Son Dəqiqə

Bu gün, 12:24 - Rusiyalı deputat arvadının qulağını kəsib, gözlərini çıxardı

Bu gün, 12:23 - Kişi qıtlığı çəkən işğalçı ölkə qadın batalyonu yaratmağa məcbur oldu...

Bu gün, 12:00 - Düşmənin Tərtərə atdığı növbəti top mərmisi nəticəsində rayon sakini öldü

Bu gün, 11:34 - Dünyada koronavirusa yoluxanların sayı 34 milyonu keçdi - STATİSTİKA

Bu gün, 11:30 - Dünya bazarlarında təbii qazın qiyməti artıb

Bu gün, 11:00 - "Fransa dövlət başçıları nədən hər zaman ermənipərəst mövqeyi ilə seçilirlər?"

Bu gün, 10:30 - Gecə ərzində düşmən mövqelərinə artilleriya zərbələri endirilib - VİDEO

Bu gün, 10:00 - 79 yaşlı kişi yaralandı - Goranboyda qəza

Bu gün, 09:30 - Çeçenistan hökumətindən Azərbaycana dəstək gəldi - “Ədalət qalib gələcək!..”

Bu gün, 09:00 - İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM

Dünən, 11:48 - "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."

Dünən, 11:46 - Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

Dünən, 11:45 - Gəncədə ağır qəza: Ölən və yaralananlar var

Dünən, 11:43 - Rusiyada mehmanxana alovlara büründü

Dünən, 11:41 - BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi

Dünən, 11:32 - Poroşenko koronavirusa yoluxub

Dünən, 11:29 - Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı

Dünən, 11:28 - Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

Dünən, 11:27 - "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

Dünən, 11:25 - Prezident: "Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"

29-09-2020, 13:29 - “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”

29-09-2020, 13:26 - Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -

29-09-2020, 13:25 - Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir

29-09-2020, 13:14 - Düşmənin daha iki tankı məhv edildi - VİDEO

29-09-2020, 13:10 - "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"

29-09-2020, 13:09 - "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF

29-09-2020, 13:08 - “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi

29-09-2020, 12:59 - “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı

GundelikXeber
 Valyuta məzənnəsi

“Aprel şilləsi”ni unudan Anna Akopyan: İrəvanda xal qalmadı...

Tarix:6-12-2019, 15:48

“Aprel şilləsi”ni unudan Anna Akopyan: İrəvanda xal qalmadı...


Beynəlxalq və regional layihələrə qoşulmaq arzusu ilə alışıb-yanan Ermənistan hakimiyyətinin daxili auditoriyaya işləməsi üçün əlində bir tutarlı arqument də qalmayıb.

İllərin iqtisadi böhranı, demoqrafik problemləri, sosial gərginliyinin altında qalıb ölüm-dirim mübarizəsi aparan Ermənistanın əlləri yalnız “Qarabağ kartı”na uzana bilir.

Qarabağ münaqişəsi boğulmaq üzrə olan Ermənistan hakimiyyəti üçün “saman çöpü” rolunu oynayır.

Ölkədəki problemlərin ağırlıq mərkəzinin ildən-ilə “çəkisinin” daha da artması fonunda daxili auditoriyanı sakitləşdirmək öhdəliyi Ermənistan iqtidarı üçün ön plana çıxır.

Lakin Ermənistan hakimiyyət dairələrinin şablon, pafos püskürən, standart və mahiyyətində hiyləgərlik gizlənən açıqlamaları ölkə ictimaiyyətini doymuş məhlul halına gətirib. Ermənistan xalqı artıq “Qarabağ kartı”na ac deyil, çünki hökumətin sayıqlamarından fərqli olaraq iqtisadi-sosial problemlər, əhali sayının azalması ilə bağlı statistika, rəqəmlərin dili çox amansızdır.

Dünya Bankının məlumatına görə, Ermənistan əhalisinin sayı 1991-ci ildə 3 505 258 nəfər olsa da, 2018-ci ildə 2 951 776 nəfərə enib. Bu, Ermənistan Statistika Komitəsinin göstəricilərinə əsasən hazırlanıb. Ancaq o da bəllidir ki, Ermənistan hökuməti rəsmi rəqəmlərdə maksimum şəkildə gerçəklikləri ört-basdır etməyə çalışır.

BMT isə proqnozlaşdırır ki, 2015-2020-ci illər ərzində hər min nəfərə düşən təbii artım 14.5 olduğu halda, 2045-2050-ci illərdə bu rəqəm 9.6-ya enəcək. 2045-2050-ci illərdə hər min nəfərə düşən ölüm sayı isə ən yaxşı halda 9.7-dən 11.3-ə, ən pis proqnoza görə isə 13.9-a qədər qalxacaq.

Ölkədə doğumun, əhali sayının kəskin azalması isə Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin və bunun yaratdığı iqtisadi tənəzzülün təzahürləridir.

Buna görə də Ermənistan cəmiyyətini indi bir şey düşündürür – bu isə həyatda sağ qalmaq üçün sosial vəziyyətinin qismən də olsa yaxşılığa dəyişməsidir.

“Məxməri inqilab” yolu ilə hakimiyyətə gələn, küçə “demokratı”, Baş nazir Nikol Paşinyanın inqilabi vədlərinin reallaşması isə puça çıxmaqdadır.

Belə bir məqamda standart şəxslərin standart bəyanatları isə yalnız nəzəri xarakter daşıyır, həm də Ermənistan ictimaiyyəti eyni simaların dilindən eyni sözləri eşitməkdən bezib.

Yaranmış acınacaqlı mənzərə Ermənistan hakimiyyətini yeni obrazları irəli çəkərək, xal qazanmaq barədə düşündürür. Çünki rəsmi Yerevan üçün artıq xal qazandıran başqa mənbə qalmayıb.

Yeni obraz və xal mənbəyi isə Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyandır. Anna Akopyan BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” konfransında çıxışı zamanı öz aləmində Qarabağ münaqişəsi ilə bağlı yeni “mədəni” fikir səsləndirib.

O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edir.

Lakin sonra onun illərdən gələn erməni geni qabarıb, işğalçılıq mahiyyətini ortaya qoyub. Deyib ki, əgər müharibə başlasa, Ermənistan yeni ərazilər işğal edəcək və azərbaycanlılar muğama qulaq asmaq üçün növbəti məkanlar arzulayacaqlar.

Anna Akopyanın mədəniyyət mövzusundan müharibə məsələsinə qəfil keçid etməsi başadüşüləndir. O, işğalçı Ermənistanın yeni danışan dilidir, özünü nə qədər sülh göyərçini kimi göstərmək istəsə də, az keçməmiş iqtidarın ritorikasını nümayiş etdirir.

Ermənistana bundan əvvəl rəhbərlik edən şəxslərinin həyat yoldaşlarının ifadələrindən müharibə qoxusu gəlmirdi. İndi isə Anna Akopyanın timsalında vəziyyət dəyişir.

Ancaq yaranmış yeni vəziyyət texniki xarakterlidir, yalnız kəmiyyət dərəcəsini özündə ehtiva edir.

Ermənistanın nə müharibə etməkdən ötrü gücü və resursu, nə də cəmiyyətinin sifarişi var. Anna Akopyan, deyəsən, Azərbaycanın Ermənistana vurduğu “aprel şilləsi”ni unudub. 2016-cı ilin Aprel döyüşlərindən bu yana hələ də özünə gəlməyən Ermənistan hakimiyyəti və cəmiyyəti necə müharibə arzulaya bilər?! Apreldə Rusiyaya əməliyyatların dayandırılması üçün yalvaran, ağız açan Ermənistan deyildimi?!

İkincisi, Anna Akopyanın hansı hüququ var ki, Azərbaycanın Birinci vitse-prezidentini Qarabağa dəvət edir?! Bu cür hüquq yalnız Azərbaycana məxsusdur, çünki Qarabağ Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınan əzəli torpağıdır.

Ermənistan hakimiyyətinin Anna Akopyanın timsalında müharibə mesajları ilə xal qazanmaq istəyi arzu olaraq qalacaq. Həqiqətən də, İrəvanda xal qalmadı...(gundelikxeber.az)

Oxunub: 109

XƏBƏR LENTİ
Bu gün, 12:24 Rusiyalı deputat arvadının qulağını kəsib, gözlərini çıxardı
Bu gün, 12:23 Kişi qıtlığı çəkən işğalçı ölkə qadın batalyonu yaratmağa məcbur oldu...
Bu gün, 12:00 Düşmənin Tərtərə atdığı növbəti top mərmisi nəticəsində rayon sakini öldü
Bu gün, 11:34 Dünyada koronavirusa yoluxanların sayı 34 milyonu keçdi - STATİSTİKA
Bu gün, 11:30 Dünya bazarlarında təbii qazın qiyməti artıb
Bu gün, 11:00 "Fransa dövlət başçıları nədən hər zaman ermənipərəst mövqeyi ilə seçilirlər?"
Bu gün, 10:30 Gecə ərzində düşmən mövqelərinə artilleriya zərbələri endirilib - VİDEO
Bu gün, 10:00 79 yaşlı kişi yaralandı - Goranboyda qəza
Bu gün, 09:30 Çeçenistan hökumətindən Azərbaycana dəstək gəldi - “Ədalət qalib gələcək!..”
Bu gün, 09:00 İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM
Dünən, 11:48 "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."
Dünən, 11:46 Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur
Dünən, 11:45 Gəncədə ağır qəza: Ölən və yaralananlar var
Dünən, 11:43 Rusiyada mehmanxana alovlara büründü
Dünən, 11:41 BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi
Dünən, 11:32 Poroşenko koronavirusa yoluxub
Dünən, 11:29 Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı
Dünən, 11:28 Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
Dünən, 11:27 "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."