Son Dəqiqə

Dünən, 13:44 - ”Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq” -İsrailin Diaspor İşləri naziri

Dünən, 13:43 - "Heç vaxt döyüş meydanında əldə etdiyimiz qələbəni masa arxasında əldən verə bilmərik"

Dünən, 13:42 - BDU-nun birinci kurs tələbələrinin 15-i Prezident təqaüdçüsüdür

Dünən, 13:41 - “Erməni qadınların Qarabağa getməsi o demək deyil ki, onlar döyüşəcəklər...”

Dünən, 13:39 - “Xahiş edəcəm ki, Ali Baş Komandan AYB-nin üzvü və fəxri sədri olsun...”

Dünən, 12:38 - Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb

Dünən, 12:32 - MN: Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır

Dünən, 12:31 - Korotçenko: "ABŞ-ın Qarabağa sülhməramlı təklifi..."

Dünən, 12:30 - Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır"

Dünən, 10:48 - Nə Skandinaviya sülhməramlılarını, nə də baza prinsiplərini qəbul etmirik...

30-10-2020, 10:26 - Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...

30-10-2020, 09:36 - Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...

30-10-2020, 09:31 - “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO

30-10-2020, 09:24 - Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib

30-10-2020, 09:23 - Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı

30-10-2020, 09:22 - Düşmənin qüvvə və vasitələri məhv edilib

30-10-2020, 09:19 - "Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib

30-10-2020, 09:17 - Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR

30-10-2020, 09:14 - Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

29-10-2020, 13:11 - Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

29-10-2020, 13:09 - Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib

29-10-2020, 10:50 - “Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”

29-10-2020, 10:37 - Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib

29-10-2020, 10:35 - Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - RƏSMİ

29-10-2020, 10:33 - "Onların dərdi mənim vətənimin dərdi deyil ki, Nensi Pelosi Ceyhun Bayramovla niyə görüşürdü ki?"

29-10-2020, 09:07 - "McDonald's"dan Azərbaycanın haqq savaşına qarşı xain addım...

29-10-2020, 08:44 - İlham Əliyev Türkiyə xalqını təbrik etdi

28-10-2020, 12:59 - "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

GundelikXeber
 Valyuta məzənnəsi

Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL

Tarix:19-02-2020, 20:45

Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi niyə gecikir? - TƏHLİL


Dövlət başçımız İlham Əliyev ötən həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusu barədə keçirilən dəyirmi masada bəyan etdi ki, Cənub Qaz Dəhlizi layihəsi artıq tamamlanmış sayıla bilər. Layihənin yekun işlər bu ilin ikinci yarısında baş tutacaq. Yəni TAP bu ilin sonunda istifadəyə veriləcək.
Azərbaycan ilk dəfə 13 il qabaq - 2007-ci ildə təbii qaz ixrac etməyə başlayıb. Həmin ildə Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istifadəyə verildi ki, bununla da bizdən Türkiyəyə mavi yanacaq ixrac olunmağa başlandı. Elə Cənub Qaz Dəhlizi layihəsinin üçüncü hissəsini təşkil edən TANAP-ın da ilk rüşeymi məhz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə qoyuldu. “Şahdəniz” yatağı üzrə ilk qaz müqaviləsi isə bundan xeyli əvvəl, - 1996-cı ilin 4 iyun tarixində imzalanmışdı. Yeri gəlmişkən, müqavilənin tərəflər arasında pay bölgüsü belə idi: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), ARDNŞ (10%), LUKoil (10%), Nico (10%) və Sgc Upstream (6,7%).

Ancaq o vaxt Avropada enerji təhlükəsizliyi məsələsi aktual deyildi. Hər hansı yeni qaz layihəsi barədə söhbət düşəndə bu, cəfəngiyyat sayılır, rentabelli hesab edilmirdi. Xatırladım ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə də, onun 2006-cı ildə açılışına qədər eyni münasibət vardı. Yəni, BTC də rentabelsiz hesab edilir və cəfəngiyyat sayılaraq, ona pul qoymaq "ağılsız iş" kimi təqdim olunurdu. Ancaq dövlət başçımız qeyd etmişkən, Azərbaycan indi çox sabit neft təchizatçısı olaraq tanınır və qəbul edilir. Halbuki, Xəzər və Aralıq dənizlərini ilk birləşdirici layihə sayılan BTC-ni də həyata keçirmək çox çətin bir iş sayılırdı. Həm geosiyasi, həm də texniki baxımdan... Üstəlik, BTC kəməri 2006-cı ildə açıldığı gündən bəri heç bir fasilə, fors-major və problem də baş verməyib.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəmizin Avropaya qaz ixrac etməyə başlayacağı haqda əslində, hələ 2007-ci ildə bir anons idi. Bu, Azərbaycanın gələcəkdə böyük qaz ixracçısı kimi də tanınacağını əsasını qoydu. Ümumiyyətlə, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Cənub Qaz Dəhlizi üçün rüşeym rolunda çıxış etdi. Odur ki, Azərbaycandan Avropaya qaz ixracı gec-tez gerçəkləşməli və buna Aİ dəstək göstərməli idi. Üstəlik, ortada "Şahdəniz-2" kimi zəngin bir yataq olduğu halda və yerdə...

Məsələ bundadır ki, Aİ və ümumiyyətlə, Qərb isə xeyirlərinə olan və maraqlarına cavab verən layihələrin heç birinə heç vaxt anında lazımi reaksiya göstərməyib.
Göstərsə idi, indi əslində, TAP da hazır olmalı idi.

Düzdür, bu layihənin də tamamlanmasına çox qalmayıb. Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə aparılan işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi tamamlanıb. Hazırda boru kəməri tikinti mərhələsindədir - TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə də başlanılıb ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi hesab olunur. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir ki, TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Bu layihə üzrə kapital xərclər 4,5 milyard avro təşkil edir. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq ki, bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması imkanı var.

Demək istədiyim nədir? TAP, Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti olaraq əslində, indiyədək hazır ola bilərdi. Bunu yuxarıda da qeyd etdim. Xatırladım ki, birinci seqment "Şahdəniz-2" yatağı layihəsi olmaqla, ikinci Cənubi Qafqaz Boru Kəməri (GQBK), üçüncü TANAP və sonuncu isə TAP-dır... Mənbə rolunda "Şahdəniz-2" çıxış edirsə, "Şahdəniz-2" olmasaydı, GQBK, TANAP və TAP da ola bilməzdi. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi.

Bütün bu işlərə ümumilikdə əvvəl 45 milyard sərf olunacağı deyilirdisə, real olaraq 40 milyard ABŞ dollarından bir az çox vəsait qoyulub. Sual oluna bilər ki, necə? Məsələn, bilavasitə TANAP-a əvvəl 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulsa da, bunun 40 faizdən çoxuna, başqa sözlə desəm, 5 milyard dollara qənaət edilməklə, 6,3 milyard dollar xərclənməklə, kapital xərclərinin son olaraq 6,5 milyard dollar təşkil etdi.

Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir. Onun birinci hissəsi 2018-ci ilin mayında açılmışdı. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş verdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhərində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış olmuşdu. TANAP üzrə ilk qaz da məhz həmin ayın sonundan ötürülməyə başlandı. Ümumiyyətlə, həmin ilin sonuna qədər sözügedən kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olundu.

Kəmərin keçən ilin noyabrın 30-da Azərbaycan ilə Türkiyənin dövlət başçılarının iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Transanadolu qaz boru xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsilə isə Cənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin də tikintisi başa çatdı. Və bu, layihənin 2-ci və sonuncu mərhələsinin başa çatdığı demək oldu. Yəni, kəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldı, onun yalnız TAP-a birləşdirilməsi ki, bu da yuxarıda qeyd etdiyim kimi carı ilin sonuncu rübünün başlanğıcında həllini tapacaq.

Son olaraq təkrar edirəm: Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə ötürücülük qabiliyyəti 2 dəfəyədək, hətta bundan da çox artmaq imkanına malikdir.

Cənub Qaz Dəhlizi sayca hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha 3 Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. Yəni, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.
O ki qaldı gəlirlərimizə, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir.
Azvision.az

Oxunub: 40

XƏBƏR LENTİ
Dünən, 13:44 ”Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq” -İsrailin Diaspor İşləri naziri
Dünən, 13:43 "Heç vaxt döyüş meydanında əldə etdiyimiz qələbəni masa arxasında əldən verə bilmərik"
Dünən, 13:42 BDU-nun birinci kurs tələbələrinin 15-i Prezident təqaüdçüsüdür
Dünən, 13:41 “Erməni qadınların Qarabağa getməsi o demək deyil ki, onlar döyüşəcəklər...”
Dünən, 13:39 “Xahiş edəcəm ki, Ali Baş Komandan AYB-nin üzvü və fəxri sədri olsun...”
Dünən, 12:38 Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb
Dünən, 12:32 MN: Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır
Dünən, 12:31 Korotçenko: "ABŞ-ın Qarabağa sülhməramlı təklifi..."
Dünən, 12:30 Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır"
Dünən, 10:48 Nə Skandinaviya sülhməramlılarını, nə də baza prinsiplərini qəbul etmirik...
30-10-2020, 10:26 Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...
30-10-2020, 09:36 Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...
30-10-2020, 09:31 “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
30-10-2020, 09:24 Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib
30-10-2020, 09:23 Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı
30-10-2020, 09:22 Düşmənin qüvvə və vasitələri məhv edilib
30-10-2020, 09:19 "Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
30-10-2020, 09:17 Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
30-10-2020, 09:14 Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub