Son Dəqiqə

Bu gün, 08:40 - Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Bu gün, 08:39 - AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

Dünən, 13:48 - Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

Dünən, 13:20 - İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

Dünən, 11:00 - Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

Dünən, 10:30 - Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

Dünən, 10:00 - İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA

Dünən, 09:30 - "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ

Dünən, 09:00 - "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"

24-09-2020, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

24-09-2020, 12:30 - TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

24-09-2020, 12:00 - Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

24-09-2020, 11:30 - İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

24-09-2020, 11:00 - “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”

24-09-2020, 10:38 - “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...

24-09-2020, 10:32 - Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

24-09-2020, 10:30 - Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

24-09-2020, 10:07 - Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

24-09-2020, 09:59 - Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb

23-09-2020, 17:32 - Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı - FOTOFAKT

23-09-2020, 13:00 - SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

23-09-2020, 09:44 - Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

22-09-2020, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

22-09-2020, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

22-09-2020, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

22-09-2020, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

22-09-2020, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

22-09-2020, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

GundelikXeber
 Valyuta məzənnəsi

“İnhisarçılıq ciddi problem olaraq qalır”

Tarix:26-12-2019, 13:13

“İnhisarçılıq ciddi problem olaraq qalır”

İqtisad elmləri doktoru, ADR sədri Qubad Ibadoğlu 2019-ci ilin iqtisadi yekunları ilə bağlı müsahibə verib. Q.İbadoğlu müsahibəsində 2019-ci ilin iqtisadi yekunları və 2020-ci ilin iqtisadi-sosial proqnozlarından danışıb.

– 2019-cu ildə Azərbaycanda əsas iqtisadi hadisələr hansılar olub?

– 2019-cu ildə yadda qalan əsas hadisələrdən biri inhisarlaşma meylinin güclənməsi olub. Xüsusilə də həm daxili istehsalda, həm ticarətdə, xidmətdə və iqtisadiyyatda, – bu sektorlarında inhisarlaşma əvvəlki illərlə müqayisədə daha çox müşahidə olunub. 2019-cu ildə banklar üçün mövcud olan problemin həlli istiqamətində dövlət çoxdan gözlənilən addımı atdı. Söhbət ondan gedir ki, həm banklar, həmdə ki, müştərilər arasında kreditlərin vaxtlı-vaxtında ödənilməsi ilə bağlı yaranmış problem 2019-cu ildə müəyyən mənada öz həllini tapdı. Bu baxımdan hesab edirəm ki, vaxtı keçmiş kredit borclarının silinməsi və restruktizasiyası istiqamətində atılan addımlar da 2019-cu ilin iqtisadiyyatında hadisə kimi dəyərləndirilə bilər. Başqa bir hadisə, ondan ibarətdir ki, bu il həm də iqtisadiyyatda sosial baxımdan ödənişlərin qaldırılması və bir növ hökumətin sosial öhdəliklərinə daha çox vəsait ayırması ili kimi yadda qalıb. Bunu da həm minimum əmək haqqının, həm də minimum pensiyanın artırılması ilə izah edə bilərik.

– Hökumət 2019-cu ildə iqtisadiyyatda, vergi və gömrük sistemində, sosial sahədə uğurlu islahatlar apardığını bəyan edir. Siz necə düşünürsünüz?

– Əslində deyərdim ki, hələ islahatlardan danışmaq tezdir. Çünki baş verən dəyişikliklər bu sistemin özünün bütövlükdə dəyişdirməsini şərtləndirməyib. Həm də mən, düşünmürəm ki, əvvəlki illərlə nisbətdə daha normal, daha sivil münasibətlər ortaya qoyulub. Yenə də, əvvəlki kimi vergi, gömrük siyasətinin tərbiqi, icrası sahəsində inzibatçılıq müşahidə olunmaqdadır. Sosial sahəyə gəlincə, hesab edirəm ki, sosial sahədə də hökumət öz cari işini və öhdəliklərini yerinə yetirmək istiqamətində əvvəlki il ilə müqayisədə daha çox addımlar atıb. Yəni, bunu yalnız minimum əmək haqqının, yaxud da minimum pensiyanın artırılması ilə izah etmirəm. Eyni zamanda qeyd etmək isətyirəm ki, bir sıra dövlət sferasında əmək haqqı alan, deyək ki, diaqnostikadan keçən müəllimlərin əmək haqqının, eyni zamanda hüquq-mühafizə orqanlarında, məhkəmə haklimiyyətində məvaciblərin qaldırılmasını qeyd eləmək olar. Yəni, bu da əslində islahat yox, həmin sektorun özünün tələblərindən irəli gələn, sadəcə hökumətin özünün etməli olduğu bir sıra dəyişikliklərin, qərarların 2019-ci ildə verilməsi ilə əlaqədardır. Bir daha vergi ilə bağlı, onu demək istəyirəm ki, 2018-ci ildə ümumiyyətlə “Vergi Məcəlləsi”ndə gözlənilən dəyişikliklər 2019-ci ildə fərqli bir vergi siyasətinin həyata keçiriləcəyi üçün əsaslar yaradırdı. Amma, təəssüflər olsun ki, “Vergi Məcəlləsi”ndəki dəyişiklilər, demək olar ki, tam şəkildə tətbiq etmək imkanına malik olmadılar. Bu baxımdan da yalnız vergi inzibatçılığının gücləndirlməsi ilə vergi yığımında müəyyən artım müşahidə olundu. Amma, bütövlükdə vergi sahəsində, deyək ki, gizli iqtisadiyyatın leqallaşdırılması, gizli məşğulluğun leqallaşdırılması sahəsində əhəmiyyətli addımlar atılmadı. Çünki, o addımlar atılsa idi, yəqin ki, biz 2019-cu ildə bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail ola bilərdik. Amma, hazırda da deyərdim ki, Azərbaycan iqtisadiyyatında inhisarçılıqla yanaşı, ciddi problemlərdən biri də məhz gizli iqtisadiyyatın miqyasının geniş olmasıdır.

– 2020-ci il sosial-iqtisadi baxımdan ölkə insanlarına nə vəd edir? İnsanların istəkləri ilə hökumətin siyasəti üst-üstə düşürmü?

– Hətta, rəsmi proqnozlarda 2020-ci ildə Azərbaycanda infilyasiyanın yüksək olacağı gözlənilir. Eyni zamanda, 2020-ci ildə gözlənilir ki, Azərbaycanda işsizlik artsın. Hesab edirəm ki, bu həm də Azərbaycanda mövcud olan aşağı sürətli iqtisadi artımla əlaqədardır. Çox təəssülər olssun ki, indiyədək bu istiqamətdə müəyyən cəhdlər olsa da Azərbaycan iqtisadi artım tempinə görə MDB-nin autsayderləri siyahısındadır. Bu da son nəticədə həm yeni iş yerlərinin yaradılması, iqtisadiyyata sərmayələrin cəlb olunması, əsaslı kapital qoyuluşunda müəyyən dəyişikliklərin həyata keçirilməsində çətinliklər yaradır. Yəni, son nəticədə düşünürəm ki, növbəti il üçün Azərbaycan vətəndaşları yenə də qiymət artımı problemləri ilə qarşılaşa bilərlər. Bunu şərtləndirən yalnız istehlak bazarında gedən inhisarlaşma meylləri deyil, həm də vergi, gömrük sahəsində baş verən tariflərin, vergi dərəcələrinin, aksizlərin qaldırlması ilə əlaqədardır. Digər tərəfdən də bütövlküdə iqtisadiyyatda sərmayə qoyuluşu real sektorda əvvəlki illərlə müqayisədə daha çox olmadığından son nəticədə, bu sərmayəyə yönələn kredit vəsaitləri və digər mənbələrdən ayrılan investisiyalar daha çox istehlaka yönəldiyindən, hesab edirəm ki, növbəti il üçün iş yerlərinin açılması sahəsində də bizim gözləntilərimiz özünü doğrultmayacaq. Hətta, mənim hesablamalarıma görə, növbəti ildə mövcud iş yerlərinin bağlanması tempi bu illə müqayisədə daha yüksək ola bilər. Bu baxımdan növbəti ildə həm də iqtisadi artım tempinin bu ilki iqtisadi artım tempi ilə müqayisədə üstün olacağını düşünmürəm, ən yaxşı halda bu ilki iqtisadi artım tempini qoruyub saxlaya bilərik. Çünki iqtisadiyyatın artımını təmin edən faktorlar növbəti ildə o qədər də fəal görünmür və növbəti il daha çox istehlakın artımı, məcmu tələbin genişlənməsini müşahidə edəcəyik. Bu da bir tərəfdən gəlirləri dəyərsizləşən əhalinin xərclərinin çoxalmasına gətirib çıxaracaq.

Amerikanın Səsi

Oxunub: 97

XƏBƏR LENTİ
Bu gün, 08:40 Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
Bu gün, 08:39 AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
Dünən, 13:48 Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
Dünən, 13:20 İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
Dünən, 11:00 Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?
Dünən, 10:30 Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Dünən, 10:00 İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Dünən, 09:30 "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
Dünən, 09:00 "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"
24-09-2020, 13:00 Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
24-09-2020, 12:30 TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
24-09-2020, 12:00 Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
24-09-2020, 11:30 İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
24-09-2020, 11:00 “Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!”
24-09-2020, 10:38 “Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
24-09-2020, 10:32 Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
24-09-2020, 10:30 Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
24-09-2020, 10:07 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”
24-09-2020, 09:59 Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb