Son Dəqiqə

Dünən, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

Dünən, 15:16 - Könül “Lider”dən getdi

Dünən, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

Dünən, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

Dünən, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

Dünən, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Dünən, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

Dünən, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

Dünən, 09:30 - 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı

Dünən, 09:00 - Qvatemala prezidenti koronavirusa yoluxub

18-09-2020, 15:45 - Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO

18-09-2020, 14:41 - Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır

18-09-2020, 13:34 - Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub

18-09-2020, 13:25 - Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO

18-09-2020, 13:07 - Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub

18-09-2020, 13:02 - Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı

18-09-2020, 13:00 - Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi

18-09-2020, 12:31 - Türkiyənin 2 şəhərində güclü zəlzələ

18-09-2020, 12:25 - 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...

18-09-2020, 11:32 - Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - FOTOLAR

18-09-2020, 09:58 - Bu gün Milli Musiqi Günüdür

17-09-2020, 13:00 - “Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası

17-09-2020, 12:30 - Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - S Aqro MMC-də QALMAQAL

17-09-2020, 12:00 - Fəzail Ağamalıdan Ramiz Mehdiyevi müdafiə edən professora cavab: - “Nə oldu, hamı natəmiz oldu, Solmaz xanım təmiz?”

17-09-2020, 11:25 - TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!

17-09-2020, 11:21 - Qəbələdə şəhid general Polad Həşimovun adını daşıyan futbol klubu yaradıldı...

17-09-2020, 10:54 - Qurban Məmmədov saxlanıldı

17-09-2020, 10:30 - Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

GundelikXeber
 Valyuta məzənnəsi

Banklar borclu müştəriləri sıxışdırmağa başlayıb - Mərkəzi Bankın dəstək paketindən xəbər yoxdur...

Tarix:20-04-2020, 16:33

Banklar borclu müştəriləri sıxışdırmağa başlayıb - Mərkəzi Bankın dəstək paketindən xəbər yoxdur...Bəzi kommersiya bankları müştərilərdən kredit borclarını qaytarmağı tələb etməyə başlayıb. Pandemiya ilə bağlı Mərkəzi Bankın vəd etdiyi kredit tətilləri, güzəştlərdən xəbər çıxmayınca, yerli banklar SMS, telefon zəngi ilə müştəriləri borc öhdəliklərini xatırladır, karantin şərtlərini nəzərə almaqla onlayn ödəmə yolları təklif edirlər.

“AzPolitika.info”-ya müraciət edən vətəndaşların verdikləri məlumata görə, xüsusən ipoteka ödənişləri gecikənlər üçün həssas durum yaranıb. Müştərilər arasında iş yerini itirənlər, gəlirləri kəskin azalanlar çoxluq təşkil edir.

Məlumdur ki, özəl sektorda çalışanların böyük əksəriyyəti karantin şərtlərinə görə gəlirlərdən məhrum olub. Onların ümidi Mərkəzi Bank sədri Elman Rüstəmovun vəd etdiyi kredit tətillərinə, güzəştlərədir.

Xatırladaq ki, anti-böhran tədbirləri banketində bank sektorunun, habelə İpoteka, Kredit və Zəmanət Fondunun dəstəklənməsi nəzərdə tutulub. Belə ki, adıçəkilən Fonda əlavə 90 milyon manat ayrılması qərara alınıb. Bu vəsaitin təyinatına gəlincə, ondan indiyə qədər ipoteka krediti götürmüş vətəndaşlar yararlana bilməzlər.

Əsas hədəf daha çox ipoteka krediti verməklə Fondun fəaliyyətini, dolayısı ilə tikinti, əmlak bazarını stimullaşdırmaq yolu ilə həm də məşğulluğun dəstəklənməsini təmin etməkdir.

Ekspertlərə görə, bu mürəkkəb strategiyanın faydalı olacağı ağlabatan görünmür. Bütün hallarda vətəndaşların daha çox ipoteka kreditləri alması lazımdır ki, düşünülən plan effektli olsun. Hazırki gərgin sosial-iqtisadi vəziyyətdə, vətəndaşların gəlirlərinin kəskin azaldığı vaxtda hətta orta gəlirli insanların yeni borc yükünün altına girməsi inandırıcı deyil.

Pandemiyanın iqtisadi fəallığa vurduğu zərbə dalğavarı genişlənir və ondan zərər görən iqtisadi fəal əhalinin sayı da həndəsi silsilə ilə artır. Bu şəraitdə kredit yükü altında əzilən vətəndaşların müxtəlif güzəştlərlə dəstəklənməsi daha səmərəli olardı.

Hansı ki, inkişaf etmiş ölkələr, hətta Azərbaycanın qonşuları Türkiyə, Rusiya, Gürcüstan da belə dəstək mexanizmlərini geniş tətbiq edir. Vətəndaşlara 3-6 aylıq kredit tətilləri verilir, faiz dərəcələri endirilir, bank sektoruna maddi dəstək göstərməklə faizlərin bir hissəsindən vətəndaşlar azad edilir.

Azərbaycan Mərkəzi Bankı hələ aprel ayının əvvəlində belə bir güzəştlər paketi hazırladığını bəyan etsə də, hələlik ortalıqda bir nəticə yoxdur. Artıq aprel ayının ikinci ongünlüyü başa çatmaq üzrədir. Görünür, kommersiya banklarında krediti olan vətəndaşlara hansısa dəstəyin olması barədə ümidlər kəsildiyindən yeganə çıxış yolu kimi müştərilər sıxışdırmaqla borc öhdəliklərini geri almağı görürlər. Bunun nə qədər effektli olması da sual altındadır.

Əvvəla, doğurdan da əksər müştərilər ödəniş qabiliyyətini ya itiriblər, ya da ən azı bir neçə aylıq fasilə olmasa, itirmək zorunda qalacaqlar. Bu şəraitdə onları sıxışdırmağın faydası olmayacaq. Əksinə, zərəri daha çox ola bilər.

Karantin şəraitində qalan, işini, biznesini itirən on minlərlə vətəndaşı qəzəbləndirmək indiki həssas vəziyyətdə hökumətin maraqlarına uyğun deyil. Hökumət hazırda müxtəlif vasitələrləəhalini sosial vəziyyətini yüngülləşdirmək üçün tədbirlərgörür, çıxış yolları axtarır.

Mərkəzi Bank da öz imkanları hesabına hökumətin səylərini dəstəkləməli, bank sektorunda yaranmış durumu sabitləşdirmək üçün addımlar atmalıdır. Nazirlər Kabineti bu məqsədlə büdcədən 600 milyon manatdan çox vəsait ayrılacağını elan edib.

Yaxşı olar ki, Azərbaycan Banklar Assosasasiyası müşətrilərin dəstələnməsi üçün yenidən Mərkəzi Banka müraciət edib təkliflər versin, güzəştlər paketini yubanmadan açıqlanmasını tələb etsin. Borclu müştərinin üstünə gəlmək daha asan görünə bilər, amma sonucda ən mürəkkəb problemləri belə düşünülməyən addımlar yaradır. Onları həll etmək isə artıq gec olur...

Oxunub: 18

XƏBƏR LENTİ
Dünən, 15:20 COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb
Dünən, 15:16 Könül “Lider”dən getdi
Dünən, 14:22 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI
Dünən, 14:19 İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı
Dünən, 14:16 SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi
Dünən, 11:00 Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
Dünən, 10:43 Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı
Dünən, 10:00 Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib
Dünən, 09:30 72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Dünən, 09:00 Qvatemala prezidenti koronavirusa yoluxub
18-09-2020, 15:45 Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa – FOTO
18-09-2020, 14:41 Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır
18-09-2020, 13:34 Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub
18-09-2020, 13:25 Azərbaycanlı milyarder Rus Kilsəsinin ordenlərinə layiq görüldü...-FOTO
18-09-2020, 13:07 Ermənistan silahlı qüvvələri atəşkəsi 38 dəfə pozub
18-09-2020, 13:02 Əmək müqaviləsi ilə çalışan əlillərin sayı açıqlandı
18-09-2020, 13:00 Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
18-09-2020, 12:31 Türkiyənin 2 şəhərində güclü zəlzələ
18-09-2020, 12:25 7 ayın düşündürən statistikası: az doğulub, çox ölürük...