Son Dəqiqə

Bu gün, 13:29 - “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”

Bu gün, 13:26 - Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -

Bu gün, 13:25 - Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir

Bu gün, 13:14 - Düşmənin daha iki tankı məhv edildi - VİDEO

Bu gün, 13:10 - "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"

Bu gün, 13:09 - "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF

Bu gün, 13:08 - “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi

Bu gün, 12:59 - “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı

Bu gün, 12:56 - Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR

Bu gün, 11:57 - Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı

Dünən, 20:33 - Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

Dünən, 20:29 - "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"

Dünən, 20:24 - C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

Dünən, 20:23 - Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində

Dünən, 16:24 - Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ

Dünən, 16:16 - Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi

26-09-2020, 14:33 - Yeni stadion kimə mane olur?

26-09-2020, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

26-09-2020, 08:40 - Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

26-09-2020, 08:39 - AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

25-09-2020, 13:48 - Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

25-09-2020, 13:20 - İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

25-09-2020, 11:00 - Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

25-09-2020, 10:30 - Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

25-09-2020, 10:00 - İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA

25-09-2020, 09:30 - "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ

25-09-2020, 09:00 - "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"

24-09-2020, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

GundelikXeber
 Valyuta məzənnəsi

Cibinizdəki “casus”: Sizi necə izləyirlər - ilginc detallar, ağlagəlməz yollar

Tarix:9-12-2019, 22:27

Cibinizdəki “casus”: Sizi necə izləyirlər - ilginc detallar, ağlagəlməz yollar


İstər dünyada, istərsə ölkəmizdə ictimai-siyasi fəaliyyətlə məşğul olan hər kəs izlənmə qorxusu yaşayır. Birdən telefonlarını dinləyərlər, yazışmalarını ələ keçirərlər...
Ona görə də çox adam mühüm yazışmalardan sonra onu silir, daha etibarlı yazışma platformaları axtarır, telefonlarının dinlənilməməsi üçün proqramlar yükləyir. Bəs bunun qarşısını necə almaq olar? Telefonunuzun dinlənildiyini necə və hardan bilə bilərsiz?

İnsanları harada, necə dinləyirlər? Hansı müasir texnikanın vasitəsilə buna nail olmaq mümkündür?

Başlayaq məkan dinləmə vasitəsindən. İçərisinə casus proqram yüklənmiş telefonlar yerləşdikləri məkanın da dinlənməsini həyata keçirir. Bu casus proqramlar istifadəçi öz telefonunu söndürdükdə belə işləyə bilir. Çünki bu proqram telefonun üzərindəki söndürmə düyməsini basdıqda sanki telefon sönmüş kimi ekranı qaraldır və telefonun üstündəki işığın yanmasına mane olur. Beləliklə, telefon sönmüş kimi görünsə də, əslində işləməyə davam edir. Telefon işləyərkən də casus proqram mobil telefonun mikrofonu ilə məkandakı səsləri yenə telequlaqlara ötürür.

Bütün bu əlamətlər baş verirsə, telefonunuz dinlənilir

İzləmənin ən “zərərsiz” növü, heç şübhəsiz ki, mobil telefonların dinlənilməsidir. Bu barədə bir neçə dəfə yazdığımız üçün detalların üzərində dayanmayacağıq. Texnologiya aləmindən anlayışı olan hər bir şəxs özü mobil telefonunun dinlənilməsini aydınlaşdıra bilər. Bunun bir neçə əlaməti var ki, onları yadda saxlayıb, telefonunuzun dinlənilməsi barədə təxminlər yürüdə biərsiz. Bunlardan biri 1 ildən artıq istifadə edilən telefonun şarjinın çox tez bitməsidir. Bundan başqa, qarşı tərəflə danışıq zamanı müxtəlif küy, hətta açıq şəkildə tanımadığınız insanın səsini eşidirsinizsə narahat olmağa dəyər. Mobil telefonunuzda ondan istifadə etmədiyiniz halda belə kompüterin və ya, səsgücləndiricinin yanında olduğu zaman müxtəlif müdaxilələrin səsini eşidə bilərsiniz. Dostunuza zəng etdiyiniz zaman əlaqənin çox gec baş tutduğunu və ya əksinə, əlaqənin gec kəsildiyini müşahidə etmisinizsə, bu da telefonunuzun dinlənildiyinə işarə ola bilər. Ümumilikdə telefonunuzda qəribəliklər varsa, yəni telefonunuz öz-özünə sönüb-yanırsa, bu da sizə bir işarədir.

Ümumiyyətlə, dünya təcrübəsində telefon dinləmələri yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Bu dinləmələrə isə siyasətçilər, dövlətin mənafeyinə qarşı çıxış edən insanlar, hansısa qruplaşmalarda şübhəli bilinən şəxslər məruz qala bilərlər. Əgər siz yuxarıda sadalananlar sırasında deyilsinizsə və telefonuzun dinlənilməsi ilə bağlı şübhələriniz öz təsdiqini tapıbsa bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz.

Evi kalkulyatorla da dinləmək olar

Əməkdaşımız internetdə ev dinlənilməsi ilə bağlı axtarış apararaq ilginc nəticələr əldə edib. Məlum olub ki, adi məişət əşyalarını xatırladan cihazların köməyi ilə evi dinləmək mümkündür.

Bunlardan biri də kalkulyatordur. Ölçüləri uyğun olan istənilən quruluşdakı kalkulyatorların içinə yerləşdirilə biləcək bir alətdir.

GSM dinləmə cihazı kalkulyatorun yanında iki ədəd, 1 mm ölçüsündə şarj deşiyi ilə heç bir şəkildə diqqət çəkməyən, quruluşu çox özəl olan bir şarj adaptoru da yerləşir. Onun içindəki açıb sim kartın telefon nömrəsini dünyanın harasında olursanız olun, hər hansı bir telefondan zəng edərək, 50 kv.m-lik bir ərazini çox rahatlıqla, çox yüksək həssaslıqla dinləyə bilərsiniz.

Kompüterlərin “siçan”ı da zaman-zaman dinləmə cihazı funksiyasına çevrilir. Belə ki, USB Mouse-un içinə yerləşdirilmiş GSM dinləmə modulu istifadə edildiyi auradakı səslərin məsafə məhdudiyyəti olmadan dinlənilməsini mümkün hesab edir.

Cihaza (“mouse”a) sim kart taxılandan sonra sistem istifadəyə hazırdır. Hər hansı telefondan taxmış olduğunuz karta aid nömrəyə zəng edəndə cihaz avtomatik olaraq açılacaq və yerləşdiyi otağı çox yüksək səs keyfiyyəti ilə dinləməyinizi təmin edəcək. Heç bir formada bayıra səs vermir və fərq edilməsi də mümkün deyil.

Maraqlıdır ki, hətta kompüter söndürüləndə tərkibindəki lithium batareya sayəsində 4 gün gözləmə müddətinə sahibdir və 4.5 saat müddətində fasiləsiz dinləmə həyata keçirə bilərsiz. Kompüter işlədiyi müddətdə isə avtomatik olaraq batareyası “zaryadka” yığır və enerji sıxıntısı olmadan dinləyə bildiyiniz qədər dinləyə bilərsiniz.

telefonla izleme ile ilgili görsel sonucu

Eyni dinləmə alətini kompüterin monitorunda da gizlətmək mümkündür. Monitorun içinə yerləşdirilən professional dinləmə cihazına taxılacaq bir SİM kart ilə dünyanın hər yerindən alətin olduğu yeri dinləmək mümkündür. Yüksək səs keyfiyyəti ilə 50 m2 sahədəki səsləri məsafə məhdudiyyəti olmadan istənilən zaman dinləmək mümkündür. Ofis, ev dinləniləməsi üçün son dərəcə praktik və fərq edilməsi mümkün olmayan bir gizli dinləmə sistemidir. Kompüter daim enerji yığdığı üçün bu dinləmə alətinin də “zaryadkasız” qalma ehtimalı yoxdur. ADSL modem dinləmə cihazı, telsiz telefon dinləmə cihazı da bu kateqroiyadandır. Onların içinə də həmin kiçik alətləri yerləşdirməklə yerləşdikləri məkanları dinləmək mümkündür.

Sıravi vətəndaşlar bundan şübhələnmir

Evdə dinləmə aparılması yeni təcrübə deyil. Sovet dönəmində də evdə dinləmələr aparılırdı. Araşdırma obyekti olan insanların dinlənilməsi üçün evlərinə, iş otaqlarına xüsusi qurğular yerləşdirilirdi. Daha çox tavanda, ya da divar kağızının altında yerləşdirilirdi. Bu əməliyyat məxfi şəkildə aparıldığı üçün heç kimin xəbəri olmurdu. SSRİ dövlət təhlükəsizliyi orqanlarının fəaliyyəti qanundan kənar idi. Sonradan qanunda düzəlişlər oldu. Qanun deyir ki, telefon dinləmələri qanunla mümkün deyil. Amma Azərbaycanda hələ də sovet təcrübəsi tətbiq olunur. Öncə məlumatlar əldə edilir. Sübut-dəlil tamam ayrıdır. Əməliyyat məhsullarının sübut-dəlilə çevrilməsi üçün məhkəmə faktına çevirmək lazımdır. Qanunvericiliyə heç kim riayət etmir. Onlar eybəcər və asılı durumdadır. Bu gün əslində dinlənmə ilə bağlı qərar verilirsə, onu iki ay geriyə keçirirlər. Oradakı danışıqlardan sübut kimi istifadə olunur.

telefonla izleme ile ilgili görsel sonucu

Ümumiyyətlə, sıravi vətəndaş dinlənildiyindən şübhələnə bilməz. Belə ki, bu, ancaq texniki vasitələrlə aşkarlana bilər. O sahədə xeyli inkişaf gedib, artıq dinləmə zamanı klassik qaydada mikrofonlardan istifadə edilmir. Mikrosxem formalı çiplər olur. Məlumatları toplayıb şifrələyir. Çip məlumat ötürdükdə onun fəaliyyəti aşkarlana bilər. Bu isə qeyri-mümkündür. Xüsusi xidmət orqanları peşəkarlıqla işləyir. Sıradan vətəndaşın onu aşkarlamaq imkanı yoxdur.

Bu sayaq dinləmə əməliyyatları faktdan daha çox məlumat əldə etmək üçündür. Məhkəmələrdə çox nadir hallarda videomüşahidə, ya da dinləmə qurğularının fəaliyyəti nəticəsində ortaya çıxan nəticələr fakt kimi təqdim edilir.

İlgili resim

SMS-lər də izlənir, danışıqlar da - çox sadə

Türkiyə Kompüter Mühəndisləri və Proqramçıları Dərnəyinin sədri Yılmaz Sönməz mobil telefonların lMEI adlanan kodları öyrənildikdə asanlıqla dinlənilə bildiyini deyib. Onun bildirdiyinə görə, mobil telefonlarda dinləmə aşağıdakı ardıcıllıqla həyata keçirilir: “Mesaj göndərilir - dinlənəcək olan mobil telefona mahnı, şəkil və ya video yüklənəcək bir internet adresinin yazıldığı SMS göndərilir. Mobil telefon istifadəçisi ona gələn bu SMS-i açıb, içindəki internet adresinə daxil olduqda mobil telefon GPRS üzərindən internetə bağlanır və özəl olaraq hazırlanmış ”troyan" adlanan casus proqramı mobil telefona yüklənir. İdarə telequlaqda - bu casus proqramı ilə dinləniləcək şəxsin mobil telefonu artıq telefonu dinləmək istəyənlərin nəzarətinə keçir. Casus proqram həmin mobil telefona zəng gələn və ya ondan zəng edilən zaman bunu qeyd edir və bir səs qovluğu şəklində istənilən adresə yenə internet vasitəsilə göndərir. Mobil telefon bu prosesi həyata keçirərkən, telefonun istifadəçisi heç bir şey hiss etmir.

SMS-lər də izlənilir - mobil telefona yüklənən casus proqram təkcə danışıqları qeyd edib istənən ünvana çatdırmaqla kifayətlənmir. Bu casus proqramlar dinlənilən mobil telefona gələn və gedən SMS-lərin kopyasını da dinləyən şəxsin mobil telefonuna və ya elektron ünvanına göndərir.

Oxunub: 275

XƏBƏR LENTİ
Bu gün, 13:29 “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”
Bu gün, 13:26 Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -
Bu gün, 13:25 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir
Bu gün, 13:14 Düşmənin daha iki tankı məhv edildi - VİDEO
Bu gün, 13:10 "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"
Bu gün, 13:09 "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF
Bu gün, 13:08 “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi
Bu gün, 12:59 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Bu gün, 12:56 Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR
Bu gün, 11:57 Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı
Dünən, 20:33 Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”
Dünən, 20:29 "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"
Dünən, 20:24 C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”
Dünən, 20:23 Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
Dünən, 16:24 Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ
Dünən, 16:16 Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi
26-09-2020, 14:33 Yeni stadion kimə mane olur?
26-09-2020, 12:44 Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar
26-09-2020, 08:40 Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb