Son Dəqiqə

Dünən, 21:33 - Bakı sakinlərinin nəzərinə: Sabah evdən ÇIXMAYIN!

Dünən, 21:29 - Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY

Dünən, 20:25 - İşçisindən nazirə şikayət olundu - GİLEY (VİDEO)

Dünən, 20:20 - Şəxsi maşınla küçəyə necə ÇIXMAQ OLAR? - Ekspert AÇIQLADI

Dünən, 18:59 - XİN binasında əməliyyat – Vəzifəli şəxslər saxlanıldı

Dünən, 14:28 - Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

Dünən, 14:21 - JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR

Dünən, 12:40 - Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI

Dünən, 12:36 - Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ

Dünən, 12:33 - Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

Dünən, 12:09 - Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA

Dünən, 12:05 - Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır

Dünən, 11:57 - Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY

Dünən, 11:53 - Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA

Dünən, 11:49 - Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Dünən, 11:33 - Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…

2-07-2020, 10:49 - 2 iyul Azərbaycanda Polis Günüdür

1-07-2020, 10:07 - Azərbaycanda benzin bahalaşdı

1-07-2020, 09:12 - İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ

30-06-2020, 13:22 - Deputatlar tətilə yollandılar

30-06-2020, 11:28 - “Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO

30-06-2020, 11:17 - "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY

30-06-2020, 11:16 - AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki...

30-06-2020, 11:14 - "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ...

30-06-2020, 10:27 - Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı

30-06-2020, 09:49 - Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR

30-06-2020, 09:45 - Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?XLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?

30-06-2020, 09:43 - “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM

GundelikXeber
 Valyuta məzənnəsi

TAP-ın dəniz hissəsinin tikintisi yekunlaşıb

Tarix:10-06-2020, 17:18

TAP-ın dəniz hissəsinin tikintisi yekunlaşıb
Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Adriatik dənizinin dibi ilə 105 km uzunluğundakı hissəsi tamamlanıb.

gundelikxeber.az” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

Bildirilib ki, bu mərhələyə “Saipem” şirkətinin yarımdalma borudüzən gəmisi “Castoro Sei” vasitəsilə 36 düymlük boruların quraşdırılması, Albaniya sularında quru infrastrukturu ilə əlaqənin qurulması, həmçinin təhlükəsizlik və əməliyyatlara hazırlığına əmin olmaq üçün sınaq işlərinin aparılması daxil idi.

Boru kəmərinin Albaniyadan İtaliya sahillərinə çəkilməsi işlərinə bu il yanvarın ortasından başlanılıb. Borular “Castoro Sei” gəmisinin göyərtəsində qaynaqlanıb və sınaqdan keçirilib, sonra isə Adriatik dənizinin dibi boyunca davamlı olaraq düzülüb.

TAP-ın icraçı direktoru Luka Şipati bildirib ki, boru kəmərinin dəniz hissəsinin yekunlaşması layihənin tamamlanmasına doğru daha bir addımdır: “Əməliyyata başladıqda TAP dekarbonlaşmanı, enerji təhlükəsizliyini və şaxələndirməni dəstəkləyərək yeni mənbədən Avropaya qaz nəql edəcək".

TAP-ın layihə direktoru Con Haynes bildirib ki, hazırda layihənin 95%-i yekunlaşıb və ilin sonuna tam yekunlaşması gözlənilir.

Bildirilib ki, TAP-ın dəniz hissəsi üçün diametri 36 düym olan, ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min borudan istifadə olunub. Adriatik dənizinin dibində düzülən boruların 25 km-i İtaliya ərazi sularında, 43 km-i beynəlxalq sularda, 37 km-i isə Albaniya ərazi sularında yerləşir. Boru kəmərinin ən dərin hissəsi dəniz səviyyəsindən 810 metr aşağıda yerləşir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın 10 milyard kubmetrinin Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

Oxunub: 2

XƏBƏR LENTİ
Dünən, 21:33 Bakı sakinlərinin nəzərinə: Sabah evdən ÇIXMAYIN!
Dünən, 21:29 Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY
Dünən, 20:25 İşçisindən nazirə şikayət olundu - GİLEY (VİDEO)
Dünən, 20:20 Şəxsi maşınla küçəyə necə ÇIXMAQ OLAR? - Ekspert AÇIQLADI
Dünən, 18:59 XİN binasında əməliyyat – Vəzifəli şəxslər saxlanıldı
Dünən, 14:28 Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...
Dünən, 14:21 JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR
Dünən, 12:40 Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI
Dünən, 12:36 Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ
Dünən, 12:33 Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək
Dünən, 12:09 Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA
Dünən, 12:05 Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır
Dünən, 11:57 Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY
Dünən, 11:53 Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA
Dünən, 11:49 Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY
Dünən, 11:33 Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…
2-07-2020, 10:49 2 iyul Azərbaycanda Polis Günüdür
1-07-2020, 10:07 Azərbaycanda benzin bahalaşdı
1-07-2020, 09:12 İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ