməlidir? Məsələn bununla bağlı birgə müəssisə yaradılacaq. Mən çox istəyərdim ki, məhz bu sahədə Rusiya ilə birdə sıx əlaqələr yaradılsın. Sovet dövründə Azərbaycanda dərman istehsalı var idi. Yəni bizim bazamız var. Rusiya dünyada bu sahədə öz sözünü demiş ölkələrdəndir. Biz təkcə Rusiya ilə deyil, Polşa, Bolqarıstan və İranla da bu sahədə əməkdaşlıq etməliyik. Bu yolla dərmanlara qoyulan yüksək qiymətin qarşısını ala bilərik.

Azərbaycanda Türkiyə, Polşa, Rusiya və Hindistanda istehsal edilən dərmanlar satılır. Eyni adlı dərmanın keyfiyyət məsələləri vardır. Ən ucuz dərman istehsalı Hindistan tərəfindəndir. Ucuz dərmanların bazarda hökmran mövqe tutması özü də yaxşı hal deyil”.

Mövzu ilə bağlı Bakıda bir neçə aptekdə də araşdırma apardıq. Lakin müəmmalı durumla qarşılaşdıq. Belə ki, əczaçıların dediklərinə inansaq, son aylar Rusiya istehsalı olan dərmanlarda hər hansı ucuzlaşma müşahidə olunmur. Hətta onlar bildirdilər ki, gələn ilin yanvar ayından bütün dərmanların bahalaşması gözlənilir.

Xatırladaq ki, bu ayın 9-da Pirallahı Sənaye Parkında "Azərbaycan İnvestisiya Şirkəti" ASC və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib. istehsal sahəsinin açılışı Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının işçi qrupunun iştirakı ilə baş tutub.

Bildirilib ki, Bakıda fəaliyyət göstərən R-Pharm sənaye kompleksində onkoloji, göbələk əleyhinə, virusəleyhinə dərmanların, o cümlədən HİV infeksiyasının, hepatitin, sinir, əsəb, ürək-damar, sümük-əzələ, tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün dərmanların və antibiotiklərin, istehsalı planlaşdırılır. Sənaye kompleksində həmçinin şəkərli diabet, rentgenkontrast və maqnit rezonans müayinələri üçün vasitələrin və maddələrin buraxılması da planlaşdırılır. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. Bakıda yaradılan “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən birinə çevriləcəkdir. Ən müasir avadanlıqla təchiz olunmuş istehsal müəssisəsinin sahəsi 4,6 ha olacaq. Kompleks 300-dən çox insanı iş yeri ilə təmin etməklə kapsul, blister və flakon istehsalı üzrə ixtisaslaşacaq.

Qeyd olunub ki, 2001-ci ildə A.E.Repik tərəfindən yaradılan "R-Pharm" Şirkətlər Qrupu – innovativ Sağlamlıq texnologiyalarının lideridir. Özündə 3000-dən çox yüksək ixtisaslı mütəxəssisləri birləşdirən Şirkətlər Qrupu Rusiyanın bütün ərazilərində, MDB ölkələrində, ABŞ-da, Almaniyada, Yaponiyada və digər ölkələrdə fəaliyyət göstərir. "R-Pharm" yüksək texnologiyalı dərman vasitələrinin, laboratoriya avadanlıqlarının, habelə tibbi texnikanın tədqiqi və işlənib hazırlanması, istehsalı və kommersiyalaşdırılması üzrə ixtisaslaşır.

Ötən ilin əvvəllərində isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmokonəzarət sektorunun müdiri Elmin Quliyev deyib ki, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir: "Sonra bazarda əsasən Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar üstünlük təşkil edir. Azərbaycana Banqladeş və Hindistandan da dərmanlar gətirilir. Lakin bunların sayı o qədər də çox deyil".

Oxunub: 135

XƏBƏR LENTİ
Bu gün, 13:09 Kamaləddin Qafarov:”Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”
Bu gün, 10:59 Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:56 "Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"
Bu gün, 10:55 Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı
Bu gün, 10:53 Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO
Bu gün, 10:52 Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO
Bu gün, 10:51 "İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"
Bu gün, 10:50 “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib
Bu gün, 10:49 Əsgərini canı bahasına xilas edən komandir - VİDEO
Bu gün, 10:48 BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi
Bu gün, 10:47 Qələbəmizin Laçın zirvəsi...
Dünən, 15:01 Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
Dünən, 14:59 "2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
Dünən, 14:58 “Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”
Dünən, 14:36 Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi
Dünən, 10:41 Bu gün Laçın 28 illik işğaldan qurtulur
30-11-2020, 12:00 Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR
30-11-2020, 11:30 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb
30-11-2020, 11:00 Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...