Son Dəqiqə

Bu gün, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

Bu gün, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

Bu gün, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

Bu gün, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

Bu gün, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

Bu gün, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

Bu gün, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

Bu gün, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

Bu gün, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Bu gün, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

Dünən, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Dünən, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

Dünən, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

Dünən, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

Dünən, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

Dünən, 11:00 - "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...

Dünən, 10:30 - İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

Dünən, 10:00 - Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

Dünən, 09:30 - Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...

Dünən, 09:00 - "Niyə bəzi məmurlar rüşvət alırlar?.." - ƏSAS SƏBƏB...

19-09-2020, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

19-09-2020, 15:16 - Könül “Lider”dən getdi

19-09-2020, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

19-09-2020, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

19-09-2020, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

19-09-2020, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

19-09-2020, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

19-09-2020, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

GundelikXeber
 Valyuta məzənnəsi

RUSİYANIN NÖVBƏTİ "MİLYARDERLER İTTİFAQI" PLANI, YOXSA...

Tarix:15-12-2019, 18:51

RUSİYANIN NÖVBƏTİ "MİLYARDERLER İTTİFAQI" PLANI, YOXSA...

Azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov özünün “feysbuk” səhifəsində Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə dair “yol xəritəsi” ilə çıxış edib.

Ölkədə real müxalifətin olmadığını iddia edən F. Əhmədov bunun çox mənfi nəticələr doğurduğunu qeyd edir: “Formal olaraq mövcud olan müxalifət ya hakim partiyanın filialıdır və belə olan vəziyyətdə alternativ xəttin inkişafına can atmır, ya da hakimiyyətlə sərt qarşıdurmadadır, eyni zamanda seçki perspektivləri yoxdur və daim hakimiyyətə təsir etmək üçün küçə üsullarına əl atır”.



F.Əhmədovun təklif etdiyi “yol xəritəsi” bir sıra məqamları özündə ehtiva edir:

- Mərkəzi Seçki Komissiyasını buraxmaq və yenidən təyin etmək, rəhbərliyə yeni nəsil təyin etmək;

- rayon seçki komissiyalarının yenidən formalaşdırmaq;

- seçki qanununa yenidən baxmaq, onu yeni siyasi reallıqlara uyğunlaşdırmaq;

- seçkiləri proporsional seçki sistemi ilə keçirmək;

- yeni parlamentin strukturunun müxtəlif variantlarını nəzərdən keçirmək, o cümlədən profil komissiyalarının yenidən formalaşması da daxil olmaqla;

- namizədləri həm partiya, həm də fərdi siyahılar üzrə irəli sürmək (sonuncunun xeyrinə üstünlüklə);

- əhalinin 51% -dən çoxunun yaşadığı bölgələr ümumi daxili məhsulun 3% -dən çoxunu formalaşdırmır və potensial sosial partlayış mənbələridir. Rayonlarda problemləri dərindən bilən namizədlərin irəli sürülməsi bu tendensiyanın qismən yumşalmasına kömək edəcək;

- xarici diaspor nümayəndələrini öz təcrübə və lobbiçilik imkanlarından istifadə edərək tarixi vətənlərinin problemlərinin həllində iştiraka cəlb etmək (bununla əlaqədar seçkilər və vətəndaşlıq haqqında qanunların müvafiq müddəalarına dəyişiklik etmək);

- hakim YAP-ın keyfiyyətli rebrendinqini aparmaq, onun aparatını funksional şəkildə yenidən formatlaşdırmaq (rəhbərliyə müasir menecerlərin cəlb edilməsi ilə), kadr ballastını (Sov.İKP modeli üzrə kollektiv üzvlük) atmaq, cəmiyyətdə formal-plakat iş stilindən uzaqlaşmaq.

“İndi o, təkrarlayır, sağ olsun”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

Tanınmış iş adamı Fərhad Əhmədovun təkliflərindən məlumatsız olduğunu vurğulayan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə dedi ki, o, belə bir adam da tanımır: “Sağ olsun ki, belə bir adam var. Amma o, əgər “konstruktiv müxalifət yoxdur, müxalifət yoxdur” deyirsə, onun səsləndirdiyi bütün fikirlər indiyə qədər onun bəyənməydiyi və qəbul etmədiyi müxalifət tərəfindən hamısı səsləndirilmiş fikirlərdir. Ayrı-ayrı vaxtlarda müxalifət tərəfindən bütün seçkilərdə bu tələblər, təkliflər irəli sürülüb. İndi o təkrarlayır, sağ olsun. Bir dənə bu mühacirətdə yaşayanların seçki hüququ tanınması məsələsi yenilik ola bilər. O da bu adamın bu məsələ ilə bağlı ya çox geniş bilgiyə malik olmasından xəbər verir, ya da heç nə bilmədiyinin göstəricisidir. Azərbaycanın mövcud qanunları, beynəlxalq qanunlar, Azərbaycanda ikili vətəndaşlığın olmaması və. s bu məsələlər ciddi məsələlərdir”.

“Azərbaycanla bağlı bütün məsələlərdə, Azərbaycanın əleyhinə olan məsələlərin hamısında Rusiyanın ya özü birbaşa iştirak edir, yaxud onun barmağı var. Hə zaman belə şeylər var. Amma mən o adamın ora ilə əlaqəsini, vətəndaşlığını, milyarderliyini bilmirəm”,-deyə partiya sədri əlavə etdi.

“Onun subyektiv fikirləridir”

Картинки по запросу Pənah Hüseyn

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə dedi ki, Fərhad Əhmədovun tarxi vətəni Azərbaycandır, Azərbaycana dair də öz fikrini bildirib: “Əlbəttə ki, onun müxalifət barədə fikirləri ilə mən razı deyiləm, amma onun subyektiv fikirləridir, bunu ifadə etməyə haqqı var.
O ki qaldı konkret Azərbaycanda Seçki Məsəlləsi və etimada malik bir parlamentin formalaşdırılması barəsində söylədiklərinə, mən onları bölüşürəm”.

“Mən cəsarətli adamları təqdir edirəm”

“Fərhad Əhmədovun təkliflərinin arxasında Rusiyanın dayanması ehtimalı varmı” sualına P. Hüseyn belə cavab verdi: “Sözün doğrusu, mən bilmirəm, o mövzu ilə o qədər də maraqlanmamışam. Hər halda, cəsarət edib, bir fikir bildiribsə, mən cəsarətli adamları təqdir edirəm”.

“Vətəndaşlığı olmayan azərbaycanlıların Azərbaycanda gedən proseslərə qarışmağa hüququ yoxdur”

Картинки по запросу Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, ölkədən kənarda olan azərbaycanlı iş adamlarının, o cümlədən də Fərhad Əhmədovun milyonları, milyardları var: “Əvvala, bunların Azərbaycanın mənafeyi ilə bağlı ortaya nəsə bir əməli iş qoyduğunu şahidi olmadıq. İkincisi, Fərhad Əhmədov kimi iş adamları bilməlidir ki, Azərbaycanda müxalifətin güclü olması üçün Azərbaycanın siyasi təşkilatlarına yardım etməlidir. Üçüncüsü, Fərhad Əhmədov bilməlidir ki, xaricdə yaşayan, vətəndaşlığı olmayan azərbaycanlıların Azərbaycanda gedən proseslərə qarışmağa hüququ yoxdur. Çünki bunlar Rusiya vətəndaşıdır. Məsələn, Fərhad Əhmədov Rusiya vətəndaşıdır, elə də başqası olsun. Dördüncüsü, kənardan deyib, məsləhət vermək çox asandır. Gücü çatırsa, hakimiyyətə bir söz desin, müxalifətə söz deməyə nə var ki. Ona görə, bu tipli adamların çıxışlarına mən qeyri-ciddi baxıram və hesab edirəm ki, onlar Azərbaycanın mənafeyi ilə bağlı obyektiv demirlər, konyekturadan çıxış edirlər. Hakimiyyətə heç nə demə, müxalifəti aşağıla, söz de. Bunlar ciddi səslənmir. Mən hesab edirəm, Azərbaycanın siyasi həyatında olan siyasi partiya rəhbərləri var ki, bunların bu ölkə üçün xidmətləri qat-qat onlardan çoxdur. Ölkədə vəziyyəti Azərbaycan xalqı, siyasi təşkilatlar, onların rəhbərləri dəyişməlidir. Bu gec olacaq, tez olacaq, bilmirəm, nə olacaqsa, buradan olacaq. Yoxsa kənardan kiminsə göstərişi, hikkəsi ciddi səslənmir. Hərə öz yerini, həddini bilməlidir”.

“Azərbaycanda Rusiyanın maraqlarını ifadə edən çoxlu sayda adamlar var”

“O tip adamların hec biri müstəqil adamlar deyil. Bilmirəm, bu fikirlərin arxasında kimin maraqları dayanır, amma Azərbaycanda Rusiyanın maraqlarını ifadə edən çoxlu sayda adamlar var. Bu ola da, olmaya da bilər. Amma hər halda, ciddi səslənmir, mən onu ciddi əhəmiyyət daşıyan mövqe kimi qəbul etmirəm”,-deyə partiya sədri qeyd etdi.

“Azərbaycanda ölkənin ictimai-siyasi həyatına təsir etmək qüvvəsinə malik olan partiyalar var”

Картинки по запросу Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli

F.Əhmədovun “yol xəritəsi” ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə fikirlərini belə ifadə etdi: “Fərhad Əhmədovun ölkədə müxalifətin olmaması və digər məsələləri deməsi onun siyasi savadının olmamasından irəli gəlir. Yəni adamın Azərbaycan cəmiyyətindən, partiyalarından xəbəri yoxdur. Azərbaycanda kifayət qədər müxalifət partiyaları var. Hansı partiyanın yolu nədir, hansı istiqamətdə fəaliyyət göstərir, o partiyanın daxili işidir. Heç kim deyə bilməz ki, niyə bu formada fəaliyyət göstərirsən. Azərbaycanda ölkənin ictimai-siyasi həyatına təsir etmək qüvvəsinə malik olan partiyalar var. Mən konkret ad da çəkə bilərəm, Vətəndaş Həmrəyliyi Partiyası, Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli İstiqlal Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası və digər partiyalar var. Bu partiyalar kifayət qədər cəmiyyətə təsir imkanlarına malikdir. Yəni adamın siyasi məsələlər barədə məlumatı yoxdur.

İkincisi, Azərbaycan parlamentinə seçilmək məsələləri kiminsə arzu-istəyi ilə deyil, millət vəkillərini Azərbaycan xalqı, dairələrin ərazisində qeydiyyatda olan şəxslər seçir. Dünyanın hər yerində vətəndaş namizədliyini verir və seçici seçir. Fərhad Əhmədovun təkliflərindən belə çıxır ki, ölkədə seçici yoxdur. Kimin arzusu nədir, o olmalıdır, elə bir şey yoxdur. Seçki Məcəlləsində seçki komissiyalarının paritet əsasda formalaşdırılması, iqtidar-müxalifətin bərabər səviyyədə təmsil olunması normal bir şeydir, illərdir müxalfət bunu irəli sürüb, ancaq xaricdəki vətəndaşların seçkilərə cəlb olunması, onların namizəd olması ölkə qanunvericiliyinə ziddir. Azərbaycan Respublikası vətəndaşı olan, hansısa ölkə qarşısında öhdəliyi olmayan, bu ölkədə yaşayan, fəaliyyət göstərən hər bir adam gedib namizədliyini verib seçilə bilər. Bunu da seçkilər həll edir. Hər yerindən duranın elə danışdığını reallaşdıracq elə bir forma yoxdur”.

“Seçki komissiyalarında müstəqil adamlar olmalıdır”

S. Əsədli vurğuladı ki, qanunda seçkilərə az qalmış seçki komissiyaları buraxılmır: “Hazırda ölkədə bələdiyyə seçkiləri keçirilir. Təbii ki, müxalifət partiyalarının seçki komissyalarının paritet əsaslarla formalaşdırılması təşəbbüsü var. Təbii ki, bu, olarsa, normal bir şeydir, amma seçki komissiyaları buraxılsın, orada xaricdəkilər təmsil olunsun, belə bir şey yoxdur. Seçki komissiyalarında müstəqil adamlar olmalıdır, hansısa dairələrin maraqlarına xidmət eləməməlidir. Ya da ki iqtidarla müxalifət orada bərabər təmsil olunmalıdır”.

“Bu təkliflərin arxasında Rusiyanın maraqlarının olduğunu deyə bilmərəm, çünki mən o adamı tanımıram, onun nə iş gördüyün bilmirəm. Ona görə, hara bağlı olduğunu da bilmirəm. Sadəcə olaraq onu bilirəm ki, bu adam nə formada fəaliyyət göstərirsə, Azərbaycanın siyasi səhnəsindən xəbəri yoxdur”,-deyə VHP yetkilisi təkrar qeyd etdi.

Hurriyyet.org

Oxunub: 95

XƏBƏR LENTİ
Bu gün, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
Bu gün, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
Bu gün, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
Bu gün, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
Bu gün, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
Bu gün, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib
Bu gün, 10:55 Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...
Bu gün, 10:00 Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
Bu gün, 09:30 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Bu gün, 09:00 Tanınmış bəstəkarın ailəsində ağır itki
Dünən, 13:30 Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Dünən, 13:00 Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb
Dünən, 12:30 Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM
Dünən, 12:00 Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq
Dünən, 11:30 Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..
Dünən, 11:00 "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...
Dünən, 10:30 İraqda İŞİD rəhbərlərindən biri yaxalandı
Dünən, 10:00 Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib
Dünən, 09:30 Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...