Bu gün, 10:22 - “Xocalı soyqırımının təkrar olunmaması üçün, Dağlıq Qarabağa “səpilən” hər növ toxumun kökü kəsilməlidir”
Bu gün, 10:20 - "Qlobal dəyişikliklərin ölkəmizə təsirinə qarşı adekvat tədbirlər görülməlidir" - 4 TƏKLİF...
Bu gün, 10:15 - Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
Bu gün, 10:06 - Ruhları əbədi rahatlığa qovuşan qaradağlı, xocalı, ağdabanlılarım...
Bu gün, 10:05 - Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının BƏYANATI
Bu gün, 10:03 - ABŞ İran hərbi obyektlərinə zərbə endirdi
Bu gün, 09:58 - "Xocalı soyqırımı kimi faciələr unudula bilməz" - Mehriban Əliyeva
Bu gün, 09:43 - Xocalı soyqırımından 29 il ötür
Dünən, 15:21 - Kamaləddin Qafarov: “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir”
Dünən, 10:45 - Rusiyada iyirmi yaşlı yazıçı aclıqdan öldü
Dünən, 10:43 - Xaçmazda evlərə və mağazalara qənim kəsilən dəstə ələ keçdi - FOTO
Dünən, 10:41 - Yollarda son vəziyyət necədir? - RƏSMİ
Dünən, 10:40 - Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI
Dünən, 10:39 - Bakıda buz bağlayan yollar - SİYAHI
Dünən, 10:37 - Azərbaycan neftinin bu günə olan qiyməti
Dünən, 10:35 - Hikmət Hacıyev: “Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı”
Dünən, 10:28 - Avropa Liqasında 1/8 final iştirakçılarının adına aydınlıq gələcək
Dünən, 10:27 - Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı açıqlandı
Dünən, 10:21 - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb
24-02-2021, 13:51 - Qənirə Paşayeva şəhid ataları ilə görüşüb - FOTOLAR
24-02-2021, 13:43 - Hindistan Ermənistana dəstək veribmi?
24-02-2021, 13:41 - Həbs edilən Vətən müharibəsi qazisi ilə bağlı qərar verildi - RƏSMİ
24-02-2021, 13:33 - Faktiki hava açıqlandı: Bakıya 20 sm qar yağıb
24-02-2021, 13:29 - Bakı Dairəvi yolunda qarın yaratdığı dəhşətli tıxac - VİDEO
24-02-2021, 13:22 - Rusiyadan Azərbaycana gələn məhsulda salmonella aşkarlandı
24-02-2021, 13:10 - Paytaxtda avtobusların hərəkət edə bilmədiyi istiqamətlər açıqlandı - SİYAHI
24-02-2021, 13:02 - Dövlət Xidmətindən qarlı hava şəraiti bağlı işəgötürənlərə XƏBƏRDARLIQ
24-02-2021, 13:01 - Bu gün həm Çempionlar Liqası, həm də Avropa Liqasında oyunlar keçiriləcək - AFİŞA
Vüqar Bayramov: “Bu il orta hesabla iqtisadiyyatın 3% böyüyəcəyi gözlənilir”
Bu gün ölkə başçısı Sumqayıta səfər edib. Səfər əsnasında Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
Xatırladaq ki, yaxın keçmişdə Sumqayıtda daha bir neçə müəssisənin açılışı reallaşıb.
Maraqlıdır, Sumqayıtda bir-birinin ardınca çoxlu sayda sənaye müəssisəsinin yaradılması ölkə iqtisadiyyatının gələcəyinə, məşğulluq probleminin həllinə nə vəd edir?
Millət vəkili Vüqar Bayramov bu müəssisələrin ölkə iqtisadiyaytının inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Azərbaycan üçün sənayeləşmə prioritetdir. Sumqayıtın timsalında sənayeləşmənin dəstəklənməsi və yeni sənaye müəssisələrinin qurulması xüsusilə aydın nəzərə çarpır. Bu baxımdan Sumqayıtda iki zavodun təməlqoyma mərasiminin keçirilməsi qeyri-neft sektorunun inkişafına, eləcə də iqtisadiyyatda yeni dəyərlərin formalaşmasına töhfə verəcək. Bu, həm də yeni iş yerlərinin yaradılması deməkdir və məşğulluq probleminin həllinə müsbət təsir göstərəcək.
Yeni müəssisələrin yaradılması həm də istehsal anlamına gəlir. Istehsal isə həm idxalın azalmasına təsir edir, həm də ixrac imkanlarını genişləndirir.
Sumqayıt Sənaye Parkında yaradılan müəssisələrin geniş ixrac imkanları var. Bu isə post-pandemiya dönəmində ikiqat əhəmiyyətlidir. Bu, ixracatımızın artmasına təsir edəcək.
Beynəlxalq qurumlar bu il iqtisadiyyatımızın 1,9% artacağını proqnozlaşdırır. Azərbaycan hökuməti isə 3,5%-lik artım proqnozlaşdırır. Orta hesabla iqtisadiyyatın 3% böyüyəcəyi gözlənilir. 2022-ci il üçün həm Azərbaycan hökumətinin, həm də beynəlxalq qurumların proqnozu daha nikbindir. Azərbaycan hökuməti 2022-ci il üçün 5%-lik artım proqnozlaşdırır. Yeni müəssisəslərin yaradılması iqtisadi artım tempinin yüksəldilməsinə öz töhfəsini verəcək”.